Salam dəyərli oxucular!
Mir.az olaraq məqsədimiz sizə ən keyfiyyətli, ən geniş və müasir rəqəmsal kitab kolleksiyasını təqdim etməkdir. Lakin bu prosesdə sizin töhfə və ideyalarınıza ehtiyacımız var.
Təsəvvür edin; bəlkə də əlinizdə nadir, qiymətli bir kitab var. Yaxud tərcümə etdiyiniz və ya öz yazdığınız bir əsər... İndi bu əsərləri rəqəmsal mühitə köçürərək Mir.az-da minlərlə insanla paylaşmaq şansınız var. Beləliklə, siz həm öz pulsuz kitabxananızı genişləndirirsiniz, həm də digər oxucularla bilik və mədəniyyət paylaşırsınız.
Bundan əlavə, axtardığınız və ya öyrənmək istədiyiniz mövzuda kitab tapa bilməmək məyusluğunu da aradan qaldıra bilərik. İstəklərinizi dinləyib kolleksiyamıza yeni kitablar əlavə etməklə Mir.az-ı birlikdə zənginləşdirək. Bu blog yazısı məhz buna görədir. Mir.az saytında hansı kitabları görmək və hansı kitabları bizimlə bölüşmək istədiyinizi şərh bölməsində qeyd edin.
Biz kitabxanamızı genişləndirməyə və təklifləriniz, istəkləriniz və töhfələrinizlə sizə daha yaxşı xidmət göstərməyə davam edəcəyik.
Bu kitabxanadakı hər kitab bir ulduz kimidir və hər bir ulduzun parlaması üçün enerjiniz lazımdır. Şərhlərinizi gözləyirik! Unutmayın, Mir.az sadəcə kitab saytı deyil, həm də bir cəmiyyətdir. Bu cəmiyyətin bir hissəsi olun və səsiniz gəlsin və də kitablarla kolleksiyamızı genişləndirin!
Gəlin birlikdə daha böyük, pulsuz və möhrşəm rəqəmsal kitabxana quraq!
Hörmətlə,
Mir.az Komandası.
Şərhlər 4
Şərh Yaz