Azərbaycancaaz
Mir.az » Bloq » Bu kitab haqqında araşdırdıqda bir şərh oxumuşdum:

Bu kitab haqqında araşdırdıqda bir şərh oxumuşdum:

197
Bu kitab haqqında araşdırdıqda bir şərh oxumuşdum:
Bu kitabı oxuduqdan sonra hələ də birilərinə güvənə bilirsinizsə ya çox safsınız ya da kitabı heç anlamamısınız.
Marquis de Sade istər öz yazı üslubu istər isə ədəbiyyatdakı yeri ilə uzun zamandan bəri diqqətimi cəlb edən yazıçı olub. Onunla ilk tanışlığım çox oxucunun tanıdığı və “ sadizm” sözünün haqqını yetərincə verən “ Salo və ya Sodomun 120 günü əsəri” ilə olmuşdu. Kitab düşünün ki, əsasında çəkilən filmin rejissoru olan Passolini filmin təqdimatından sonra döyülərək öldürülmüşdür.

Kitabı oxuyanlar nə dediyimi anlayar məncə; kitabın ilk 40 səhifəsindən sonra oxumağı bacarmadım. İşgəncə, şəhvət, qəddarlıq və s. Uzun müddətdən sonra yenidən şans vermək istədim bu yazıçıya və ən məşhur əsərlərindən olan “Justine və ya erdemin felaketleri” kitabını oxumağa qərar verdim. Kitabın bəyəndiyim cəhətləri olsa da, bəyənmədiyim tərəflər daha çox oldu deyə bilərəm. Öncə mövzu haqqında biraz məlumat verim: ana və atası dünyasını dəyişdikdən sonra monastrdan ayrılan iki bacı 12 yaşlı justine fəziləti və 15 yaşlı juliette isə fahişəliyi seçərək öz həyatlarını fərqli şəkildə davam etdirirlər. Birinci kitab Justinenin həyatından bəhs edir. Çox təmizqəlbli, yardımsevər,əxlaqlı, “namusumu itirməkdənsə ölümü seçərəm”düşüncəsi ilə yaşayan bu qızın başına gəlməyən hadisə qalmır. Və bütün bu fəlakətlər nəticəsində uzun illərdən sonra artıq yüksək təbəqə nümanyəndəsi olmuş Juliette ilə qarşılaşır.Əxlaqsızlıq qalib gəlmiş, fəzilət isə uduzmuşdur.
İstər fəlsəfə baxımından istər kitabın anlatım şəkli,axıcılığı bəyəndiyim tərəflərdən oldu. Hətta ilk 100 səhifəsini bir gündə heç sıxılmadan oxudum. Əsərin əvvəlləri dram və faciə janrına bənzədiyi üçün hadisələrin ardıcıllığı sizi yormur. Ama kitabın bəyənmədiyim tərəfləri yüklü miqdarda cinsəllik barındırması ( hər 3-4 səhifədən bir), dəhşətli işgəncələr, hətta ensest əlaqələrinin nəinki olması bunun çox normal qəbul olunmasıdır. Səhifələr irəlilədikcə bir romandan çox bir pornoqrafik hekayə oxuyurdum sanki. Hər səhifədə ayrı məzmunlu, oxuyucunu dəhşətə salan fərqli bir “ hekayə” ..
Sanki yazıçı yazarkən bütün insani dəyərləri bir kənara qoyub, yerdə qalanlara əsasən kitab yazıb. Oxuduqca “ yox daha bu qədəri ola bilməz” dediyiniz hərşey olur. Artıq bir nöqtədən sonra bitməyən,insan ağlının vara bilməyəcəyi faciələrdən o qədər sıxılırsınız ki, kitabı ordaca yarıda qoyub atmaq istəyirsiniz. Digər məni çox narahat edən tərəf isə əsərdə qadınlara dəyər verilməməsi, hətta çox səhifələrdə “ təbiət qadınları sadəcə kişilərə ittaət etmək və onların hərcür istəklərini yerinə yetirmək üçün yaradıb” kimi fikirlərin dəfələrlə təkrar olunmasıdır. Kitabda qadınların rolunu hər səhifədə, hər hadisədə ancaq cinsəl obyekt kimi görürük. Bunu da yazıçı “qadınlar fiziki və əqli cəhətdən kişilərdən daha zəifdir və təbiətdə daima güclü zəifi əzməlidir” fəlsəfəsi ilə izah edir. O düşünür ki, əgər təbiətdə həqiqətən də mərhəmət ədalət vicdan kimi duyğulara yer varsa Tanrı hərkəsə nə üçün eyni gücdə yaratamyıb? Sizə əsas tövsiyəm, əgər dindarsınızsa və hər pisliyin mütləq bir gün cəzası olacağını düşünürsüzsə, Paulo Coelho“ Kimyaçı” tipdə əsərləri oxumağı daha çox sevirsinzə bu kitab qətiyyən sizlik deyil.Düşünürəm ki, bu kitab haqqında nə qədər danışsam da bitirmək mümkün deyil. Və yəqinki “sadizmin atası” dan oxuduğum ilk və son kitab olacaq. Geri qalan şərhələri digər oxuyucularımıza buraxıram. Kitablarla qalın!

Kitabı Yüklə

@Selma_gadzii



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz