Azərbaycancaaz
Mir.az » Bloq » Dünyanın Ən Varlı İnsanlarından Kitab Tövsiyyələri

Dünyanın Ən Varlı İnsanlarından Kitab Tövsiyyələri

871
Dünyanın Ən Varlı İnsanlarından Kitab Tövsiyyələri
Dünyanın ən dəyərli şirkətlərinin CEO-su olmağı bacarmış insanlar günün müəyyən vaxtını kitab oxumağa ayırırlar. Bu yazımızda “Fortune 500” siyahısının ən yuxarı pillələrindəki şirkətlərin milyarder CEO-larının ən sevimli kitablarını araşdırdıq.

Dünyanın Ən Varlı İnsanlarından Kitab Tövsiyyələri
1) Microsoft-un təsisçisi və 95 milyard dollardan çox sərvəti olan Bill Qeytsin ən sevimli kitabı Cerom Selincerin yazdığı “Çovdarlıqda uçurumdan qoruyan” kitabıdır.


2) Amazon-nun təsisçisi, CEO-su və 150 milyard dollar sərvəti ilə dünyanın ən varlı şəxsi Cef Bezosun sevimli kitabı Kazuo İşiquronun yazdığı “Günün qalıqları” kitabıdır.


3) Apple-ın CEO-su Tim Kukun sevimli kitabı isə, Corc Stalk-ın “Zamana qarşı yarış” kitabıdır.


4) Facebook-un CEO-su Mark Zukerberqin ən sevdiyi kitablar arasında Daryl Collins tərəfindən qələmə alınan “Yoxsulların Portfelləri” adlı kitab yer alır.


5) SpaceX-ın təsisçisi və Tesla Motors ilə PayPal-ın həmtəsisçilərindən olan Elon Maskın oxumağı ən çox sevdiyi kitab olan “Benjamin Franklin: Amerikan həyatı” Walter Isaacson tərəfindən yazılıb.


6) PepsiCo-nun sabiq CEO-su İndra Nooyi-nin sevimli kitabı isə, David Brooks-un yazdığı “Xarakterə gedən yol” adlı əsərdir.

7) Morgan Stanley CEO-su James Gorman-ın ən sevimli kitabı John le Carre-nin “Misgər, Dərzi, Əsgər, Cəsus” adlı əsərdir.

8) SoulCycle CEO-su Melanie Whelan-nın sevimli əsəri Shawn Achor tərəfindən yazılan “Xoşbəxtliyin Üstünlüyü” kitabıdır.

9) Virgin şirkətlər qrupunun CEO-su Riçard Branson-nun Maya Anjelonun yazdığı “Qəfəsdəki quşun niyə oxuduğunu bilirəm” adlı kitabı favoritləri arasındadır.


Şərhlər 2

Şərh Yaz
  1. Cemil Hasanlı
    Cemil Hasanlı
    Qonaq
    Məlumat üçün təşəkkürlər.
    İnanıram ki, qısa zamanda adı çəkilən kitabları sizin vasitənizlə oxuya biləcəyik.
    1. Admin
      Admin
      Bilgin
      Çalışacam bu kitabların hamısını pdf formatında sayta əlavə edim.
      --------------------
      İnstagram

Şərh Yaz