Azərbaycancaaz
Mir.az » Bloq » İxtisas Seçimi Başladı - İxtisas seçimi 16-28 avqust tarixlərində aparılacaq

İxtisas Seçimi Başladı - İxtisas seçimi 16-28 avqust tarixlərində aparılacaq

77
İxtisas Seçimi Başladı - İxtisas seçimi 16-28 avqust tarixlərində aparılacaq
Ali təhsil müəssisələrinə ixtisas seçimi 16-28 avqust tarixlərində aparılacaq.

Abituriyentlər ixtisas seçimi ilə bağlı Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Bakı Avrasiya, Memarlıq və İnşaat Universitetlərində, Azərbaycan Dövlət Aqrar Universitetində ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər.

Bundan əlavə, cədvəldə verilmiş tarixlərdə Rayon Təhsil Sektorlarında DİM-in əməkdaşları və RTS-nin əlaqələndiriciləri tərəfindən abituriyentlərə tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz kömək göstəriləcək.


Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz