Microsoft-un qurucu ortaqı və milyarder iş adamı Bill Gates, rəsmi LinkedIn hesabından bu yay üçün oxunması və izlənməsi lazım olan bəzi əsərləri paylaşdı. Əgər yeni bir kitaba başlamaq və ya yeni bir serial izləmək istəyirsinizsə, Gates-in tövsiyələrinə nəzər salmağınızda fayda var. Budur, Bill Gatesin tövsiyə etdiyi 4 kitab və bir serial:
1. The Women - Kristin Hannah
Kristin Hannah tərəfindən yazılmış "The Women", ABŞ ordusunda xidmət edən bir tibb bacısının hekayəsini danışır. Müharibənin çətinliklərini və şəxsi mübarizələri mövzu alan bu kitab, duyğusal və sürükləyici bir roman axtaranlar üçün ideal seçimdir.
2. Infectious Generosity - Chris Anderson
Chris Andersonun yazdığı "Infectious Generosity", daha ədalətli bir dünya yaratmaq istəyənlər üçün ilham verici bir əsərdir. TED Talks-un rəhbərlərindən biri olan Anderson, oxuculara haradan başlamaları barədə yol göstərir.
3. Brave New Words - Sal Khan
Khan Academy-nin qurucusu Sal Khan tərəfindən yazılmış "Brave New Words", süni intellektin təhsil üzərindəki təsirlərini və faydalarını araşdırır. Təhsil dünyasına maraq duyanlar üçün mütləq oxunması lazım olan bir kitabdır.
4. How to Know a Person - David Brooks
David Brooksun "How to Know a Person" adlı kitabı, şəxsi inkişaf və ünsiyyət bacarıqları üzərində cəmləşir. İnsanları daha yaxşı tanımağın və sosial bacarıqları inkişaf etdirməyin yollarını izah edən bu əsər, həm şəxsi, həm də peşəkar həyatda daha təsirli ünsiyyət qurmaq istəyənlər üçün yol göstərir.
Bonus: Slow Horses (Serial)
Bill Gatesin tövsiyə etdiyi tək serial olan "Slow Horses", Mick Herronun eyni adlı romanından uyğunlaşdırılmış bir əsərdir. 2022-də Apple TV+ da yayımlanan bu serial, mürəkkəb personajları və hadisə qurgusuyla diqqət çəkir. Gatesə görə, izlənməyə dəyər bir əsərdir.
Bu yay Bill Gatesin tövsiyə etdiyi bu əsərlərlə keyfiyyətli vaxt keçirə bilər, həm bilik dairənizi genişləndirə bilər, həm də keyfiyyətli bir izləmə təcrübəsi yaşaya bilərsiniz.
Şərhlər 0
Şərh Yaz