Açıq sorğu: Fikrinizi bölüşün!
Son illərdə məktəblərdəki iş mühitində müşahidə olunan bir məsələ var: Bəzi kişi müəllimlərin qadın direktorlarla işləməkdən çəkinməsi və ya narazılıq hiss etməsi. Bu nə ilə bağlıdır?
Söhbət patriarxal düşüncədən gedir, yoxsa idarəçilik tərzindən?
Qadın rəhbərlərin emosional qərar verdiyi düşünülür?
Yoxsa bu, sadəcə fərdi təcrübələrə əsaslanan subyektiv yanaşmadır?
Bu mövzu cəmiyyətdə tez-tez müzakirə edilir, amma konkret səbəblər çox zaman səssiz qalır. İndi isə sizin söz haqqınızdır.

Buyurun, fikrinizi açıq şəkildə paylaşın:
Adınızı yazmaq məcburi deyil. İstəyirsinizsə, anonim qala bilərsiniz. Məqsədimiz odur ki, real düşüncələrə əsaslanan statistik mənzərə ortaya çıxaraq cəmiyyətin bu məsələyə necə yanaşdığını anlamağa çalışaq.
Sual:
Kişi müəllimlər niyə qadın direktorlarla işləmək istəmirlər?
Əgər siz də bu sahədə çalışırsınızsa və ya maraqlanırsınızsa, fikriniz bizim üçün dəyərlidir.
Şərhlər 24
Şərh Yaz