Azərbaycancaaz
Mir.az » Bloq » Dünyanın Ən Qəribə və Sirli 7 Kitabı!

Dünyanın Ən Qəribə və Sirli 7 Kitabı!

205
Dünyanın Ən Qəribə və Sirli 7 Kitabı!
Dünyada insanlığın var olduğundan bəri yazılmış ilk kitabın hansı olduğu və nə zaman yazıldığı bizə məlum deyil və açıq danışsaq, məlum olacağı da ehtimalı da bizlərə ümid verəcək qədər deyil. Amma hazırkı Dünyamız məhz bu kitablar üzərində qurulub. İlk daş kitabələrdən, daş lövhələrdən bəri müxtəlif məqsədli kitablar yazılmış və bizə, yəni gələcək nəsillərə miras qoyulmuşdur. Əlbəttə ki, hər bir kitabın özünəməxsus bir xüsusiyyəti var. Bu, onların yazarlarından asılı bir şeydir. Kitab yazıçıları isə çox fərqlidir və əsasən, onların yanlız 1, bəli cəmi 1 ortaq xüsusiyyəti olur; yazdıqları kitablarda sətraltı mesaj vermək, nəyisə yazdıqları kitab vasitəsi ilə çatdırmaq.

Adətən, oxuduğumuz kitablar bizim həyatımıza yeni baxış bucağı gətirir. Bəzən biz bunun fərqində olmasaq da, kitab bizə istənilən halda təsir. Lakin bəzi kitablar var ki, onların bizə vermək istədiyi mesaj, sətraltı məna hələ də bizə qaranlıq qalıb. Bu dəfə öz sirrini qoruyan və hələ də deşifrə edilməyən 7 kitab haqqında yazırıq.

7. CODEX SERAPHINIANUS


İlk kitabımız italiyalı memar Luigi Serafini tərəfindən yazılmış Codex Seraphinianus adlı kitabdır. Bu kitab iki cilddən ibarətdir. 1949-cu ildə dünyaya göz açan memar əlyazısı ilə yazdığı bu kitabı 1981-ci ildə Franco Maria Ricci adlı başqa bir həmyerlisinə nüsxələrinin çıxarılması və nəşr etdirilməsi üçün göndərmişdir.

Kitabın fərqli yanı isə tamamilə qarışıq və şifrəli bir əlifba sistemi ilə yazılmasıdır. Eyni zamanda kitabda olduqca tükürpədici və qəribə illuziya və karikaturalar da vardır. Müəllif, Luigi Serafini kitabını elmi əsaslara dayanaraq yazdığını və orada xəyal məhsulu heç bir elementin olmadığını bildirsə də, elm adamları və bir çox alim bu kitabı araşdırarkən, heç bir əllə tutulacaq bir nəticə əldə edə bilməmişdilər. Uzun sürən araşdırmaların ardından əldə olunan və bu araşdırmalarda iştirak edən alimlərin bir çoxu tərəfindən qəbul edilən yalnız bir nəticə var; kitabın adının müəllifin adının təhrif edilmiş bir forması olması.

Ötən əsrdə yazılan bu kitab elmin bu cür inkişafına baxmayaraq, hələ də bizlər üçün qaranlıq qalmaqdadır. Ümid edək ki, Luigi-nin yazdığı bu kitab deşifrə edildikdən sonra bizlər üçün faydalı olacaq.

6. THE BOOK OF SOYGA


The Book Of Soyga (Soyga-nın kitabı) və ya digər adı ilə Aldaraia. İngilis riyaziyyatçı, astroloq və kimyaçı John Dee tərəfindən tapılan və araşdırılan bu kitab 16 əsrə aiddir, yəni ilk dəfə o vaxt insanlar bu kitabın var olduğundan xəbərdar olub. Maraqlı olan budur ki, kitabı kimin, harda, nə zaman, necə və nə məqsədlə yazdığı hələ də məlum deyil. Kitab John Dee-yə aid olduğu güman edilsə də, John Dee bunu təkzib edir və o, kitabı tapdığını bildirir.

Rəvayətə görə, John bu kitabın var olduğunu bir mələk ilə danışandan sonra öyrənir. Mələk John-a bu kitabın 40 min sözdən ibarət olan bir tapmaca olduğunu deyir. John bu kitabı 25 (1552-ci ildə) yaşında öyrənməyə, araşdırmağa başlayır. John Dee o zamandan ömrünün sonuna qədər kitabın sirrini öyrənməyə çalışır. Lakin kitabın son 36 səhifəsi qalmış Aldaraia-nın sirrinin açıqlığa qovuşdura bilməyəcəyini anlayır. O, bu səbəbdən kitabı gizlədir. Kitab isə onun ölümündən tam 5 əsr sonra tapılır. Hazırda kitabın bu qədər zaman ərzində harada və necə saxlanıldığı da bilinmir və The Book of Soyga hazırda İngiltərə Milli Kitabxanasında saxlanılır.

5. PRODIGIORUM AC OSTENTORUM CHRONICON


Adı da özü kimi qəliz olan bu kitab 16-cı əsrin sonlarına aiddir. Kitab fransız ensiklopediyaçı Conrad Lycosthenes tərəfindən yazılıb. Kitabı Türkiyə türkləri demiş, “gizemli” edən onun içindəki komponentləridir. Dini kitablarda adları keçən və səmavi dinlərə görə, ilk insanlar olan Adəm və Həvvadan bəri var olan bütün varlıqlar haqqında bu kitabda məlumat var. Bunlardan əlavə kitab bizlərə cinlər, iblislər, mələklər və digər ruhani varlıq haqqında da məlumat verir. Həmçinin Dünyada baş vermiş təbii fəlakətlər, meteorid düşmələri, kəşf edilməmiş dəniz canlıları və xristianların müqəddəs kitabı İncildəki mifik varlıqlar haqqında bu kitabda məlumatlar var.

Kitabda 1000-dən çox oyma formasında işlənmiş təsvir mövcuddur. Bu cür oyma təsvirlərdən bir neçəsinin yadplanetlilərə və uçan bilinməyən obyektə (UFO) aid olması da olduqca maraq oyandırıcıdır. Prodigiorumm Ac Ostentorum Chronicon kitabını maraqlı və qəribə edən odur ki, o vaxt hansı yolla kitaba bu cür oyma təsvirlər vurulub və kitabda olan məlumatların bir çoxunun, daha dəqiq desək, elmə məlum olan məlumatların hamısının doğru olmasıdır. Lakin bu qeyd etdiklərimiz kitabın sadəcə 60-70%-lik hissəsini təşkil edir. Kitabda elmi cəhətdən öz təsdiqini tapmayan məlumatların yer aldığı kimi, gələcək barədə də məlumatlar var.

4. THE RİPLEY SCROLLS


George Ripley tərəfindən 15-ci əsrdə yazılan bu kitab kimya elmini əhatə edən bir kitabdır. Ripley bu kitabda qurğuşunun nə cür qızıla çevrilə biləcəyini izah edirdi. Lakin o, kitabı yazıb bitirəndən sonra gözlənilməz formada böyük təzyiqlərə məruz qaldı. Bu təzyiqlərin ardından Ripley kitabı gizlətdi. Amma necə gizlətdi… Kitab tam 1 əsr heç kim tərəfindən tapılmadı. Dəfələrlə onun evinə basqınlar olsa da, kitabdan əsər-əlamət yox idi. 16-cı əsrdə kitab tapılandan sonra bir neçə sənətkar birləşərək, bu kitabda dəyişikliklər etdi. Bu dəyişiklərdən sonra artıq kitab insanlar tərəfindən normal qarşılandı və daha heç bir problem yaşanmadı. Bir-birindən cüzi formada fərqlənən bu reproduksiyalar əllə yazılmışdır. Kitabın dövrümüzə gəlib çatmış 23 nümunəsi vardır ki, bunların ən böyüyü 6 metr uzunluğundadır. Dövrümüzə gəlib çatmış kitab nümunələri isə heç şübhəsiz ki, təhrifə uğrayıb. İlk kitabı isə heç vaxt görməyəcəyik və buna görə də, nə üçün kitabın insanlarda əks reaksiya verdiyin öyrənə bilməyəcəyik.

3. THE STORY OF THE VIVIAN GIRLS


Çikaqo ştatında bir xadimə olaraq çalışan Henry Darkey-in “Vivian Qızlarının Hekayəsi” olduqca maraqlı və qəribədir. Nəticə ehtibarı ilə, kim bir təmizlik işçisinin 15 min səhifəlik bir kitab yazacağını təxmin edə bilərdi ki… 15 min səhifəni bir kənara qoyduqda, kitabda 350-dən çox sulu boya ilə çəkilmiş illustrasiyalar da mövcuddur.

Kitabda uşaq kölələrə qarşı olan zülmə qarşı mübarizə aparan 7 şahzadədən bəhs olunurdu. Lakin Vivian… Haradır bu Vivian? Hazırda ABŞ-da 3 Vivian adlı məntəqə var. Luiziyanada, Cənubi Dakotada və Qərbi Vircinyada. Araşdırmaçılara görə, kitabda baş verən hadisələr Cənubda keçir. Onlar bunu, Avraam Linkolnun dövründəki vətəndaş müharibəsi ilə əlaqələndirirlər. Bu çıxarıma əsasən, ordakı qullar Cənubdakı quldarlıq sistemində işlədilən kölələr 7 şahzadə isə Avraam və onun köməkçiləri idi. Kitabın nə qədər müddətdə hazırlandığı bilinməsə də, araşdırmaçılar bu cür kitabı yazmaq üçün Henry Darkey-in 10 illər sərf etdiyini düşünür. Darkey dünyasını dəyişənə kimi, 1973-cü ilədək heç kəsin belə bir kitabdan xəbəri yox idi. Darkey-in niyə bu kitabı gizlətdiyi və 15 min səhifəlik kitabın bizlərə nəyi çatdırmaq istəməsi də hələ də bir sirrdir.

2. POPOL VUH


“İnsanların Kitabı” adı verilən bu kitabda 100 illər boyu yazılmışdır. Eyni zamanda çox sayda insan bu kitabın müəllifidir. Yəni kitab 1 şəxs tərəfindən yazılmamışdır. Popol Vuh-un mövzusu Maya mədəniyyətidir. Kitab yazılarkən, kitabda həm orginal dilə – Ki dilinə, həm də ispancaya yer verilmişdir. Məhz bu səbəblə, 18-ci əsrdə yazılan Popol Vuh-un hələ də orginal və təhrif edillməmiş formasını əldə etmək mümkündür.
Kitab Qərb Avropası tərəfindən İncilin Maya versiyası olaraq qəbul edilir. Kitab Dünyanın yaranmasından və insanoğlunun varoluşundan bəri olmuş hadisələri özündə əks etdirir. Təbii ki, İncil ilə üst-üstə düşməyən bir çox məqam olsa da, fikir və məzmun etibarı ilə kitablar bir-birinə çox yaxındır. Bu isə dini baxımdan böyük çaxnaşma yaradır, çünki İncil səmavi dinin müqəddəs kitabıdır, Popol Vuh isə adi insanlar tərəfindən yazılmış bir kitab. Qərbi Avropada Popol Vuh-a kopya deyənlər olduğu kimi, kitabın həqiqətən Maya mədəniyyətinə aid olduğunu və İncildən kopyalanmadığını müdafiə edənlər də var.

1. TANECNI HODINY PRO STARSI A POKROCILE


Çex ədəbiyyatının məhşur simalarından olan Bohumil Hrabal Tanecni Hodiny Pro Starsi A Pokrecile, yəni “Yaşlılar Üçün Rəqs Dərsləri” kitabını 1964-cü ildə qələm aldı. Kitab şəhərin mərkəzində günəş vannası qəbul edən 6 qadının yanından keçən bir yaşlı kişinin həyatından bəhs edir. Kitabda kişi bu 6 qadınla söhbət edir və bu söhbət onun həyatını tamamilə dəyişir. Lakin bu kitab fərqlidir. Kitabın içində olduqca dərin mənalı bir mesaj və ya hansısa başqa bir ultimatum yoxdur. Kitabı qəribə edən onun 1 cümlədən ibarət olmasıdır. Bəli, 1 cümlə. 128 səhifəlik kitab və 1-cə cümlə…


Şərhlər 1

Şərh Yaz
  1. Qonaq Abdullayeva
    Qonaq Abdullayeva
    Qonaq

    Maraqlı məlumatlar üçün tesekkur

Şərh Yaz