Azərbaycancaaz
Mir.az » Bloq » "ADMİN" İLƏ KİTABLI SÖHBƏT.. ??

"ADMİN" İLƏ KİTABLI SÖHBƏT.. ??

380
"ADMİN" İLƏ KİTABLI SÖHBƏT.. ??
"ADMİN" İLƏ KİTABLI SÖHBƏT.. ??


https://gifyu.com/image/ST3sG




Mir.az saytında ilk dəfə olan sorğu-sual xəbərinə xoşgəldiiiniiizzzz. ???
Bu xəbərin ilk qonağı bu saytı qurmaq ilə minlərlə insana kömək əli uzadan zəhmətkeş sayt ADMİN'idir.
O zaman suallara və cavablara keçək.



1. Necə oldu ki, kitab oxumağa başladınız? Kitab oxumağa başlamaq macəranızı danışın bizə.

Orta məktəb dövründə dərs kitablarından başqa heç bir kitaba çatma imkanım olmadığına görə dərs kitabları xaric heç bir kitab oxumasam da daim içimdə oxumaq və daha çox şey bilmək istəyi olub. Orta məktəbdən sonra çox şey dəyişdi mənim üçün, inana bilməyəcəyim qədər çox kitab oldu ətrafımda və mən işə ilk öncə müqəddəs kitablardan başladım. Sonra dini mövzulu onlarla kitab və oxumağa 2 il ara verdim.
22 yaşımda Stiven Smokun Tanrını Axtaran dedektiv kitabını aldım və yarım buraxdım, daha sonra Ayzek Asimovun 'Seçilmiş Əsərləri'nidə yarıda buraxdım. 6 ay sonra Robinson Kuruzo ilə təkrar başladım oxumağa və kitabı 3 günə bitirib digər yarım qalan kitablarımı yenidən oxudum və o gündən durmadan oxuyuram.


https://gifyu.com/image/ST3sG


2. Oxuduğunuz ilk kitab hansıdır? O kitab haqqında biraz danışın.


İlk oxuduğum kitab yuxarıda da qeyd etdiyim kimi müqəddəs kitablardır və mən bu haqda danışmaq istəmirəm. Bir nəfəsə oxuduğum ilk kitab Robinon Kuruzodu. Bu kitab mənə getmədən görmədən bilmədiyim yerlərə səyahət etmə imkanını göstərdi və əxlaq, dürüstlük haqqında inandığım nağılların yalan olduğunu öyrətdi. Və çox əyləncəli bir hekayədir. Bir kitaba çox şey və çox məkan yerləşdirib yazar.
Kitabı oxuyarkən ümid və ümidsizlik arasında olan o incə xətti düşündüm və xəttin hansı yanında olacağımızı özümüzün seçdiyimizi anladım.


https://gifyu.com/image/ST3sG


3. Bugünə kimi nə qədər kitab oxumusunuz
?


Oxuduğum kitabları saymıram amma yüzlərlə olar hər halda. 8-10 ildir davamlı oxuyuram və ilə 50-100 arası kitab oxuyuram.
Son bir ildir 1000kitab istifadə edirəm və ordakı saya əsasən son bir ildə 87 kitab oxumuşam.



https://gifyu.com/image/ST3sG



4. Oxuduğunuz kitablar arasında sizə ən təsir edən bir kitab seçin desəm, bu hansı olardı?


Bu biraz çətin sualdır, çünki oxuduğum hər kitab mənə müyyən qədər təsir edir.
Bir kitab seçməli olsam hər halda bu Julian Barnesin 'Bir Son Duyğusu' kitabı olardı. Bu kitabda insanın ən güvəndiyi olan özünün, öz ağlının onu necə də yanıltdığını gördüm. Xatirələrimizin reallığını sorğulamaq üçün əla kitabdır.
Həqiqətən də xatirələrimiz zaman keçdikcə dəyişir və bir yerdə reallıqdan tamamilə fərqli bir hal alır və biz bundan xəbərsiz olaraq xatirələrimizin reallığına güvənir və təbii ki də yanılırıq.


https://gifyu.com/image/ST3sG


5. Bir kitab obrazı olsa idiniz bu hansı olardı?

Sevdiyim bir qəhraman var. Maraqlı və çox ağır və dərin zarafatları var. Elə zarafatlar ki, anlamayanlar gülür anlayanlar kədərlənir. Onda bir az özümü tapıram. Bu qəhrəman kitabın çox yerində qeyd edir ki, mən ən ağıllı komputerəm və buna baxmayaraq yanındakılar heç zaman ondan məsləhət almırlar və cavablarını başqa yerlərdə axtarırlar.
Qəhrəmanımız 'Otostopçunun Galaksi Rehberi' kitabındakı robot Marvindir. Kitabı oxumayan varsa şiddətlə tövsiyə edirəm. Kitab bir az fantastik, bir az əylənəcəli və bir az da yumoristikdir.


