Rejissor Tim Burtonun çəkdiyi “Wednesday” serialı cəmi bir həftə ərzində Netflix -də baxış sayına görə rekord qırıb.
Bu barədə striminq xidmətinin nümayəndələri Twitter-də məlumat veriblər.
“Tim Burton, Al Gough və Miles Millar tərəfindən istehsal olunan serial 81 ölkədə izlənərək “Stranger Things” serialının dördüncü mövsümünü geridə qoyub”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, serial noyabrın 23-də yayımlanıb. Süjetin baş rolunda Martişa və Qomez Addamsın qızıdır. Seriada qızın məktəbə necə uyğunlaşmağa çalışdığını və psixoloji sarsıntılarının öhdəsindən necə gəldiyini göstərilir.
Netflix-də bir həftə ərzində ən çox izlənilən Wednesday serialı
Şərhlər 0
Şərh Yaz