Biz də bu kitabların siyanısını hazırladıq ki, sizlər də bu kitablardan faydalana biləsiniz. Ümid edək ki, bu kitablar sizin də həyatınızda müsbət dəyişikliklərə səbəb olsun.
1) King Lear

Jobs King Liri oxuyanda orta məktəbin son ilində idi. O, həmin vaxt tez-tez musiqi dinlədiyini, daha çox elm və texnika ilə bağlı olmayan ədəbi əsərləri oxuduğunu qeyd edib. Kral Lirdəki faciə gənc Jobs üçün çox təsirli oldu. Faciənin əsas mövzusu bərbad monarxiya, məhvə aparan yolda baş verən hadisələrdir.
2) Moby Dick

Amerika yazıçısı Herman Melvilin “Mobi Dik” epik romanı gənc Stivə təsir edən romanlardan biridir. Cobsun ən əhatəli tərcümeyi-halını yazan Walter Isaacson romandakı Kapitan Ahab və Stiv Cobs obrazı arasındakı oxşarlığa diqqət çəkir. Kapitan Ahab ilə Jobs institutlara bağlı qalmaqdansa təcrübə və öyrənmə strategiyasına əməl etdi.
3) The Collected Poems of Dylan Thomas

Gənc Jobs kollecə hazırlaşarkən misralara olan həvəsini kəşf etdi. Uels şairi Dilan Tomas şeirləri ilə Stiv Cobsun ruhuna təsir etdi. Stivin ən çox sevdiyi şeir "Do Not Go Gentle"dir.
4) Autobiography of a Yogi

Stiv Cobsun dəfələrlə oxuduğu bu kitabı hind yoqa təlimatçısı Paramahansa Yoqananda yazıb. Stiv deyir ki, Hindistana səfəri zamanı o, kənd-kənd gəzib və bu kitabı dönə-dönə oxuyub.
5) Zen Mind, Beginner’s Mind

Hindistandan qayıtdıqdan sonra meditasiya ilə maraqlanmağa davam edən Jobs Kaliforniyada Şunyru Suzukinin dərslərinə qatılıb və müəlliminin yazdığı "Zen Mind, Beginner's Mind" kitabı onu tamam başqa insan edib. O zaman yaxın dostu olan Daniel Kottke Jobsun dəyişməsi haqqında deyir: “O, həqiqətən ciddi və sadiq oldu. O, ümumiyyətlə, dözülməz insan idi”.
6) The Innovator`s Dilemma

Stiv Cobsun həyatında daha bir mühüm kitab olan “The Innovatior’s Dilemma” Harvard professoru Kley Kristensen tərəfindən yazılmışdır. Stiv bu kitab vasitəsilə şirkətin böyüməsi üçün zəruri bir çox şeyi görə bildi. Beləliklə, Apple iPod-u işə saldı və musiqi sənayesində mühüm oyunçu oldu.
7) Cutting Through Spiritual Materialism

Buddizmi kəşf edərkən oxuduğu kitablardan biri olan "Cutting Through Spiritual Materialism" adlı əsərində eqonun və nəfsin illüziya olduğu deyilir. Müəllif Trungpa bizə özümüzü ruhən inkişaf etdirməkdənsə, sadəcə olaraq varlığımızı azad etməyi tövsiyə edir.
Şərhlər 0
Şərh Yaz