Azərbaycancaaz
Mir.az » Bloq » Kitab oxumayan insanların ortaq düşüncələri

Kitab oxumayan insanların ortaq düşüncələri

146
Kitab oxumayan insanların ortaq düşüncələri

Kitablar, yoxsa reallıq? Kitab oxumayan insanlar sizcə bu haqda nə düşünürlər? 

Adından da gördüyünüz kimi bugünkü blogumuzda kitablara əsasən bölgü apardığımız bir neçə insan tipindən və onların ortaq düşüncələrindən söz açacayıq.

Kitablar – müxtəlif dövrlərdə yaşamış insanlardan dövrümüzə qədər gəlib çıxan və eləcə də hazırki dövrümüzdən gələcəyə ötürəcəyimiz düşüncə miraslarıdır.

Gəlin ilk öncə kitablarla az-çox əlaqəli olan və oxumağı sevən insan tiplərindən danışaq. 

1.  Kitab almağı sevənlər  bu tip insanlar adətən kitab oxumaqdan ziyadə onları almağı və seçməyi sevirlər. Kitabxanalara getmək, kitablar arasında vaxt keçirmək onlar üçün olduqca xoşdur. Adətən bu düşüncəyə sahib insanlarda saysız-hesabsız oxunmamış kitablar olur. Dəfələrlə yenisi üçün can atmamağa çalışsalar da bu o qədər də uğurlu alınmır.

2.  Eyni anda bir neçə kitab oxuyanlar  bu tip insanların əksəriyyəti “oxunulacaq kitab çoxdur, ömür isə qısadır” fikrinə əsaslanırlar. Eyni anda bir neçə kitab oxumaqla daha sürətli olduqlarını və vaxta qənaət etdiklərini düşünürlər. Bəzi istisnaları çıxmaqla, bu tip yanaşma o qədər də səhv sayılmaz. Ağır və düşündürücü kitabları dəqiq anlamaq üçün yavaş və analiz edərək oxumaq daha effektivdir. Bərabərində gələn digər kitablar düşüncələri qarışdırma gücünə malik ola bilər.

3.  Kitabları üz qabığına görə seçənlər  bu tipdə isə kitabın mövzusuna görə deyil də, üz qabığına və dizaynına əsasən seçim edən insanlarla tanış olacıq. Onlar daha çox diqqət çəkici və maraqlı üz qabığı olan kitablara üstünlük verirlər. Mövzu, müəllif və ya çatdırılması lazım olan fikir əksəriyyət üçün böyük önəmə sahib deyildir. Bu tip insanlar fərqli yanaşmaya sahib olsalar da əsl kitab qurdları bu baxış bucağı ilə razılaşa bilmir. “Kitabı sadəcə üz qabığına görə seçmək, bir insanı sırf xarici görünüşünə görə dəyərləndirmək deməkdir” fikri bu tipə aid insanlara qarşı müansibətdə əsl kitabsevərlər üçün ideal şüar sayıla bilər.

4.  Əsl kitab qurdları  bu qrupun nümayəndələri isə hansı sahəyə maraq duymalarından asılı olmayaraq müxtəlif janrlarda kitab oxumağı bacarırlar. Onlar üçün kitabın daxili, xarici quruluşundan daha əhəmiyyətlidir. Bu tip insanlar heç maraqlanmadıqları janrda belə ən az bir kitab oxumuş olurlar. Kəşf etmək, şans vermək və düşüncələrin azad rəqsini izləmək onlar üçün həyatda ən zövqverici nüanslardan biridir. Bəzi hallarda zövqlərinə xitab etməyən, bir sözlə, sıxıcı gələn kitabların belə, bir şansı haqq etdiyini düşünərək yenidən oxumağa cəhd edə bilərlər.

Kitab oxuyan insan tipləri də eynilə ümumi insan tipləri kimi fərqli və rəngarəngdir. Baxış bucaqları, düşüncə tərzləri və həyat fəlsəfələrinə görə onların da kitablara və digər bütün hər şeyə münasibətləri fərqlilik təşkil edir. 

Kitab oxumayan insanlar da yanaşmalarına görə bir neçə tipə bölünür:

1.  Kitabların sadəcə nağıl olduğunu düşünənlər -  bu tip insanlar kitab oxuyanlara gülür, qarşı çıxır və təkidlə öz fikirlərinin daha doğru olduğuna inam yaratmaq istəyirlər. Onlar üçün kitablar insanların uydurmalarından və boş nağıllardan başqa heç nə deyildir. Onlar təkliflərə tamamilə qapalıdırlar, kitab oxumağı sadəcə vaxt itkisi olaraq qəbul edirlər ki, təbii olaraq bu yanaşma tamamilə səhvdir. Zamanının bir çox hissəni özünün də bilmədiyi bir şəkildə həba edən insanlar adətən belə düşünürlər

2.  Səbri çatmayanlar -  bu tip kitab oxumayan insanlar da daxilində iki yerə bölünür:

Səbri çatmadığını bəhanə edib kitab oxumağa yanaşmayanlar.

Səbri çatmasa belə az səhifəli kitablar oxuyaraq özündə vərdiş yaratmağa çalışanlar.

3.  Kitab oxuyan insanlara qibtə edənlər -  bu tip kitab oxumayan insanlar kitab qurdlarına əsl heyranlıqla yanaşır, onların bu vərdişini olduqca yüksək qiymətləndirirlər. Lakin özləri müxtəlif səbəblər gətirərək oxumaqdan boyun qaçırırlar. Bu insanlar digər iki tipin qarışıq düşüncələrinə sahibdirlər. “Zamanım yoxdur, səbrim çatmır, vaxtım olsaydı mən də oxuyardım, kaş oxuyam” və s. kimi fikirlər onlara addım atmaqda çətinlik yaradır.

Nə qədər hissələrə ayırsaq və fərqləndirsək də bu düşüncələrin bir çoxu hamısında ortaqlıq təşkil edir. Bir çoxları vaxt, səbr və maraqsızlığından gileylənir, heç bir şəkildə şans vermək istəmirlər.

Ən çətin kitab oxumayan insan tipi də məhz cidd-cəhdlə bu işin mənasız olduğuna inananlardır. Onların düşüncəsində dönüş etmək çox vaxt ya mümkün olmur, ya da çox çətinliklə başa gəlir. Mümkün olmama səbəblərindən biri də digər insanın bu mövzuda çox təkid etməməsi və bir növ vəziyyətlə razılaşmasıdır.

Kitab oxumayan insanlar üçün nə qədər absurd səslənsə də, həyatın bir başqa gözəl yanından xəbərsiz olduqlarını bilməlidirlər. Bizimlə eyni dövrdə olmayan və bir zamanlar bizimlə eyni atmosferi paylaşan insanların, fərqli dindən, irqdən olan yazıçıların şeirlərini, hekayətlərini, romanlarını oxumaq bəlkə də bədii bir möcüzədir. Düşünmək sənətdir. Fərqli düşüncələri oxumaq isə bir rəsm əsəri ilə saatlarla baxışıb hər dəfə fərqli qənaətə gəlmək deməkdir. 



Şərhlər 5

Şərh Yaz
  1. Sonay Musayeva
    Sonay Musayeva
    Şərhçi
    Məncə düzgün yanaşmadı şəxsən 2 və 4 uyğun gəlir😂
  2. Nancy_2
    Nancy_2
    Oxucu
    Məncə fikirləriniz tamamilə doğrudur. Mən də belə bir şey əlavə edim ki məncə kitab oxumayan insanlar həyatın gözəlliklərindən məhrum qalırlar. Onlar sadəcə real həyata baxır və sadəcə o həyatı yaşayırlar. Bəlkə xoşbəxt, bəlkə də bədbəxt. Lakin kitab oxuyan insanlar bir çox dünyalara, aləmlərə və həyatlara qonaq olurlar. Onlarda məncə empatiya duyğusu daha da güclü olur. Çünki onlar kitablarda oxuduqları obrazların yerinə özlərini qoymağı bacarırlar. Əslində mən kitabdakı insanlara "obraz" deməyi sevmirəm. Çünki mənim üçün onların hər biri ayrı bir insandır. Sizin yazdığınıza uyğun olaraq isə mən "2. Eyni anda bir neçə kitab oxuyan" həmdə "4. Əsl kitab qurdu"-na aid ola bilərəm. Belə gözəl bir bloq üçün təşəkkürlər.
    1. Nargiz Ojagli
      Nargiz Ojagli
      Oxucu
      Məndə sizinlə tamamilə razılaşıram

  3. Nargiz Ojagli
    Nargiz Ojagli
    Oxucu
    Məndə belə bir şey demək istəyərdim ki kitab oxumayan insanlar bir çox zaman filmlərə baxmağı sevirlər. Onlar nədənsə kitablara zaman itkisi olaraq adlandırır ancaq filmlərə baxmağı daha üstün hesab edirlər. Ancaq onlar təbii ki yanlış düşünürlər. Filmə baxmağı məndə sevirəm ancaq kitab oxumaq filmlərə baxmaqdan daha yaxşıdı. Həmdə mənim düşüncəmlə filmə baxarkən insan sadəcə izləyici rolunda olur. Amma kitab oxuyanda isə insan o həyatı yaşayır.
  4. Namiq Qurbanzade
    Namiq Qurbanzade
    Şərhçi
    Bəli yazılanların hamısı doğrudur😂

Şərh Yaz