Azərbaycancaaz
Mir.az » Bloq » Nobel mükafatı böyük bir vicdan əzabının nəticəsidir

Nobel mükafatı böyük bir vicdan əzabının nəticəsidir

243
Nobel mükafatı böyük bir vicdan əzabının nəticəsidir
Bu mövzunu azdan çoxdan bütün ədəbiyyat camiyyəsi bilir, lakin istərdim Nobel mükafatının verildiyi bu günlərdə bu mövzu ilə bağlı mən də bir az danışım.
Beləliklə, bugünkü mövzumuz “Nobel Mükafatıdır”. Haradan çıxdı və necə paylanılmağa başladı? Nobel mükafatının verilmə kriteriyaları hansılardır? Kimin bu mükafatı alacağına kim və necə qərar verir? Bunların hər biri haqqında qısa olaraq məlumat verəcəyəm.
Hazırsınızsa başlayaq...

Nobel mükafatı böyük bir vicdan əzabının nəticəsidir

İlk dəfə 1901-ci ildə verilməyə başlayan Nobel ödülləri, əslində, 19-cu əsrin sonlarına, yəni 1800-cü illərin axırlarına təsadüf edir. Hamınızın bildiyi kimi bu mükafatların adı da, elə ünlü kimyagər Alfred Nobelin adı ilə bağlıdır. İsveçrəli kimyagər olan Alfred Nobel 1800-cü illərin ortalarında çox böyük bir icadın altına imzasını artmışdı. Nobel o vaxtlarda tikinti mədənlərində əmək gücünün necə çətin bir proses olduğunu müşahidə etmiş, bunun iş prosesini daha da çətinləşdirdiyini və zəiflətdiyinə diqqət yetirmişdi. Bu sıxıntını aradan qaldırmaq üçün "TNT" adı verilən məşhur dinamiti icad etdi. Nobelə görə bir çox iş, çox daha sürətli olacaqdı, qatarlan üçün qurulan reyslər daha sürətlə hazırlanacaqdı və mədənlərin səmərəliliyi daha çox artacaqdı və ən əsası yeni tunellərin açıla bilməsi üçün dinamitdən istifadə edilərək çox sürətli şəkildə ortadakı əngəllər aradan qaldırıla biləcəkdi.
Bununla da dinamit sayəsində Alfred Nobel dünyanın ən zəngin alimlərindən birinə çevrilmiş oldu. Amma Nobelin sərvətinin qaynağı sadəcə inşaat və tikinti mədənləri deyildi. Dinamitin gücünün fərqinə varan ölkələr bunu döyüşlərdə istifadə etməyə başladılar və Nobel istəməyə-istəməyə bir anda 19-cu əsrin ən böyük silah mühəndislərindən birinə çevrilmiş oldu.



Dinamit döyüşlərdə sürətli bir şəkildə istifadə olunmağa başlandı. Alfred Nobel bu vəziyyətdən çox da məmnun deyildi, amma çox ciddi miqdarda pullar qazanırdı və özünü “mən dinamiti insanları öldürsün deyə icad etmədim, mən dinamiti insanlığın xidmətində durub onların həyatını rahatlaşdıra bilmək üçün icad etdim. Başqalarının onu bu şəkildə istifadə etmələri mənim günahım deyildi.” deyərək təsəlli edirdi. Beləcə, uzun illər ona qarşı olan mənfi tənqidlərin hamısına qarşı qulaqlarını yummağı tərcih edirdi. Ta ki, 1985-ci ilə qədər.



1895-ci ildə çox qeyri adi bir hadisə gerçəkləşdi. Haradan çıxdığı bəlli olmayan bir dedi-qoduya görə Alfred Nobel ölmüşdü (ki, o sıralar Nobel Fransada yaşayırdı) və bu xəbər Fransada bomba kimi partladı və bir sabah Fransadakı bütün qəzetlər Alfred Nobelin öldüyünü ilk səhifələrindən yazmışdı.
Alfred Nobel əslində ölməmişdi və açıb qəzeti oxuyanda böyük bir şok ilə qarşılaşmışdı. Qəzetlərdə onun öldüyü yazılmışdı, lakin Fransız qəzetləri bunu normal bir dillə demirdi, sanki hamısı əl birliyi ilə "Nəhayət ki, ölüm taciri öldü", "Döyüşlərdə minlərcə insanın ölməsinə səbəb olan o amansız Nobel sonunda bu dünyadan rədd oldu" kimi başlıqlar dərc edilirdi. Olduqca kobud və qeyri-etik ifadələrin yazıldığını görən Alfred Nobel şoka uğradı. Çünki Nobel bir alim idi və insanlığın rifahı naminə çalışmaq istəyirdi. Düzdür, dinamitlər ona çox böyük sərvət qazandırmışdı, lakin qəzet başlıqlarını oxuduğu zaman "mən öldüyümdə insanlar ölüm taciri dünyadan ayrıldı" və ya "Şeytanın ortağı" kimi sözlərəmi məruz qalacağam deyə düşünməyə başlayacaq? - deyə düşünməyə başlayır.
Bu hadisədən sonra sözün əsl mənasında depressiyaya girən Alfred Nobel bunun təsirindən uzun müddət çıxa bilmədi. Ki, zatən bu hadisədən 1 il sonra dünyadan ayrıldı.
Lakin ölmədən öncə vəsiyyətinin dəyişdirilməsinə göstəriş vermişdi. Beləcə, o günə qədər heç bir zəngin insanın sahib olmadığı bir vəsiyyət hazırladı.



1896-cı ildə beyin qanaxmasından ölən Alfred Nobelin üç həftə sonra vəsiyyəti açıqlandı və bu vəsiyyət bütün dünyada böyük bir təsir yaratmış oldu.
Alfed Nobel öldüyündə hu günkü məbləğlə 250-300 milyon dollarlıq bir sərvətə sahib idi və vəsiyyətində bununla bağlı çox qeyri-adi bir tələbi vat idi. Alfred Nobel bütün sərvətinin "Nobel fonduna" təslim edilməsini vəsiyyət etmişdi və bu fondun illik gəlirlərindən artan faizin də hər il həmin ilin elm, sənət, ekonomika kimi sahələrində ən çox xidmət göstərmiş şəxslər arasında bölünməsini istəmişdi.
Alfred Nobel yaşadığı vicdan əzabını bir az daha azalda bilmək üçün heç olmasa öldükdən sonra insanların onu yaxşı xatırlaya bilməsi üçün insanlığa bir şeylər qata bilmək adına elm, texnologiya, ədəbiyyat, ekonomika və politik anlamda insanlığa bir şey qatmaq istəyənlərə bir mükafat vermək istəmişdi.
Nobelin bu vəsiyyəti yerinə yetirildi və ölümündən qısa bir müddət sonra Nobel Fondu quruldu. Bütün mirası bu fonda köçürüldü və bu fond hər il əldə etdiyi gəlirlərin faizlərini də 5 ana başlıq altında 5 nəfərə təqdim etdi. Çünki Nobelin vəsiyyətinə görə hər il 5 sahə üzrə ən böyük xidmət göstərmiş şəxsə mükafatlar təqdim edəcəkdi. Bu naminasiyalar: "fizika", "kimya", "fiziologiya və ya tibb", "ədəbiyyat", "ekonomika və ya barış" mükafatları idi. Nəticədə fondun hər il əldə etdiyi gəlirlərin faizləri bu 5 sahə üzrə paylanacaqdı. Nobelin vəsiyyəti tam olaraq 1901-ci ildə gerçəkləşdirildi və bu il ilk dəfə mükafatların təqdim edilməsinə başlanıldı. Hətta ilk mükafatı alanlardan biri çox məşhur olan Vilhelm Rentgen idi ki, özü "rentgen şüalarını" kəşf etməsiylə bilinir.



1901-ci il tarixindən etibarən hər il Nobel Mükafatları paylanılmağa başlanmışdır. Mükafat sadəcə bir medal deyil, eyni zamanda da pul mükafatıdır. İlk başlarda adambaşına 150 min kron pul düşürdü. Lakin günümüzdə Nobel mükafatını qazanan insana 6 milyon dollar pul mükafatı düşür.
Bəs yaxşı kimin Nobel mükafatını alıb, kimin almayacağına kim qərar verir?
Alfred Nobel bunu vəsiyyətində çox geniş bir şəkildə anlatmışdır. Mükafatların qətiyyən tək bir qaynaqdan dağıdılmasını istəmir, buna görə də mükafatlar kateqoriyalarına görə İsveçdəki fərqli qurumlar tərəfindən tapılacaq. Misal üçün "fizika" və "kimya" sahəsində kimin bu mükafatı alacağına İsveç kraliyyət ailəsi təyin edir. Ya da ekonomika mükafatını kimin alacağını İsveç kraliyyət bankı qərar verir. Bundan başqa Nobel mükafatına hər il min nəfər namizəd göstərilir və İsveçdəki bu kraliyyət qurumları da o min kişinin içindən ən üstün 5, yaxud 7 nəfərdən birini, yaxud ikisini birdən seçir. Çünki Nobel mükafatı bəzi hallarda kateqoriyaya görə 2 nəfərə birdən də verilə bilir.
Hər ilin oktyabr ayının ilk həftəsinin içərisində Nobel mükafatını kimlərin qazandığı açıqlanır. Və 10 dekabr tarixində də, (yəni Alfred Nobelin ölüm günündə) mükafatlar sahiblərinə təqdim edilir.
Bundan başqa Nobel mükafatlarının qeyri-adi tarixləri də var. Misal üçün bu günə qədər 16 ədəd Nobel mükafatı təqdim edilə bilmədi. Çünki 1-ci dünya və 2-ci dünya savaşına təsadüf edildi. Laurens Bragg Nobel tarixində mükafata layiq görülən ən gənc laureatdır. Atası ilə birlikdə fizika üzrə Nobel mükafatı alarkən onun cəmi 25 yaşı olub və bu hadisə 1915-ci ildə baş verib. Bunun əksinə olaraq, dünyanın ən yaşlı nobelçisi Neonid Hurvikzdir. 90 yaşlı Leonid 2007-ci ildə iqtisad elmləri üzrə mükafata layiq görülüb. Dünya tarixində iki nəfər Nobel laureatı özü şəxsən bu mükafatdan imtina edib. Onlardan biri Jan-Paul Sartredir. J.Sartre 1964-cü ildə ona təqdim edilən Nobel ədəbiyyat mükafatından imtina edib, bunun səbəbi isə onun bütün rəsmi təltiflərdən xoşlanmamasıdır.



Digər görkəmli insan Le Duc Thodur. O, 1973-cü ildə Nobel sülh mükafatına layiq görülsə də, Vyetnamda mövcud olan müharibə vəziyyətinə görə ondan imtina edib və bunu da “ölkəmi ələ keçirən qərblilərdən mükafat qəbul etmərəm” deməsi olub. Lakin Nobel mükafatlarından imtina bununla bitmir. 4 Nobel laureatı da onlara təqdim edilən mükafatlardan imtina edib, ancaq bu dəfə səbəb tamam başqa idi. Belə ki, faşist lideri Adolf Hitler öz qəribəliyini burada da göstərib. A.Hitler 3 alman nobelçisini — kimya üzrə Nobel laureatları Richard Kuhnu (1938), Adolf Butenandtı (1939), fiziologiya və tibb üzrə laureat Gerhard Domagkı layiq görüldükləri mükafatlardan imtinaya məcbur edib. Sonradan onların bəzisi Nobel mükafatının diplomu və medalını əldə etsələr də, mükafatdakı məbləği ala bilməyiblər. 1958-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən Boris Pasternakı isə bu mükafatdan imtinaya vətəndaşı olduğu SSRİ məcbur edib.
Nobel mükafatı bir ədəbiyyatçının, alimin və ya bir ekonomistin ala biləcəyi ən qiymətli mükafatdır. Bu sadəcə qızıldan bir medal deyil, eyni zamanda yaxşı bir pul mükafatı da təqdim olunur. Lakin bu mükafatı alan adam üçün tək məsələ sadəcə pul deyil, eyni zamanda həmin şəxs üçün bütün qapıların açılması mənasına da gəlir.
Alfred Nobel insanlıq üçün yaxşı bir şeylər etməyə çalışmışdı. Buna baxmayaraq ona "savaş tanrısı" yaxud "ölüm lordu" kimi adların qoyulacağını heç təsəvvürünə belə gətirməmişdi. Sadəcə olaraq şərtlər onu o nöqtəyə götürmüşdü. Gözəl niyyətli olmağınız yaxşı şeylər bacaracağınız anlamına gəlmir.
Alfred Nobel çox böyük bir xvicdan əzabı ilə öldü. Və Nobel Mükafatı onun vicdanını az da olsa rahatlatmaq üçün idi.

Ölkəmizdə Nobelə layiq görülən ilk şəxs:
1908-ci ildə Bakıda yəhudi əsilli ailədə doğulan, tanınmış fizik Lev Landau 14 yaşında Bakı Dövlət Universitetinə daxil olub. Landau 1962-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülüb.



Nobel alan ilk azərbaycanlı:
Tarixi faktlar göstərir ki, Nobel mükafatına təqdim olunmuş ilk Azərbaycanlı göz həkimi Sona Vəlixanlıdır. O, 1940-cı ildə təqdim olunmuş, lakin II Dünya müharibəsinin başlanması ilə əlaqədar mükafat verilməmişdir.



Nobel Sülh Mükafatı alan ilk azərbaycanlı qadın:
Azərbaycanlı hüquq müdafiəçisi Şirin Ebadi 1947-ci ildə Cənubi Azərbaycanın Həmədan şəhərində anadan olub. Təhsil pillələrini uğurla qalxan Şirin Ebadi 1975-ci ildə İranın ilk qadın məhkəmə sədri olur. Lakin İran İslam İnqilabından sonra təqaüdə çıxmaq məcburiyyətində qalır. Qarşılaşdığı çətinliklərə rəğmən, öz yolundan, əqidəsindən dönmür.



Ebadinin hüquq sahəsində göstərdiyi fəaliyyət dünyanın da diqqətində idi. Bunun nəticəsi kimi, o, 2003-cü ildə Roma Papasi İkinci İohan Pavel, keçmiş çex prezidenti Vatslav Havelin də yer aldığı 165 namizəd arasından seçilərək, Nobel Sülh Mükafatına layiq görülür və bu mükafatı almış ilk müsəlman qadın kimi tarixə düşür.
Qeyd edək ki, bəzi nominasiyalarda Nobel mükafatı fərdi şəxslərə deyil, bütövlükdə bir komandaya verilir. İqtisadiyyat, fizika və kimya üzrə mükafatlandırma aparılarkən bu hallar müşahidə olunur. Bu zaman Beynəlxalq Nobel Komissiyası həmin komandanın bərabər gördüyü işi qiymətləndirərək, onlara ümumi mükafat təqdim edir. Qazanılmış pul mükafatı da komanda üzvləri arasında bölüşdürülür.



2005-ci ildə Nobel sülh mükafatı uğurlu işlərinə və dünyada sülhün təminatına görə Siracovun çalışdığı Agentliyə verilir. Mükafatın təqdim olunduğu komandada əsas fiqurlardan biri də Azərbaycan alimi olur. Beləliklə, Bəxtiyar Siracov qrup halında da olsa, bu mükafata layiq görülən ilk və hələlik yeganə azərbaycanlı kimi tarixə düşür.
Qeyd edək ki, Azərbaycanda Nobel İnformasiya Mərkəzi yaradıldıqdan sonra ölkənin bir çox görkəmli alimləri Mərkəz vasitəsilə Nobel mükafatına təqdim olunmuşdur. Onlar Nemət Qasımov, Ofeliya Abakarova, Tel­man Əliyev, Solmaz Qasımova, Pərviz Yəhyalı, akademik Adil Qəribov və Şeyxülislam Allahşükür Paşazadədir.



Həmçinin Azərbaycanın tanınmış yazıçısı, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullanın “Nobel” Mükafatına namizədliyi qeydə alınıb. Yazıçı namizədliyinin qeydə alınması ilə bağlı bu gün mətbuat konfransı keçirib. O, mətbuat konfransinda “Nobel” Mükafatına namizədliyi haqqında geniş məlumat verib. Qeyd edib ki, keçən ilin noyabr ayında Bakı Slavyan Universitetinə Nobel Komitəsindən məktub gəlib.
Nobel Komitəsinin verdiyi cavabda Kamal Abdullanın “Nobel” mükafatı namizədi kimi təsdiq olunduğu göstərilib.

Uraqan Abdullayev


Şərhlər 2

Şərh Yaz
  1. Vəfa Muradova
    Vəfa Muradova
    Şərhçi

    Maraqlı bilgi idi. Təşəkkürlər. 

    --------------------
    Vəfa Hafiz☘️
  2. Sonay Musayeva
    Sonay Musayeva
    Şərhçi

    Marağlı idi 

Şərh Yaz