Azərbaycancaaz
Mir.az » Bloq » Şəxsi inkişaf və motivasiya üçün 5 effektiv kitab

Şəxsi inkişaf və motivasiya üçün 5 effektiv kitab

301
Şəxsi inkişaf və motivasiya üçün 5 effektiv kitab
Motivasiya hərəkətə başlamanız üçün bir qüvvədir. Susadığınızda su götürmək, dəbli görünmək üçün gözəl paltarlar almaq, məlumat əldə etmək üçün kitab oxumaq motivasiya sayəsində olur.

Hər birimizə məlumdur ki, uğur qazanmağı hədəfləyən şəxs nə qədər motivasiyalı olarsa, bir o qədər də çox uğur qazana bilir. Sual oluna bilər ki, motivasiya nədir? Bu anlayışa belə tərif verilir: motivasiya, hər hansı bir fəaliyyətin mexanizmini işə salan sövqedici qüvvədir. Yaxud başqa sözlə: motivasiya, insanı müəyyən bir fəaliyyətə təhrik edən vasitə rolunu oynayır. Ən sadə formada belə izah olunur ki, motivasiya, insanın hərəkət etməsi üçün lazım olan gücü təmin edir. Bu termin, tez-tez bir insanın niyə bir şeyi etdiyini izah etmək və anlamaq üçün istifadə olunur. Bugünki yazımızda yüksək motivasiyaya sahib olmaq üçün bizə yol göstərəcək ən effektiv kitablar haqqında danışacağıq.

Jon Acuff – “Start”


Kitab həyatınıza rəng qatmağa çox kömək edəcək. Hamı kimi olmaq çox asandır. Qeyri-adiliyi ilə seçilmək isə hörmətə layiq bir bacarıqdır. Yaşınızdan və sosial statusunuzdan asılı olmayaraq hər şey bir nöqtəyə söykənir – başlanğıcın zəruriliyinə. Kitabı oxuduqdan sonra siz həqiqətən yeni həyata başlamağa, özünüzü dəyişdirməyə cəhd edəcək, özünüzdə güc və motivasiya tapacaqsınız. Yeni ildə yeni həyata başlamaq isə bir çoxlarının istəyidir!

M.J.Ryan – “This year I will…”


Kitab vərdişləri dəyişməyi, verilən vədlərə əməl etməyi və öz məqsədlərinizi təxirə salmamağı öyrədir. Hər kəsin bildiyi kimi adətən şəxslər belə vədləri yeni il öncəsi verirlər və sonra unudurlar. Kitabda müəllif özünün psixologiya, neyrofiziologiya və fəlsəfə sahəsində biliklərini və təcrübəsini toplayaraq onları oxuculara məsləhət şəklində təqdim edir.

Brian Tracy – “Eat that Frog!”


Kitabda vaxtdan düzgün istifadə edərək çətin məsələ və situasiyalardan çıxış yolları haqqında bəhs olunub. Kitabda təqdim olunan praktiki 21 məsləhət ən azı kitabın müəllifi qədər uğurlu olmağa istiqamətləndirəcək. Brayan Treysi – məktəbi ataraq öz planını quran, bu istiqamətdə addımlayan bir milyonerdir. Kitabda Brayan Treysi öz uğur yolunu və şəxsi effektivliyini təsvir edib. Kitab 40 dildə tərcümə olunaraq dünyada 1 200 000 tirajda satılmışdır.

Дмитрий Чернышев – “Как люди думают”


Kitab düşüncənin mahiyyətini əks etdirir. Düşüncə əksər hallarda insandan asılı olmadan, avtomatik baş verir. Lakin, insanlar anlamırlar ki, düçüncə bir incəsənət aktıdır. Kitab ayrı-ayrı hadisə və mövcudluqlara təmiz baxışla yanaşmağı öyrədir.

Josh Kaufman – “The Personal MBA”


Kitab özünütəhsil və özünəinam üzərində yazılıb. Kitabın mahiyyəti ondan bəhs edir ki, biznes məktəblərinə pul ayırmaq o qədər də vacib deyil. Belə ki, informasiya əsrində özünütəhsil daha effektiv və daha ucuz üsuldur. Coş Kofman oxuculara işgüzar düşüncəni aşılayır və buna görə də kitab bir çox parametrlərə görə MBA təhsili ilə müqayisə oluna bilər.


Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz