Azərbaycancaaz
Mir.az » Bloq » Qadağan Olunmuş Kitablar - Siyahı

Qadağan Olunmuş Kitablar - Siyahı

253
Qadağan Olunmuş Kitablar - Siyahı
Qadağan edilmiş kitablar — qanunla qadağan edilmiş kitablar və ya esse və ya pyeslər kimi nəşr olunmuş bədii əsərlərdir. Kitabların qadağan edilməsi praktikası siyasi, hüquqi, dini, mənəvi və ya (daha az) kommersiya məqsədlərindən senzuranın bir formasıdır.

Bu siyahıda yer alan kitablar müxtəlif zamanlarda, müxtəlif ölkələrdə rəsmi olaraq qadağan edilmişdir.

1. İlahi Komediya Dante Aligyeri - 2018-ci ildə Küveytin informasiya nazirliyi tərəfindən qadağan olunub.
2. Frankenşteyn Meri Şelli - 1955-ci ildə CAR-da qadağan olunub.
3. Notrdam kilsəsinin qozbeli Viktor Hüqo - 2018-ci ildə Küveytin informasiya nazirliyi tərəfindən qadağan olunub.
4. Kommunist Manifesti Karl Marks və Fridrix Engels - Rusiya İmperiyası və Üçüncü Reyxdə qadağan olunub.
5. Karamazov qardaşları Fyodr Dostoyevski - 2018-ci ildə Küveytin informasiya nazirliyi tərəfindən qadağan olunub.
6. Sion müdriklərinin protokolları Matvey Qolovinskiy - 1995-ci ilə qədər Estoniyada qadağan olunub.
7. Çevrilmə Frans Kafka - SSRİ-də və Üçüncü Reyxdə qadağan olunub.
8. Biz Yevgeni Zamyatin - 1988-ci ilə qədər SSRİ-də qadağan olunub.
9. Əlvida, silah Ernest Heminquey - Üçüncü Reyxdə qadağan olunub.
10. Qərb cəbhəsində yenilik yoxdur Erix Mariya Remark - Üçüncü Reyxdə qadağan olunub.
11. Cəsur yeni dünya Oldos Haksli - 1932-ci ildə İrlandiyada, 1932-ci ildən 1937-ci ilə qədər Avstraliyada qadağan olunub.
12. Qəzəb salxımları Con Steynbek - 1940-cı ildə ABŞ-da və SSRİ-də, 1953-cü ildə İrlandiyada qadağan olunub.
13. Master və Marqarita Mixail Bulqakov - 1973-ci ilə qədər SSRİ-də qadağan olunub.
14. 1984 Corc Oruell - 1950-ci ildə SSRİ-də qadağan olunub.
15. Heyvanıstan Corc Oruell - SSRİ-də qadağan olunub.
16. Doktor Jivaqo Boris Pasternak - 1988-ci ilə qədər SSRİ-də qadağan olunub.
17. Lolita Vladimir Nabokov - 1956-cı ildən 1964-cu ilə qədər Argentina, Böyük Britaniya, Fransa və Yeni Zelandiyada qadağan olunub.
18. Pişəvər gecələri Məhəmməd Musəvi Şirazi - 2014-cü ildə Azərbaycanda qadağan olunub.
19. Yüz ilin tənhalığı Qabriel Qarsiya Markes - 2018-ci ildə Küveytin informasiya nazirliyi tərəfindən qadağan olunub.
20. QULAQ arхipelaqı Aleksandr Soljenitsın - SSRİ-də qadağan olunub.
21. Şanxayda həyat və ölüm Nien Çenq - Çində qadağan olunub.
22. Kimyagər Paulo Koelyo - 2011-ci ildə İranda qadağan olunub.
23. Şeytan ayələri Salman Rüşdi - İslam əleyhinə küfr iddiasına görə aşağıdakı ölkələrdə qadağan edilib: Banqladeş, Hindistan, İran, Misir, Keniya, Küveyt, Liberiya, Malayziya, Pakistan, Papua-Yeni Qvineya, Seneqal, Sinqapur, Şri Lanka, Tanzaniya və Tayland.
24. Amerikalı psixopat Bret İston Ellis - 2015-ci ildə Avstraliyanın Kvinslend bölgəsində qadağan olunub.
25. Veronika ölməyə qərar verir Paulo Koelyo - 2011-ci ildə İranda qadağan olunub.
26. Da Vinçi şifrəsi Den Braun - 2004-cü ildə roman xristianlığı alçaltdığı üçün Livanda qadağan edilib.


Şərhlər 2

Şərh Yaz
  1. Khajala HM
    Khajala HM
    Şərhçi
    23 hele de yuklenmedi sayta
    1. Admin
      Admin
      Bilgin
      23 saytda var. Kitabın linkini aşağı əlavə edirəm.

      Salman Rüşdi "Şeytan Ayetleri"
      --------------------
      İnstagram

Şərh Yaz