Azərbaycancaaz
Mir.az » Bloq » "Concorde" sindromu : Boşa gedən cəhdlərinizlə üzləşə bilirsiniz

"Concorde" sindromu : Boşa gedən cəhdlərinizlə üzləşə bilirsiniz

390
"Concorde" sindromu : Boşa gedən cəhdlərinizlə üzləşə bilirsiniz
İkinci Dünya müharibəsindən sonrakı dönəmdə - 50-ci illərdə İngiltərə və Fransa rəhbərliyi bir araya gələrək "səsdən belə sürətli olan" , ultragüclü, yeni tipli təyyarələrin istehsalına qərar verirlər. Layihəyə verilən ad - "Concorde" ifadəsi anlaşma, uyğunlaşma, ahəng kimi mənalar daşıyırdı.

1956-cı ildə komissiya qurulur, 1962-cı ildə təyyarənin hazırlığı tamamlanır. İstehsal üçün neçə il zaman, böyük zəhmət və bolca maliyyə xərclənən təyyarə daha ilk sınaq uçuşunda tələbləri qarşılamadığını, uğursuz alındığını bəlli edir.

Təhlükəsizlikdən tut, enerji israfına, sərnişin tutumuna qədər bir çox ciddi problemi olsa da, 4 milyon dollarlıq layihəni ləğv etmək istəməyən tərəflər işlərə davam edir, təyyarəni təkmilləşdirməyə çalışır, 1976-cı ildən kütləvi istifadəyə təqdim edilir.

2000-ci ildə layihənin bir təyyarəsi qəzaya uğrayıb 113 sərnişinin ölümünə səbəb olduqda çalışma nəhayət ki, rəfə qaytarılır...
"Concorde" sindromu : Boşa gedən cəhdlərinizlə üzləşə bilirsiniz
"Concorde yanılğısı" anlayışı çox böyük zəhmət çəkilən şeylər nəticəsiz qalsa, yaxud uğursuzluğa düçar olsa belə, şəxsin / qurumun ondan vazkeçə bilməməsi halını ifadə edir. İncə məqam odur ki, fərd bu boş cəhdin fərqindədir, sadəcə qəbullanmaq istəmir. İfadə ilk dəfə Alex Kacelnik adlı zooloq tərəfindən "İngilis Psixologiya" dərnəyinin bir konfransında işlədilmişdir. (1996) Alex heyvanların davranışlarını müşahidə edərkən belə bir maraqlı nəticəyə gəlmişdi :

"Batmış xərc nəzəriyyəsi" (terminin dilimizdə qarşılığı başqa formadadırsa, şərhlərdə qeyd edə bilərsiniz) adlandırır. İlk baxışda məntiqə sığmazmış kimi görünsə də, insanı hərəkətə keçirən, qərar verdirən qüvvə qazanclardan çox itkilərdir. Misal olaraq, nəhəng futbol klubları böyük qiymətlərlə komandaya cəlb etdiyi futbolçuların zəif, yetərsiz performans göstərdiyini, gözləntiləri qarşılamadığını görsə də, çəkdikləri xərcləri düşünərək, idmançıları uzun müddət heyətlərində tutmağa davam edirlər.

"Concorde yanılğısı"nı həyatımıza, şəxsi münasibətlərimizə necə tətbiq edə bilərik ?


Hal Arkes və Catehrine Blumer "Concorde sindromu" ilə bağlı maraqlı bir təcrübə aparırlar. Belə ki ; xəyali olaraq, Miçiqanda qayıq gəzintisi üçün 100 dollarlıq tur yaradılır. Daha sonra 50 dollarlıq, ancaq çox daha yaxşı təşkil olunmuş, əhatəli başqa bir tur da yaradılır. Təcrübə iştirakçılarının qarşısındakı situasiya budur : Əgər hər iki tur eyni günə, eyni saata düşəcək olsa, (biletləri qaytarma, pulu geri alma kimi şansları yoxdur) hansı gəzintiyə qoşulacaqlar ?

İştirakçıların böyük əksəriyyəti 100 dollarlıq turu seçir - Ziyanlarının daha yüksək olduğu seçimi xilasa yönəlirlər. Əslində ümumən 150 dollar xərc çəkilib və buna dəyəcək ən yaxşı turu seçə bilərdilər. Beləliklə, möhtəşəm bir təcrübə təklif edən şansı dəyərləndirməyin daha məntiqli oıduğunu düşünmədən qiymət müqayisəsi ilə "ziyana dəyəcək" əyləncəni seçirlər. Çoxumuzun edəcəyi kimi.


Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz