Azərbaycancaaz
Mir.az » Bloq » Mir.az-da Yeni Yeniliklər: Asan Yükləmə, Sadələşdirilmiş Qeydiyyat...!

Mir.az-da Yeni Yeniliklər: Asan Yükləmə, Sadələşdirilmiş Qeydiyyat...!

339
Mir.az-da Yeni Yeniliklər: Asan Yükləmə, Sadələşdirilmiş Qeydiyyat...!
Salam əziz Mir.az istifadəçiləri!

Sizi sevindirəcək şad xəbərimiz var! Mir.az olaraq, istifadəçi təcrübəsini yaxşılaşdırmaq və sizə daha yaxşı xidmət göstərmək üçün bir sıra mühüm yeniləmələr etdik. Sizin üçün etdiyimiz bu yenilikləri təqdim edirik:

1. Endirmə Limit Ayarları:


Yükləmə limitləri indi yükləmələrin sayına görə deyil, kitabların sayına görə müəyyən ediləcək. Bu yeniləmə sayəsində kitabı təkrar-təkrar endirsəniz belə yükləmə limitiniz azalmayacaq. Beləliklə, yükləmə prosesində hər hansı bir xəta baş verərsə, kitabı asanlıqla yenidən yükləyə biləcəksiniz.

2. YouTube Yönləndirmə:


Yeniləmələrimizin bir hissəsi olaraq, yükləmə prosesi zamanı YouTube yönləndirmə funksiyasını ləğv etdik. İndi siz yükləmə prosesinizi daha sürətli və fasiləsiz həyata keçirə biləcəksiniz.

3. Sadələşdirilmiş Qeydiyyat:


Saytımızda qeydiyyat artıq daha asan və daha sürətlidir! Yaşadığınız rəqəmsal dünyada vaxt qiymətlidir. Buna görə də sizi daha çox gözlətmək istəmirik. Yeni qeydiyyat prosesi ilə siz bir neçə addımda Mir.az ailəsinə qoşulub zəngin kitab kolleksiyamızdan yararlanmağa başlaya bilərsiniz.

4. Hesabın Avtomatik Silinməsi:


Mir.az saytına mütəmadi olaraq daxil olmaq vacibdir və bu hesabınızı aktiv qalmasına səbəb olur. Buna görə də, 450 gün ərzində sayta daxil olmasanız, hesabınız avtomatik olaraq silinəcək. Bu yeniləmə ilə biz aktiv istifadəçilərimizin hesablarını güncəl saxlamasını və məlumatlarının təhlükəsizliyini təmin etməyi hədəfləyirik.

5. Sayt Axtarış Təkmilləşdirmələri:


İndi siz axtardığınız kitabları daha asan tapa biləcəksiniz! Saytımızda etdiyimiz sayt içi axtarış təkmilləşdirmələri ilə istədiyiniz kitabı daha tez və rahat tapa biləcəksiniz. Mir.az-ın zəngin kitab arxivindən istədiyiniz məlumatı əldə etmək artıq sizin üçün daha asan olacaq.

Bu yeniləmələrin sizə təmin edəcəyi rahatlığı nəzərə alaraq, rəylərinizi eşitmək istərdik. Mir.az haqqında irad, təklif və rəylərinizi yazmaqla bizə dəstək ola bilərsiniz, gələcək inkişaf prosesimizdə bunları nəzərə alacağıq. İstifadəçilərimizin rəyi Mir.az-ı hər gün daha da yaxşılaşdırmağa kömək edəcək.

Hörmətlə,
Mir.az Komandası


Şərhlər 1

Şərh Yaz
  1. Zeynəb
    Zeynəb
    Qonaq

    Salam mən qeydiyyatdan keçmişem amma yenidən keçməyim tələb olunur xahiş edirəm kömək esid

Şərh Yaz