https://gifyu.com/image/ST3sG


6. Sizcə kitab nə deməkdir? Normal tanımlar xaricində sizin üçün özəl bir tanımı var mı?

Normal tanımın tam olaraq nə demək olduğunu bilmirəm. Məncə hər insan üçün normal sözünün mənası fərqlidir.
Mənim üçün kitab inkişaf, söz ehtiyatı xaric bir həyat tərzidir. Başqa insanların xəyallarının və təxəyyülünün ən dərin və qaranlıq yerlərinə səyahət etmək üçün bir vasitə. Kitab oxumayan insanlar məncə xəyal qurmaq və zarafat məsələsində çox da yaxşı olmurlar və gün keçdikcə oxumayan insanlarla həmsöhbət olmaq mənim üçün ağırlaşır. Bütün bu səbəblərə görə də kitab bir həyat tərzidir. Boş zamanları dolduracaq bir vasitə yox, yemək və içmək kimi bir vacibiyyatdır.



https://gifyu.com/image/ST3sG


7. Romantika, sevgi janrda oxuduğunuz kitablar var mı? Bu janrlarda ən bəyəndiyiniz cütlük hansıdı?

Bu janrda demək olar oxumasam da Norveç Meşəsindəki Kuzuki və Naonko ideal olmasa da çox fərqli bir cütlükdür deyə düşünürəm.



https://gifyu.com/image/ST3sG


8. Hansı kitabda yaşamaq istəyərdiniz + hansı kitabda həyatınızı görürsünüz?

Mən Dune Seriyası kitablarında təsvir olunan kainatda yaşamaq istərdim. Amma öz həyatımı daha çox Rey Bradbury-un Fahrenheit 451 adlı distopik kitabındakı kimi görürəm. İşim və şəxsi həyatım arasında uçurumlar var.


https://gifyu.com/image/ST3sG


9. Sayta uyğun bir sual olsun o zaman PDF kitaba yoxsa cismi kitaba üstünlük verirsiniz?

Bu saytı mən hazırlasam da PDF kitab oxumağa alışa bilmirəm, ekrandan uzaqda oxumaq daha zövqlüdür. Və unutmadan qeyd edim ki, elektron oxusam belə gərək o kitabı alım. Kitab almağa maddi imkanım varsa kitabları alıram, almasam öz düşüncəmə, öz prinsiplərimə xəyanət etmiş sayaram özümü.

https://gifyu.com/image/ST3sG


10. Və.. sonda oxurlara 5 ədəd kitab tövsiyə edin. ^^

Çox maraqlı romanlar oxusam da insanların düşüncəsini dəyişən kitabların daha çox oxunmasını istəyirəm və buna görə də oxuyucunun dəyər sistemlərini, əxlaq və inanc anlayışını sarsıb, həyata yeni bir gözlə baxmasını təmin edəcək kitablar tövsiyə etmək istəyirəm.

1. Harari - Sapiens
2. Niche - Zərdüş Belə Buyurdu
3. Asimov - Təməlçilər
4. Platon - Dövlət
5. Cəlil Məmmədquluzdə - Danabaş Kəndinin Əhvalatları



Suallara geniş və səmimi cavabları üçün

ADMİN'ə..


Təşəkkürümü bildirirəm.


Ümid varam ki, maraqlı xəbər olmuşdur. Sizdə belə xəbərlərdə yer almaq istəyirsizsə saytda aktivlik göstərməyi unutmayııııın.


https://gifyu.com/image/STgsw


Şərhlər 4

Şərh Yaz
  1. Khajala HM
    Khajala HM
    Şərhçi
    Hansi filimin hansi kitaba esasen cekilmesi movzusunda bloq hazirlasaniz oxusaq kitabla filmi muqayise etmek maraqli olur.?
    1. - bibliophile -
      - bibliophile -
      İdarəçi
      Düşüncülər var, zamanla olacaq inşaAllah.
  2. Khajala HM
    Khajala HM
    Şərhçi
    Salam adminler xahis edirem seytan ayelerini [salman rusdi] daha oxunaqli versiyada yeniden yukleyin .cetinlikle 25-30 sehife oxumusam kitab yarim qalib .?

    1. Okuryus
      Okuryus
      Cahil
      Əlimizdəki ən keyfiyyətli versiya saytdadır.
      başqa versiya olsa yükləyərik.
      --------------------
      Önce dinle...

Şərh Yaz