Azərbaycancaaz
Mir.az » Bloq » Türkiyədən online kitab ala biləcəyiniz ən etibarlı saytlar

Türkiyədən online kitab ala biləcəyiniz ən etibarlı saytlar

278
Türkiyədən online kitab ala biləcəyiniz ən etibarlı saytlar
Bizə çox faydalı və faydalı olan hobbilərdən biri də kitab oxumaqdır. Bu gün istədiyiniz kateqoriyada olan yazarın kitablarını internet üzərindən rahat və təhlükəsiz şəkildə sifariş edə və ya onlayn (online) saytlardan oxuya bilərsiniz. Bu yazıda Türkiyədən online kitab ala biləcəyiniz ən yaxşı saytlar haqqında məlumat verəcəm.

BKM Kitap


“Kitab əldə etməyin ən asan yolu” sloganı ilə irəliləyən Türkiyənin kitab sifarişi saytlarından biri olan BKM Kitab saytında bir çox yenilikləri ilə müştəriləri təəccübləndirməyi bacarır. Saytda qeydiyyatdan keçmək və alış-veriş etmək kifayət qədər sadədir və bir neçə addımda həyata keçirilir. Kitablar kateqoriyası hər bir ehtiyacı ödəmək qabiliyyətinə malikdir.

Mən özüm də kitablarımı BKM-dən sifariş edirəm. Saytın ən sevdiyim tərəfi, eyni kitabın onlarca fərqli qiymətdə və fərqli nəşrinin olması ilə geniş seçim imkanı verməsidir.

Kitapyurdu.com


Türkiyənin kitab sifarişi saytları içərisində ən məşhur olan, keyfiyyətinə və sərfəliliyinə görə seçilən bu sayt, 20 il əvvəl yaranmışdır. Tək strategiyası oxucuların rəğbətini qazanmaq, həmçinin kitab oxuyanların sayını artırmaqdır. Bu saytda dünya ədəbiyyatı ilə yanaşı, uşaq və gənc ədəbiyyatına , hətta türk ədəbiyyatına aid olan əsərləri tapa bilərsiniz. Bundan əlavə, saytın sol tərəfində çox satan kateqoriyalar var. Məhz o kateqoriyadan istədiyiniz növə məxsus olan kitabları tapa bilərsiniz. Əgər sifariş edəcəyiniz kitabı tapa bilmirsinizsə, bu halda saytın sağ tərəfində #ne okusam? Hissəsinə keçid edərək, məsləhət olunan kitablar haqqında öyrənib sifariş edə bilərsiniz.

İdefix.com


Keyfiyyətinə və qiymətlərinin sərfəliliyinə görə seçilən bu onlayn kitab sifariş saytı, 2000-dən çox kitablarını 70%-ə yaxın endirimlərlə oxucularına çatdırır. Bu kitab sifariş saytı son 3 ildə artan ziyarətçi sayısı ilə Türkiyənin qabaqcıl saytlarından biridir. Sayta daxil olduğunuz zaman Türkiyənin hər bölgəsində nə qədər oxunma olduğunu göstərir. Həmçinin verilən indekslərdən əlavə oxunan kitablar da təqdim olunur. Kitab sifarişlərinizi bu onlayn saytdan etmək məqsədəuyğundur. Çünki hər hansı bölgədə çox oxunan kitablarla tanış olmaq imkanına sahib olacaqsınız.

İlknokta.com


Onlayn saytların keyfiyyəti qədər nəşriyyatın keyfiyyəti də önəmlidir. Türkiyənin elmi-fantastik janrında kitabları dərc edən İthaki nəşriyyat evi nəzdində yaradılan ilknokta.com onlayn kitab sifariş saytı, olduqca aşağı kitab və Türkiyə daxili kargo qiymətləri ilə diqqət mərkəzindədir. İthaki nəşriyyatının kitablarını bu onlayn kitab sifariş saytından daha aşağı qiymətə ala bilərsiniz. Bundan əlavə, 20-30% yaxın digər kitabları da əldə etmək mümkündür.

Okuoku.com


2010- cu ildə yaranmasına baxmayaraq, Türkiyənin oxucuları ilə bərabər Azərbaycanda da bu onlayn kitab sifariş saytına son zamanlarda maraq artmışdır. Sərfəli kompaniyaları sayəsində alış-verişinizi həmçinin bu onlayn kitab saytından əldə edə bilərsiniz.

pandora.com.tr - Türkiyənin onlayn kitab sifariş saytları içərisində ilk qurulan kitabevidir. Mühüm xüsusiyyəti ingilis dilində olan kitabların sifarişlərini qəbul etməkdir. Türkiyədə seçilən onlayn alış-veriş saytlardan olmasına baxmayaraq Azərbaycanda da bir çox istifadəçi tərəfindən seçilən onlayn saytdır. Təxmini 30.000 növdə türk dilində və 20.000-ə yaxın ingilis dilində kitab satışı mövcuddur.


Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz