Azərbaycancaaz
Mir.az » Bloq » Gəlin sağlığında qiymət verək insanlara

Gəlin sağlığında qiymət verək insanlara

339
Gəlin sağlığında qiymət verək insanlara
Bu dəfə sizinlə bu fikrin yanlışlığından danışacağam. Fikrin özü yanlışdır demirəm. Bu fikrin yanlış yerə yozulmasından danışacağıq bu dəfə.
“Sağlığında qiymət verək insanlara”. Lakin hər insan dəyərlidirmi? Necə bilə bilərik ki, qarşımızdakı insan bu dəyərə layiqdir? Və biz necə bilərik ki, bizim dəyərimizi anlayacaqlar, ya yox?
Harada dayandığımızı bilməliyik. Misal üçün mən küçəyə çıxım, kitab yazmağa və ya şeir oxumağa başlayım, mənə kim fikir verər? Heç kim. Fikir vermədən yanımdan ötüb keçəcəklər. İnsanların mənə qarşı düşündüyü tək şey, "dəlidir", "başı çatmır küçədə dayanıb şeir oxuyur" olacaq.
Amma eyni hadisəni konsertdə, səni sevən insanların içində oxuduqda, insanlar səni dəyərli hesab edib, buna görə sənə pul ödəyəcək. Çünki ilk növbədə sən özün öz qədrini bilirsən. Başa düşürsən ki, səni başa düşməyən insanlar üçün yox, səni anlayan, dəyər verən insanlar üçün yazıb yaradırsan. Lakin biz necə edə bilərik ki, insanlar bizə görə konsertlərə gəlsin, imza günlərində iştirak etsin?
Biz ilk növbədə öz dəyərimizi bilməliyik ki, başqaları da bizim qiymətimizi anlaya bilsin. Amma öz qiymətimizi bilmək dedikdə nə nəzərdə tutulur? - "Mən dəyərliyəm, mən dəyərliyəm" deyərək özümüzə təlqin etməkmi, yoxsa "başqaları məndən də aşağıdır, mən daha üstünəm" deməkmi?
Təbii ki, heç biri. Öz dəyərini bilmək demək, özünün zamanına hörmət qoymaq deməkdir. Yəni sən başa düşməlisən ki, zamanın məhduddur və bu vaxtı boş insanlara yox, sənin dəyərini artıra biləcək işlərə xərcləməlisən. Buna dil öyrənmək, hansısa bacarıqlarını inkişaf etdirmək aiddir. Çünki zamanımız məhduddur.
Bu həyat bizə verilib, lakin əbədi deyil. Bu bədən bizə verilib, lakin bu bədən bizə məxsus deyil, sadəcə, əmanətdir. Biz zərərli vərdişlərə aludə olduqca öz bədənimizə və sağlamlığımıza xəyanət etmiş oluruq. Bizə bəxş olunan nemətlər bizim deyil, sadəcə, ruzidir, gəlir və ya gedir. Yəni heç nə əbədi deyil.
Əbədiyyətə qovuşmaq, bu ən ali mərtəbələrdən biridir. Çünki sağlığında sən bu cəmiyyətə faydalı olmaq üçün nələrsə edirsən. Əmin ol, sağlığında sən öz qədrini bilsən, bu dünyadan köçdükdən sonra bütün insanlar sənin dəyərini anlayacaq.

Könül istərdi ki, sağlığında ikən sənə heykəl ucaltsınlar. Lakin “dahi şəxsiyyətlərin heykəli, sağlığında onlara atılan daşlardan ucalıb” (Robin Şarma). Misal üçün Nəsimi, sizcə, indiki zamanda dünyaya gəlsəydi, bütün insanlar ondakı bu istedadı görüb ona inanardılarmı, yoxsa yenə də onu çarmıxa çəkib daş qalaq edərdilər? Belə insanlar hər zaman olub və olacaqlar, lakin insan ilk növbədə özünün dəyərini anlamalıdır ki, onun da dəyəri bilinsin.
Sən öz qədrini bil, kimlərə görə mübarizə aparacağının fərqinə var, zamanı çatanda sənin qiymətin əlbəttə bilinəcək. Misal üçün mən kitab yazıram. Niyə mənim kitabımı almalısınız? Yaxud hər hansısa məni tanımayan bir oxucu niyə mənim kitabımı açıb oxumalıdır? Deməli, mən özümə qarşı maraq yaratmalıyam. Müəyyən vaxta qədər öz yazdıqlarımı pulsuz paylaşmalıyam, müəyyən qədər cəmiyyət üçün faydalı işlər görməliyəm ki, insanlar mənim dəyərli olduğumu anlasın. Gənc yazarların da səhvi bundadır. Onlar nəsə yazanda düşünür ki, o yazan kimi açıb oxuyacaqlar. Oxumayacaqlar. Diqqət çəkə bilməyəndə isə "bu millət kitab oxumur", "bizim ölkədə kitaba qiymət verilmir" deyərək milləti günahlandıracaqlar.
Sən bu millətin kitab oxuması üçün nəsə bir iş görmüsənmi? Şəxsən mən görmüşəm və bundan dolayı qürurluyam. Bu qrupda da bir çox oxucular var ki, kitab oxumasa da məni oxuyur. Bunun özü də bir addımdır, çünki məni oxuyan oxucuları digər kitablara yönləndirə bilirəm. Lakin bu sektorda uğur qazanmayan həmkarlarım gəlib deyəndə ki, "sənin oxucularının yaşı azdır", "ciddi oxucu deyillər" - bunun paxıllıqdan deyildiyini anlayıram. Çünki özləri bir şeyə nail ola bilməyən insanlar başqalarının uğurunu görəndə içlərində qıcıqlanma yaranır, bir bəhanə axtarırlar ki, mız qoyalar.
Eyni zamanda sən, düşün ki, öz dəyərini artırmaq üçün nələr edə bilərsən? Cəmiyyət üçün faydalı bir insan ola bilmək üçün nə etmisən? Şərt deyil ki, öz ixtisasın üzrə məşhurlaşasan, şərt deyil ki, adını əbədiyyətə yazdırasan. Misal üçün sən elə bir müəllim ola bilərsən ki, əbədiyyətə adını yazdıracaq insanlar sənin tələbən olsun. İnanın əgər məşhur bir tələbəniz olsa, hər yerdə onun adını çəkəcəksiniz ki, mənim yetirməm olub.
Yaxud başqa bir peşə, sən elə bir həkim ola bilərsən ki, insanların həyatını yaxşılaşdıra biləsən. Hər peşenin öz üstünlükləri var, önəmli olan stəkanın dolu tərəfini görüb işinə məsuliyyətlə yanaşmağı bacarmaqdır. Önəmli olan sağlığında öz dəyərini bilməkdir. Çünki bu dünya dəyər bilənlərin dünyasıdır. Bu dünya dəyərə dəyər qatan insanların dünyasıdır.

Uraqan Abdullayev


Şərhlər 18

Şərh Yaz
  1. Qonaq Hayat
    Qonaq Hayat
    Qonaq

    Məncə insan ilk özünə dəyər verib, özünü sevməlidi. Çünki "özünüzü sevməyən başqasını sevə bilməz" sözünə çox inanıram. Robin Şarmanın sözü çox bəyəndim. Müəyyən dövlərdə, hətta indidə demək olar. Bəzilərinə dəyər verilmir, çox istedadlı olan insanlar var lakin gozlədilir. İstedadları üzə çıxa bilmir. Emin bəy, İnşAllah siz də Azərbaycanın hamı tərəfindən tanınmış yazıçılarından olarsınız. Bunu tərif üçün demirəm, sadəcə insanların kitablarıza ehtiyacı var. Hər cümləsində məna var. Allahsızlar şəhərini oxuyanda hər cümlədə dayanıb düşünür, təhlil edirdim ki bu cümlənin bizə çatdırmaq istədiyi nədir. Uğurlarınız və kitablarınızz bol olsun!

  2. Qonaq Fidan
    Qonaq Fidan
    Qonaq

    Bəli insan özünə dəyər verməlidir. Amma bəzi hallarda insan ətrafındakılara dəyər verməyi unudur. Hər bir insan individual olaraq yaranmışdır və təkrarı ola bilməz. Mənə xoşagəlməz olan, bəziləri üçün xoşagələn ola bilər, bu o demək deyil ki o insan səhvdir və ya dəyərsiz ola bilər mənim qarşımda. İnsan həyatının bir hissəsi olmuş və ya olmamış hər bir insana dəyər qoymalıdır, çünki hər bir insan öz daxilində sir daşıyır və hər bir insan bizim bilik mənbəyimiz ola bilər, həm səhvləri, həmdə düzləri ilə. Onu da bildirim ki hər birimiz həyatında mühüm rol oynayan bir insan olub(var), o insanın özünü məxsus təkrar olunmaz dəyəri var, və onu yetərincə qiymətləndirmək lazımdır. 

    İnsan özünü sevdiyi an, artıqlaması ilə özünə diqqət qoymamalıdır, sadəlik insana yaraşan ən qiymətli zinətdir, və heç vaxt öz ətrafında ki insanlara dəyər verməyi unutmamalıdır.

  3. Aisoft Aisoft
    Aisoft Aisoft
    Oxucu

    Doğrudanda bu belədi. Biz özümüzə dəyər verməsəq,öz dəyərimizin fərqinə varmasaq başqalarıda bizə dəyər verməyəcək. 


  4. Mirzəmməd
    Mirzəmməd
    Oxucu

    İnsan ilk öncə özünə dəyər verib özünü sevməlidir. Çünki özünə sevgisi olmasa qarşısındakı insana da sevgisi olmayacaq. Emin bəyin dediyi bir söz təsadüfən yadımda düşdü. "mənim özümə sevgim olmasa sizə də sevgim olmaz" səhv xatırlamıramsa bu cür idi. Həqiqətən də insan birinci özünə dəyər verməlidir ki, qarşı tərəfi də sevsin, dəyər versin. Emin bəyin digər əsərləri də özünəməxsus xüsusiyyətləri ilə tamamən fərqlənir. Tərif deyil, Emin bəyin də tərifdən xoşu gəlmədiyini bilirəm. Bir dəfə bu mövzuda da söhbət etmişdi. Lakin tərif etmirəm. Olan reallıq budur. Bəlkə də əksəriyyəti insana bu cür əsərlər lazımdı amma xəbərləri yoxdu. Elə mən özümdən götürdüm, həqiqətən də mənə Emin bəy kimi yaradıcı insanların əsərləri lazım imiş. Axır ki tapdım. Uğurlarınız daima bol olsun. Əla 💥

  5. Qonaq Pərvanə
    Qonaq Pərvanə
    Qonaq

    Beli razıyam insana sagliginda deyer verek ama her insana eyni deyeri vermek yanlisdi yaxsiya yaxsi pis deyer vermek lazimki sonra keske demeyek ,ve ele deyer verek ki insanlara ozumuz deyerden dusmeyek,insani sevmek Basqa ,hormet Basqa, dəyər vermek isə bambaşqa bir şey nezere alaq ki heyat həm Sinaq həm Bumeranqdi dəyərsize deyer verib , deyerlini kenar etmek de yarasmaz ve ya eksi calisaq dəyerli insanların deyerini zamanında bilek ele deyerdiz insani da deyersizliyini



  6. Hüseyin Elizade
    Hüseyin Elizade
    Oxucu

    Mən Uraqan haqqında çox bilirəm yaxşı ki tanımışam

  7. Qonaq Xanım
    Qonaq Xanım
    Qonaq

    Salam.Bu fikir çox gözəl fikirdir məsələn Aygün bəylər hər cürə gözəl mahnılar ifa edirdi lakin çox dəyər verilmirdi amma vəfat etdikdən sonra hər kəs onun ifalarını paylaşdı ona dəyər verməyə çalışdı insana öldükdən sonra verilən dəyər dəyərsizdir.Həmçinin insan özü özünədə dəyər verməyi bacarmalıdır.Bu dünya insanların dünyasıdır.İnsan heç kimə fikir verməməli özünə dəyər verib özünü sevməlidir.🖤

  8. Şəms Axundova
    Şəms Axundova
    Qonaq

    Bəli men size sonuna qeder qatiliram lakin bezi insanlar var ki onlar heqiqeten hec bir şey anlamirlar şexsen hec kimseden yox sadece özümden misal gösterecek men her hansisa bir xarici qrupun faniyam ve bezi insanlar bele deyirler "onlar seni sevmir, onlar seni tanınır bele"  lakin her insanın öz zövqü var indi de okuduğumuz kimi onlar sadece sevdikleri üçün oxuyur onlar sadece sevdikleri üçün yazır ve mende özüme deyer verirem mene kitab oxumağa heves yaratdığınız ucun teşekkür edirem ve sizin bu müsabiqeler neticesinde kitablarinizi qazanmaq isteyirem bu qeder sevgi ile qalin.

  9. Həvva Nəsirova
    Həvva Nəsirova
    Qonaq

    Əvvəlcə küçədə şeir oxumaqdan başlayım.Düzdür əgər biz küçədə şeir oxusaq hamı bizə dəli deyəcək .Amma mən dəli deməzdim,məgər bunun nəyi pisdir ki.Küçədəki insanların özü ağıllıdırmı məgər,küçədə siqaret çəkməkmi normaldır?Halbuki ətrafımızdakı insanlara ziyan vurmuş oluruq.

    Yoxsa küçədə qısa geyimlərdəmi gəzmək normaldır?

    Bəli insanlar üçün artıq normallaşıb , adına da müasirlik deyirlər.

    Müasirlik bunlardımı ?Müasirlik özünü inkişaf etməkdir,eyni zamanda cəmiyyəti.

    İnsan yalnız özünə deyil ,cəmiyyətə də fayda göstərməlidir .O zaman  ağıllı insanlar onu dəyərləndirəcəklər .

    Həmin insan cəmiyyət üçün dəyərli olacaq.İndiki insanlar əgər oxuyublarsa, özlərini üstün hesab edirlər.Məsələn müəllimlik peşəsi ,müəllim dərs deyir və maaşını alır ,bəs dərsdən çıxandan sonra özünə sual verirmi ki ,bu gün uşaqlara nə öyrədə bildim?Düşünmürəm əksəriyyət belə deyil.

    Çünki yalmızca özləri üçün yaşayırlar.😓

    Birinə pis bir hərəkəti öyrətmək asandır. Bəs biri bizdən nümunə götürürmü?Yaxşı biri olmaq bu qədərmi çətindir?

    Əslində insan öz üzərində çalışsa ,niyə də yaxşı biri olmasın.

    Məşhur heykəltəraşdan soruşanda ki,necə bu qədər gözəl heykəllər yaradır,deyir :" gözəl olan daşın içindədir,mən sadecə ortadakı artıqları aradan çıxarıram "

    Kaş ki hər kəs çıxara bilsə 

    Bizim üçün dəyərli insanlar həmişə olub ,mənim üçün də dəyərli insanlar var ,onları nümunə götürürəm ,bəli onlara oxşamağa çalışıram .

    Başqasının xoşu gəlməyən insan olmaq normaldır,hər kəs bizi sevməyə məcbur deyil.

    Amma əgər başqasına nümunə ola biliriksə ,cəmiyyətə fayda göstəririksə ,nələrisə əldə etmişik deməkdir.

  10. Hacımurad
    Hacımurad
    Oxucu

    Düz deyirsən qaqa. İnsan özünə qiymət verməlidir. Şair Abdulla Padarlı deyir ki, Qiymət verəm gərək özüm özümə , Sərhəd qoyam ixtiyarsız sözümə. Belə görürəm ki , istedadlı və özünə qiymət verməyi bacaran gəncsən. Səni ilk yutubdan tanımışam. Kitablarını oxunsun deyə belə layihələr təşkil etməni yüksək qiymətləndirirəm. Səsinin telqram zəngindən yox televizya kürsüsündən gəkməsi ümidi ilə.  Hələlik!


  11. Sema Agamaliyeva
    Sema Agamaliyeva
    Oxucu

    Belə bir hekayə var. Oğul bir gün atasından soruşur ki "ata mən nə qədər dəyərliyəm?" Ata cavabında oğluna köhnə bir saat verir və deyir. "İndi bu saatı bir dükkana apar və nə qədər verəcəyini öyrən " oğlan atasının dediyini anlamasa da dediyini edir və kiçik bir dükkana gəlir. Dükkanın sahibi bu saata çox ucuz bir qiymət verir. Oğlan evə qayıdır və atasına bu saatın çox dəyərsiz olduğunu deyir. Ata bu səfər saatı aksessuar mağazasına aparmasını söyləyir. Oğlan saatı aksessuar mağazasına aparır. Və burda saata yaxşı bir məbləğ təklif edilir. Oğlan evə qayıdır və atasına yaxşı bir məbləğ təklif etdiklərini bildirir. Atası yenə deyir. "Oğlum İndi saatı antik əşyalar dükkanına apar" deyir. Oğlan saatı köhnə görkəmi olan dəyərli qədim əşyaların satıldığı antik dükkana gətirir. Burada saatın bir sərvət dəyərində olduğunu söyləyirlər. Oğlan sevincək geri qayıdır və atasına bu saatın bir sərvətə bərabər olduğunu söyləyir. Ata gülümsəyir və deyir. "Bax sənin dəyərində bu saat kimi məkana və insanlara görə dəyişir. Əgər ətrafında səni anlamayan insanlar varsa özünü dəyərsiz hiss edərsən. Məslhət budur ki, elə məkanlarda durma. Səni anlayan və dəyər verənlərin arasında ol. "


    Mən Uraqan bəyin fikirləri ilə tamamilə razıyam. Biz küçədə şeir oxusaq insanlar bizə baxar və dəli olduğumuzu söyləyər. Ancaq bir mühazirədə şeir səsləndirsək eşidəcəyimiz tək şey alqış səsləri və təbriklər olar . İnsanın dəyəri məkandan və ətrafında olan insanlardan asılıdır. Cahil bir toplumun içində ağıllı və dünya görmüş ziyalı biri dəyər görə bilməz. Onu dəli adlandırar və daş qalaq edəcəklər. Eynən Nəsimi kimi. Dahi şairlər yazıçılar sağ ikən heç vaxt layiq olduqları dəyəri görə bilməyib. Çox az insan onları anlayıb dəyər verib. Belə olan halda bizim iki seçimimiz var. Ya əbədiyyən susmalı hər şeyə küsüb üz çevirməliyik. Yada sonacan mübarizə aparıb cəmiyyəti dəyişdiməli onları xəstə düşüncələrdən xilas etməliyik . Təbiiki bu asan bir yol deyil. Bu yol çox məşəqqətli və fədakarlıq tələb edən bir yoldur. Mən ikinci yolu seçirəm. Nə olur olsun mübarizə aparacam. Heç bir qarşılıq gözləmirəm. Çünki mənim fikrimcə insan etdiklərində mənfəət güdməməlidir. Pul müqabilinə yada məşhurlaşmaq üçün edilən işlər sadəcə göstərişdir. Bir yazıçı əgər bir əsər yaradırsa onu öz duyğularını hisslərini oxucuya ötürmək üçün etməlidir. Onlara faydalı məlumatlar çatdırmaq üçün və sadəcə içindən gəldiyi üçün yazmalıdır. Və ya bir rəssam rəsm çəkərkən onun qiymətini yox hiss etdirəcəyi bağışlayacağı təəssüratları düşünərək çəkməlidir. Çünki içdən gələrək edilən işlər daha dəyərli və gözəldir. Və bu insanların əməkləri gec tez öz layiq olduğu dəyəri görür. Mənə görə Uraqan bəyin əsərləri içdən gələrək yazılan və insanlara bir fayda vermək üçün yaradılan əsərlərdir. Düzdür bu gün onun oxucu kütləsi az ola bilər ancaq bir gün onun Azərbaycanın məhsur yazıçılarından olacağına inanıram. Çünki bu yolda mənfəət yox dəyər güdür. Mənəvi dəyər. Anlayaraq oxuyan bir oxucu əsərin dəyərli olduğunu sübut edir. 


    Deyiləcək çox şey var ancaq sözlər buna kifayət etmir. Uğurlarınız bol olsun.

  12. Vüsal
    Vüsal
    Qonaq

    Bu məqalədə çox dərs var. " İnsan öncə özünü sevməlidir" "Sevilmək istəyən insan, sevməyi bilməlidir". Bunun kimi bir çox dərs vardır . Sözü çox uzatmaq istəmirəm, çünki diqqəti açıq bir insan bu dediklərimin hamısını mənimsəyə bilər . Sadəcə bunu deyəcəm ki, həyat təcrübəsini oxuyucuları ilə bölüşmək, onları sevməyi gərəktirər . Çünki çox insan özü çətinliklə getdiyi yolu , başqası üçün açmaq istəməz .

    Bu məqalədə çox dərs var.
    " İnsan öncə özünü sevməlidir"
    "Sevilmək istəyən insan, sevməyi bilməlidir".
    Bunun kimi bir çox dərs vardır . Sözü çox uzatmaq istəmirəm, çünki diqqəti açıq bir insan bu dediklərimin hamısını mənimsəyə bilər .
     Sadəcə bunu deyəcəm ki, həyat təcrübəsini  oxuyucuları ilə bölüşmək, onları sevməyi gərəktirər .

    Çünki çox insan özü çətinliklə getdiyi yolu , başqası üçün açmaq istəməz .

    • Bu məqalədə çox dərs var.
      " İnsan öncə özünü sevməlidir"
      "Sevilmək istəyən insan, sevməyi bilməlidir".
      Bunun kimi bir çox dərs vardır . Sözü çox uzatmaq istəmirəm, çünki diqqəti açıq bir insan bu dediklərimin hamısını mənimsəyə bilər .
       Sadəcə bunu deyəcəm ki, həyat təcrübəsini  oxuyucuları ilə bölüşmək, onları sevməyi gərəktirər .

      Çünki çox insan özü çətinliklə getdiyi yolu , başqası üçün açmaq istəməz...
  13. Əminə Yusifova
    Əminə Yusifova
    Qonaq

    Salam. Doğrudan da insan bu həyatda özünə dəyər verməli, hörməti etməlidir ki, başqaları da hörmət etsin. Biz bu dünyaya bir gün gəlirik bir gün gedirik. Ömrümüzü boş-boş işlərə sərf etməməliyik. Hər zaman öz üzərimizdə çalışmalı, səy göstərməliyik. Uğur durduğumuz yerdə gəlib bizi tapmayacaq bunun üçün biz səy göstərməli, özümüz üzərində çalışmalı, öz bacarıqlarımızı inkisaf etdirməliyik. Əgər ömrümüz boş-boş işlərə sərf etsək sonra peşman olub kaş ki, zamanında edərdim deməyək. Həyat belədir. Bir gün varıq bir gün yoxuq. Bukovski demişkən"  insan keçmişin həsrətini, yaşadığı anın şikayətçisi,  Gələcəyin görmək istəyir"  Gərək insan hər anın qiymətini bilməli doya-doya bu həyatı yaşamalıdır.

  14. Dərya Aslan
    Dərya Aslan
    Qonaq

    Cəmiyyətdəki insanların hər biri fərqli düşüncəyə,fərqli baxış bucağına sahibdir. Düşüncə çərçivəsi dar,baxış pəncərəsi kirli olan insan heç vaxt təmiz olanı görə bilməz.Məncə kitabsevərlərin tez-tez qarşılaşdığı mənzərələrdən biridə metroda kitab oxuyansovet təffəkkürlü xalaların qəribə baxışlarıdı.Bəlkə də,həmin xalalar kitab oxumağın verdiyi həzzi heç vaxt başa düşməyəcəyi üçün metroda kitab oxuyanı dəli zənn edəcək.Küçədə mahnı oxuyan insan dəli deyil onu dəli gözündə görən insanların ruhu yetəri qədər çılğın deyil.Məqalədəki gözə çarpan digər məsələ “Özünə dəyər”məsələsi idi. Sizin yazdığınız çox gözəl bir cümlə var idi”Özümü sevirəm,çünki özümü sevməsəm sizidə sevə bilməzdim” Aynaya baxanda özü ilə qürur duymayan şəxsmecə başqasınım şuğurunu alqışlaya bilər ? Axı özünü sevməyi bacarmayan insan necə qarşısındakını sevər, necə bu həyatısevər ? Çox sadə sevə bilməz hər şey öz daxili dünyamızdan başlayır...

    İnsanlara sağlığında verilən hörmətdən söz açıb burda dəyərli Emin bəy 

    Heç uzağa getməyəcəm şairi,müğənnini müəllimi misal gətirməyəcəm sadə bir ailənin şəhid oğlundan danışacam.Qapı bir qonşumuzun oğlunun şəhid xəbərini eşidən də özümü çox pis hiss elədim düzdü Ümid Məmmədov sağlığında elədə sevilən biri olmasa belə ölümündən sonra hamının sevimlisinə çevirilə bilmişdi.Sevgini ölərək qazanmışdı sanki... Məktəbdə heç bir müəllimə onu sevmirdi.Sadəcə dərslərinə görə yox onun  nadinc hərəkətlərinə görə  dəfələrlə  şahid olmuşdum ki,müəllimlə onu hər dəfə töhmətləyir, Ümid bəzən də direktorun otağından bir yanağı qızarmış halda çıxırdı.Birdə həmin şilləni vuran müəllimənin yas mərasimində tökdüyü göz yaşlarını görərdiniz məsələ göz yaşıda deyil yas mərasimlərində çox adam öz ölüsünü xatırlayıb ağlayır.Həmin müəllimə“Can ağıllı balam sən mənim ən ağıllı şagirdlərimdən idin” deyəndə məni gülmək tutmuşdu. Əslində Ümid eyni nadinc Ümid idi dəyişən sadəcə yaşı olmuşdu,bəlkədə Ümid şəhid olmasa idi bir ömür müəllimlərin ağlında dərsdən qaçan nadinc uşaq olaraa qalacaqdı amma o elə bir zirvəyə ucalmışdı ki artıq onda düz tapa bilməyən şəxslər onun heç bir səhvini xatırlamırdı  (Allah rəhmət etsin Şəhid Məmmədov) 

    Bu hadisəni danışmaqda məqsədim bəzi insanlar yaxşı şeylərin qədrini itirəndən sonra dərk edirlər,və niyəsə öləndən sonra çoxu olur “ən yaxşısı”.Qəribədir sağlığında hörmət qoyulmayan insanlara ölümündən sonra qiymət verilir. Bu həmişə belə gəlib çox gümanki belədə davam edəcək. Bəlkə Mikayıl Müşviq represiya qurbanı olmasaydı bu qədər sevilməzdi. Elə bizim dövrümüzdə də neçə neçə Mikayıllar var.Xalqı üçün diş dırnağ olan millətin mariflənməsi üçün hər şeyə hazır olan Mikayıllar.Ola bilərki,bizim çoxumuz onları bu gün dəyərləndirə bilmirik amma onların haqlı olduğunu mühit özü sübut edəcək.Bir zaman xalq düşmənlərinin ölümündən sonra maarifçi adlandırılması kimi. Heç kimə belə ömür arzulamıram təki hər birimizin dəyəri vaxt var ikən bilinsin Çünki...”Məni dərhal anlamalısan. Çünki mən kitab deyiləm, çünki məni öləndən sonra heç kim oxuya bilməz, mən sağ ikən başa düşülməliyəm.”

    Oğuz Atay, Təhlükəli oyun

    Sonda isə hər birimizə öz dəyərini anlayıb özünü sevib və xalqı sevməyi arzu edirəm.Yaddaşlarda yaxşı biri qalmaq diləyilə (Kənar məsələlərə görə üzr istəyirəm,fikrimi daha sərbəst çatdırmaq istəyirəm )


  15. ShoriuLegend
    ShoriuLegend
    Oxucu

    Çox çox çox gözəl yazıdır və Doğrudan da insan bu həyatda özünə dəyər verməli, hörməti etməlidir ki, başqaları da hörmət etsin.


  16. Qonaq İnci Eyvazlı
    Qonaq İnci Eyvazlı
    Qonaq

    Təəssüf ki, insanlar sadəcə bir-birlərinin yox, çox şeyin dəyərini itirdikdən sonra anlayırlar. gərək ki, birşeyi itirək ya da əldə edə bilməyək, ondan sonra o bizim üçün dəyərli olsun, niyə? çünki əlçatmazdır və ya artıq həyatımızda deyil. yenə də, nə olur olsun, kiməsə(nəyəsə) onu itirəciyik deyə dəyər verməməliyik. istər sonra həyatımızda olsun istər də olmasın. bizi sevən, yanımızda olan hərkəs dəyərlidir və sağlıqlarında dəyər görməyə həqiqətəndə layiqdirlər.
    Sizin fikirlərinizlə tamamilə razıyam, və yazılarınızı sevərək, fikirlərinizə qatılaraq oxuyuram. Davamlı olması diləyiləə...

  17. Qonaq Dilarə
    Qonaq Dilarə
    Qonaq

    Salam.Nə qədər də desək özümüzə dəyər verək, yenə də edə bilmirik.Çünki insan necədirsə, o cürə də böyüyür , yaşlanır.Yəni mənə görə ancaq yaxşı əməllər edək ki, ətrafınızdakıların hörmətini qazanaq.Bu cümlənizi də çox bəyəndim ki, bəli sizin bu yaratdığınız qrupda yazdıqlarınızı oxuyaraq mariflənirik .Uğurlar!

  18. Nərmin Məmmədova_15
    Nərmin Məmmədova_15
    Oxucu

    Her kes insanliga deyer vermelidir.Mene göre herkes özune veya basqalarina deyer vermelidir fikri yanlisdir.Çunku dahi Nizami,Füzuli eserlerinde göruruk ki onlar öz eserleri ile illerle ibretamiz fikirlerle insanlara tohfe vermisler ve onlarin öz dövrunun dillerini öyrenmeside özlerine olan deyerleridir .Zamana qalib gelmeyin yegane yolu bilgini öturmekdir ve mehz bele yaradici insanlar zamana qalib gelir .Onlara ölumunden sonra deyer verilmeside tesadufu yaranmir .Çunku gözel eserler yaradicilig hec vaxt ölmur hemişe nümune olur........

Şərh Yaz