Azərbaycancaaz
Mir.az » Bloq » Harri Potter Kitab Seriyası və Kitabların oxuma ardıcıllığı

Harri Potter Kitab Seriyası və Kitabların oxuma ardıcıllığı

390
Harri Potter Kitab Seriyası və Kitabların oxuma ardıcıllığı
"Harri Potter" ingilis qadın yazıçı Coan Ketlin Roulinq tərəfindən yazılmış yeddi roman və onun əsasında çəkilmiş filmlər seriyasıdır. Səkkizinci kitab isə teatrdan kitaba uyğunlaşdırılmışdır.

Mövzusu


Harri Potter 10 il müddətində sevmədiyi qohumları: xalası Petunia, xalasının əri Vernon və onların axmaq övladı Dadli Dörzli ilə yaşamağa məcbur olur. Valideynlərinin yol qəzasında öldüyünü zənn edən Harri gerçəyi Hoqvartsda gözətçi işləyən Rubeus Haqrid tərəfindən öyrənir. Harrinin anası Lili və atası Ceyms Potter düşmənləri Voldemort tərəfindən öldürülmüşdür. Harrini də öldürmək istəsə də, bunun əvəzinə güclərini itirmiş və yox olmuşdur. Hoqvarts Cadugərlik və Sehrbazlıq Məktəbindən ona göndərilən məktuba əsasən sehrbaz olduğunu başa düşür. 7 il oxuyacağı məktəbdə başına gələnlər və onu gözləyən təhdidlərlə dəfələrlə cəsarəti ilə qurtulacaq olan Harrini qorxunc və bir o qədər maraqlı hadisələr gözləyir..

Kitablar


Dünyada çap olunmasına və satışına görə böyük rekordlara imza atmışdır. Seriyanın yeddinci kitabı ABŞ-da 8,5 milyonluq böyük bir satış gəlirinə sahib olaraq böyük bir rekord əldə etmişdir. Seriyanın kitabları "Dünyanın ən tez satılan kitabı" və "Dünyanın ən çox satılan uşaq romanı" adını hələ də əlində saxlayır. Roman uşaqlar üçün nəzərdə tutulsa da, böyüklərin də diqqətini çəkmişdir.

1. Harri Potter və Fəlsəfə Daşı (1997)
On bir yaşlı yetim Harri Potter xalasının ailəsində yaşayır, özünün əsl cadugər olması isə ağlına belə gəlmir. Lakin günlərin bir günü bayquşun onunçün gətirdiyi məktubdan sonra Harri Poterin həyatı büsbütün və həmişəlik dəyişir…

2. Harri Potter və Sirlər Otağı (1998)
Sirius Blek adlı bədnam qatil on iki ildir ki, qorxunc Azkaban qalasında həbsdədir. Bir lənətlə on üç nəfəri öldürən Blek Qaranlıq Lord Voldemortun xidmətçisi sayılır. Azkabandan qaçmağın yolunu tapan Blek yalnız bir adamı təqib edir: Harri Potter. Sehrbazlıq məktəbinin sehrli divarları arasında belə Harri dostları və müəllimləri ilə təhlükəsiz deyil. Çünki onların arasında bir xain də ola bilər.

3. Harri Potter və Azkaban Məhbusu (1999)
Sirius Blek adlı bədnam qatil on iki ildir ki, qorxunc Azkaban qalasında həbsdədir. Bir lənətlə on üç nəfəri öldürən Blek Qaranlıq Lord Voldemortun xidmətçisi sayılır. Azkabandan qaçmağın yolunu tapan Blek yalnız bir adamı təqib edir: Harri Potter. Sehrbazlıq məktəbinin sehrli divarları arasında belə Harri dostları və müəllimləri ilə təhlükəsiz deyil. Çünki onların arasında bir xain də ola bilər.

4. Harri Potter və Alov Kuboku (2000)
Öyrənməli olduğu sehrlər, İksir və Öncədən Görmə dərsləri var. Amma gözlənilmədən Harrinin başının üstünü qara buludlar alır və ən qəddar düşməni ona qaçılmaz sonluq hazırlayır.

Özünəməxsus zəkası, incə yumoru, valehedici və dərin emosional ifadə tərzi ilə C.K.Roulinq necə usta yazıçı olduğunu bu kitabda da bir daha sübut edib.
5. Harri Potter və Simurq Ordeni (2003)
Hoqvarts Cadu və Sehrbazlıq Məktəbində təhsilinin beşinci ilində Harri həyatını cəhənnəmə çevirən bir çox sehrli/sehrli olmayan şeylərlə qarşılaşmalı olur: yayı birlikdə keçirdiyi qohumları; üsyanlar, həyəcanlar, yeniyetməlik qorxuları; onun iddialı yalançı olduğunu düşünənlər; yenidən qarşılaşdığı Dementorlar və Ölüm yeyənlər; Varlığını hər zamankindən daha çox hiss etdirən Voldemort; sərt dərslər, çətin sınaqlar, amansız cəzalar; təkrarlanan kabus və yara izi; ona ən yaxın adamlardan birinin ölümü; Beş il gec öyrəndiyi bir fakt...

6. Harri Potter və Mələz Şahzadə (2005)
Artıq altıncı ildir ki, Harri və dostları Hoqvartsdadırlar. Bu dəfə onları daha da müəmmalı hadisələr gözləyir. Voldemortun qayıtması artıq bütün sehr dünyasına bəyan olub. Gəzən şayiələrə görə, artıq Hoqvarts təhkükəsiz deyil. Dambldorun planı nədir? Hoqvartsı qoruya biləcəkmi? Voldemort haqqında Xatirə Burulğanının köməyi ilə öyəndiklərindən sonra Harri nə edəcək?

7. Harri Potter və Ölüm Hədiyyələri (2007)
Harri artıq uşaq deyil, gənc də deyil. Artıq yetkin bir insan olan Harri Potter "Ölüm yadigarları" seriyasında əvvəlki altı seriyada yaşadığı təhlükə və həyacandan daha çoxunu yaşayır.

Oxucu Harri Potterə qoşularaq inanılmaz qorxulu, nəfəs kəsən, indiyədək görülməyən sirli bir səyahətə yollanır!

Kitab boyu həm həyacan keçirəcək, həm nəfəsinizi çəkərək oxuyacaq, həm də təsirlənək göz yaşlarınızı boğa bilməyəcəksiniz.


Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz