Azərbaycancaaz
Mir.az » Bloq » 3-cü Qrupda Hansı İxtisaslar Var - 3 cü qrup Fənnləri və İxtisasları

3-cü Qrupda Hansı İxtisaslar Var - 3 cü qrup Fənnləri və İxtisasları

917
3-cü Qrupda Hansı İxtisaslar Var - 3 cü qrup Fənnləri və İxtisasları
3 cü qrup fənləri və ixtisasları haqqında ətraflı məlumat əldə etmək istəyirsinizsə aşağıdakı yazımızı oxuyaraq suallarınıza cavab tapa bilərsiniz.

3 cü qrup fənləri hansılardır?


III qrup fənnləri aşağıdakılardır:

  • Azərbaycan dili
  • Riyaziyyat
  • Xarici dili
  • Ədabiyyat
  • Tarix ( Azərbaycan və ümumi)


İmtahanın birinci mərhələsində buraxılış fənnlərindən – Azərbaycan dili, Riyaziyyat və Xarici dilindən imtahan verilir. İkinci mərhələdə isə Tarix və Ədabiyyatdan – qəbul fənnlərindən imtahan verilir.

Azərbaycan dili və Tarixdə maksimum bal 200-dür. Qalan fənnlərdə maksimum bal 100-dür. Ona görədə Azərbaycan dili və Tarixə daha çox diqqət verməlisiniz.

3 cü qrup ixtisasları hansılardır?


3 cü qrup ixtisaslari öz rəngarəngliyi ilə seçilir.

Aşağıda sizə III qrupun ən yaxşı ixtisasları haqında məlumat verəcəm.

III qrupa daxil olan ən yaxşı ixtisaslar:

Sosial iş


Bu ixtisas insanların onları əhatə edən mühitdə mümkün qədər daha yaxşı fəaliyyət göstərmələri üçün onlara yardım etməyə istiqamətlənmiş sahədir. Sosial işçilər sosial planda müdafiə edilməmiş təbəqələrə (yaşlılar, əlillər,ailə mühitindən məhrum olunmuş uşaqlar, QIÇS-yoluxmuş insanlar, qanunla münaqişədə olan insanlar, risk qrupuna daxil olan digər şəxslər) həm onlara yardım edərək qarşılaşdıqları problemlərin qarşısını almağa çalışırlar, həm də bu təbəqələrin maraqlarının təmin edilməsinə və hüquqlarının müdafiə edilməsinə yönəlmiş qanun verici aktların və dövlət proqramlarının hazırlanmasında yaxından iştirak edirlər. Bu ixtisas üzrə aşağıdakı universitetlərdə təhsil ala bilərsiniz:

  • Bakı Dövlət Universiteti – tədris Azərbaycan və ingilis dilində
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
  • Naxçıvan Dövlət Universiteti
  • Gəncə Dövlət Universiteti
  • Azərbaycan Kooperasiya Universiteti
  • “Azərbaycan” Universiteti
  • Bakı Avrasiya Universiteti
  • Odlar Yurdu Universiteti
  • Bakı Biznes Universiteti
  • Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası


Hüquqşünaslıq


Hüquqşünaslıq həm qədim, həmdə çox ehtiyac duyulan bir ixtisasdır. Hüquqşünaslıq həmişə məhşur olmuşdur. Hüquqşünaslıq bəzi xüsusiyyətlərinə görə başqalarından fərqlənir. Hüquqşünas olmaq üçün böyük məsuliyyət lazımdır. Hüquq sistemi və qanunvericilik daim dəyişib inkişaf etdiyindən hüquqşünasda daim öz üzərində işləməlidir. Hüquqşünaslıq ixtisası aşağıdakı universitetlərdə tədris olunur:

  • Bakı Dövlət Universiteti – tədris Azərbaycan və ingilis dilində
  • Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
  • ADA Universiteti
  • Milli Aviasiya Akademiyası
  • Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası
  • Naxçıvan Dövlət Universiteti


Jurnalistika


Jurnalistika kütləvi rabitə kanalları vasitəsilə müvafiq məlumatların toplanması, işlənməsi və vaxtaşırı yayılması üçün ictimai fəaliyyət növüdür. Jurnalistka siyasi, bədii, idman, əyləncə, elm və texnologiya, sağlamlıq və fitness, biznes və maliyyə, fotojurnalizm, multi-media və s xüsusiyyətləri özündə birləşdirən geniş bir sahədir. Bu ixtisasa sahib olanlar jurnalist adlanır. Bu ixtisas aşağıdakı universitetlərdə tədris olunur:

  • Bakı Dövlət Universiteti – tədris Azərbaycan və ingilis dilində
  • Azərbaycan Dillər Universiteti – tədris ingilis dilində
  • Bakı Slavyan Universiteti


Dövlət və İctimai münasibətlər


Bu ixtisas ictimai işlərin bütün sahələrində anında effektiv təsir göstərmə gücünə malik yüksək intellektual siyasətçilər hazırlayır. Gücləndirilmiş ünsiyyət bacariqları və sosial məsuliyyət bu proqramın ayrılmaz hissəsini təşkil edir. Bu ixtisasa aşağıdakı universitetlərdə yiyələnmək olar:

  • Bakı Dövlət Universiteti – tədris Azərbaycan və ingilis dilində
  • Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
  • ADA Universiteti


Tərcümə ( Azərbaycan – Koreya dili)
Bu ixtisas iki dil arasında tərcümə işini öyrənir. Tərcümə şifahi və yazılı olur. Şifahi tərcümənin ardıcıl, sinxron və pıçıltı ilə kimi növləri var.

Ardıcıl tərcümə – tərcümə edən danışanın nitqinə bir neçə dəqiqə diqqətlə qulaq asır,qeydlər edir, sonra isə həmin hissəni tərcümə edir.

Sinxron tərcümə – tərcüməni onun üçün ayrılan yerdə oturaraq, qulaqcıq vasitəsilə ilə danışanı dinləyir və eyni zamanda tərcümə etdiyi mətni mikrafona danışır.

Pıçıltı ilə tərcümə - bu tərcümə sinxron tərcümənin bir növüdür. Ancaq tərcüməçi bu işi yerinə yetirərkən tərcüməçi üçün ayrılan köşkdə yox, öz müştərisinin yanında duraraq, danışanın fikirlərini hədəf dildə onun qulağına pıçıldayır. ” Korea Corner” tərcümə fakultəsinun tərkibində 20 ildən çoxdu fəaliyyət göstərir.

Bu ixtisas üzrə aşağıdakı universitetdə təhsil ala bilərsiniz :

  • Azərbaycan Dillər Universiteti


Tərcümə fakültəsində başqa dillərdə mövcuddur.

3 cü ixtisas qrupuna daxil edilən yeni ixtisaslar


Bu il Azərbaycanda III qrupda 3 yeni ixtisas yaranıb. 5 ixtisas ləğv olunub. 2 ixtisasın isə adı dəyişdirilib.

III ixtisas qrupunda Məktəbəqədər təlim və tərbiyə, Kitabşünaslıq, Antropologiya, Teatrşünaslıq və Kinoşünaslıq ixtisasları ləğv olunub. Kitabxanaçılıq və informasiya və Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisasları müvafiq olaraq Kitabxanaçılıq və informasiya fəaliyyəti və Muzey, arxiv işi və abidələrin qorunması adlandırılıb. III qrupa daxil edilən yeni ixtisasların siyahısında Məktəbəqədər təhsil, İslamşünaslıq və İctimai təhlükəsizlik və idarəetmə ixtisasları yer alıb. Bu il olunan son dəyişikliklərdən sonra III qrupa 24 ixtisas daxildir. Bu ixtisaslar aşağıdakılardır:

  • Azərbaycan dili və Ədəbiyyat müəllimliyi
  • Dil və ədəbiyyat müəllimliyi ( dillər üzrə)
  • İbtidai sinif müəllimliyi
  • Korreksiyaedici təlim
  • Məktəbəqədər təhsil
  • Tarix müəllimliyi
  • Təhsildə sosial-psixoloji xidmət
  • Xarici dil müəllimliyi ( dillər üzrə)
  • Dinşünaslıq
  • Dövlət və İctimai münasibətlər
  • Fəlsəfə
  • Fililogiya ( dil və ədəbiyyat göstərilməklə)
  • Hüquqşünaslıq
  • İslamşünaslıq
  • Jurnalistika
  • Kitabxanaçılıq və informasiya fəaliyyəti – 1
  • Politologiya
  • Tarix
  • Tərcümə (dillər üzrə)
  • Bədii yaradıcılıq və ekran dramaturigiyası
  • Muzey, arxiv işi və abidələrin qorunması – 2
  • Sənətşünaslıq ( sahələr üzrə)
  • Sosial iş
  • İctimai təhlükəsizlik və idarəetmə


Şərhlər 1

Şərh Yaz
  1. Nəsimi Mursalizadə
    Nəsimi Mursalizadə
    Qonaq
    Sosial iş ixtisası Azərbaycan Dövlət İqtisad Universitetində də var

Şərh Yaz