Azərbaycancaaz
Mir.az » Bloq » Səyahət arzunuz canlanacaq - Ən yaxşı səhayət kitabları

Səyahət arzunuz canlanacaq - Ən yaxşı səhayət kitabları

228
Səyahət arzunuz canlanacaq - Ən yaxşı səhayət kitabları
“Heç bir yelkənli gəmi kitab qədər uzaqlara apara bilmir.” – Emili Dikinson.
Kitabların həyatımızda olan yeri danılmazdır. Eyni zamanda “görəsən yelkənli gəmidə səyahət etmək necə olardı” fikri də səni tərk etmir. Qarşılaşdırmaq üçün mütləq ikisini də yoxlamaq lazımdır.

“Oxuduğun kitabları göstər sənə hansı yerlərə səyahət edəcəksən onu deyim.”

Bu yazımda səyahət sevgisini yaradan, gücləndirən 3 kitab haqqında danışmaq istəyirəm.

Ən Yaxşı Səyahət Kitabları


Uşaqlıq illərimin kəşfi Cek London və onun əsərləridir. Yazarın əsl adı Con Çeyni qalsa idi onun karyerasına təsirini ölçmək maraqlı olardı. Ləqəbi onun üçün çox uğurlu yol qət edib deyə bilərik. Soyadın London olması kimi qəribə bir detalı da yazını yaza-yaza gördüm.

Londonun hekayələri səni Alyaska kimi soyuq yerlərə, eyni zamanda San Fransisko kimi ümid verən diyarlara aparır. Kitablarını vərəqləyən zaman üşüyürsən, canavarların səsi qulağına gəlir. Fırtınaları, dənizçiləri və okeanın səsini eşidirsən. Londonun bir əsəri bütün başqa əsərlərində daha əzizdir. Səyahətlə bağlı xəyallarımı məhz bu əsərdən sonra ciddiyə almağa başlamışam. Söhbət Ay Vadisi əsərindən gedir.

Ay Vadisi


Kitab iki gəncin sevgisi, onların Kaliforniyada yaşamaq arzusu barədə bəhs edir. Billi və Sakson düşünür ki, onların həyatı ABŞ-ın şərqinə aparan səyahətdən sonra dəyişəcək. Billi və Sakson kimi mən də illər sonra Sakit okeanın sahilləri ilə gəzişən zaman bu unudulmaz hissi yaşadım. Bura mənim evim kimi doğma deyildi. Buna baxmayaraq evimdən kilometrlərlə uzağa aparacaq tutarlı bir səbəbin özü idi. Nəhayət mən də bu məkanın sehrini və “Golden Gate” körpüsünün dəvət edən gözəlliyini gördüm. Ətrafı iri balinalarla sarılmış gəmiyə minən zaman, onun bütün əzəmətini görən zaman başa düşürsən ki, gəmilər uzağa aparmaq üçün deyil lazım olan məkana aparmaq üçün nəzərdə tutulub. Kitablar da bizi lazım olan məkana aparan çox səhifəli gəmilər kimidir. Ay Vadisi və Londonun yazıları mənim ilk sevgimdir. San Fransiskonu müqəddəs edən səbəblərdən biri də yazarın ofisinin məhz bu şəhərdə yerləşməsidir. Oxumağı, yazmağı sevənlərin mütləq görməli olduğu ünvan Ouklend-də yerləşir. Fikrimcə bu əsər ən yaxşı səyahət kitabları siyahısında mütləq olması gərəkən kitablardan biridir.

Ye, Dua Et, Sev


Elizabet Gilbert özünü axtarır. Növbəti illərini daxili aləmiylə sülh içində yaşaya bilmək üçün səyahətə çıxır. Bu qadının səyahəti boyunca İtaliya, Hindistan və İndoneziya kimi ölkələrə qarşı xüsusi bir rəğbətin yaranır. İtaliya yeməklərin diyarıdır. Hindistan duaların vətənidir. İndoneziya isə bir daha sevə bilməyəcəm deyən insanı öz enerjisiylə bərpa edən yerdir. Elizabetin köməyi ilə biz də daxili suallarımıza cavab axtarmağa başlayırıq. Onunla birlikdə Ketut adında quru ilə tanış oluruq. Bu kitabı vərəqləyəndən sonra mütləq Culia Robertsin baş rolda çəkildiyi filmə də baxın. Gördüyünüz məkanları ziyarət etmək istəyi yaranacaq. Siz də Balini sevəcəksiniz. Onun enerjisiylə ürəyiniz bərpa olunacaq.

Kimyagər


Paulo Kuelyo Şekspirdən daha çox oxucusu olan yazara çevrildi. Buna səbəb onun Kimyagər adlı əsəri oldu. Dünya nə üçün Kimyagəri bu qədər həvəslə oxuyur?

Santyaqo adlı gənc çoban həyatını daha da uğurlu edəcək yolları axtarır. Ona elə gəlir ki, doğma yurdu həmin yolları göstərmir. Santyaqo “qızıldan daha dəyərli olan cavab” üçün axtarışa çıxır. Məkkəni ziyarət etmək istəyən tacirlə tanış olur. Kitabın bu hissəsi çox maraqlıdır. Tacir Məkkə arzusuyla yaşasa da getməyə cürət etmir. Ona elə gəlir ki, ziyarətə getsə arzusu qalmayacaq. Həyatın mənası itmiş olacaq. Santyaqo çoxlu çətinlik və sərgüzəşt yaşayır. Onun məqsədi Misir piramidlarında olan xəzinəni tapmaqdır. Piramidalara çatanda isə xəzinənin evində olduğunu tapır.

Tur Heyerdalın Kontiki macərasıyla bağlı qeydlərini də vərəqləməyi unutmayın. Üzməyi bacarmayan səyyah okean sularıyla 101 günlük rəqsini, sahil torpaqlarına ayaqbasma sevincini sizinlə bölüşəcək.

Kitab oxumaq gözəldir. Gəmidə oturub oxumaq isə daha da gözəldir.


Şərhlər 1

Şərh Yaz
  1. Gülnarə
    Gülnarə
    Qonaq
    Kimyagəri yüklədim, oxuyum görüm nə olur.

Şərh Yaz