Azərbaycancaaz
Mir.az » Bloq » Kitab alma xəstəliyi - Tsundoku

Kitab alma xəstəliyi - Tsundoku

403
Kitab alma xəstəliyi - Tsundoku
Yapon dilində bir söz olan tsundoku "tsun-doku" jarqon sözündən yaranıb. Bu söz yapon dilində “əşyaları sonrası üçün yığıb saxlamaq və tərk etmək” mənasında işlənir.

Bəs, tsundoku tam olaraq nədir?



Dünyada ən çox Çin, Yaponiya və Koreyada rast gəlinən Tsundoku sindromu “kitab almamaq və oxumamaq xəstəliyi” olaraq təyin edilə bilər. Bir növ asılılıq olan bu xəstəliyə düçar olan insanlar bir gün oxumaq niyyəti ilə kitabları alsalar da oxuya bilmirlər. Aldıqları kitabları oxumadıqlarına görə hiss etdikləri günahkarlıq hissini yeni kitablar almaqla yatırılır. Tsundoku sindromu olan insanlarda müşahidə olunan simptomlar bunlardır:

Onlar kitab oxumaqdan daha çox kitabxanalarının dolu görünməsindən zövq alırlar.

Elektron mühitdə kitab və məqalə oxumağı sevmirlər.

Kitablarını heç kimə borc vermək istəmirlər.

Çıxan hər yeni kitaba sahib olmaq istəyirlər.

Kitabı ala bilməyəndə aqressiya, narahatçılıq hiss edə bilərlər.

Oxumaq niyyəti ilə kitab mağazalarına getsələr də, hər dəfə yeni kitablar alırlar.

Ən çox getməyi xoşladıqları yerlər kitab yarmarkaları, ən çox baxdıqları saytlar kitab alış-veriş saytlarıdır.


Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz