Azərbaycancaaz
Mir.az » Bloq » C'mon C'mon Filmi Haqqında

C'mon C'mon Filmi Haqqında

308
C'mon C'mon Filmi Haqqında
Bu Joaquin ki var, çox böyük aktyordu. Onun böyüklüyü "Joker" kimi böyük layihələrdə deyil, 8 milyon dollarlıq belə kiçik bir filmdə çağlamasıdı. Filmin fikri rejissorun oğlunu çimdirərkən verdiyi suallardan doğulub. Bizə narsist varlığımızın bizdən daha narsist olan varlıqlar olan uşaqların qarşısında necə parçlandığını göstərir.
Conni orta yaşlarında, tənha bir radio işçisidi. Ölkənin hər yerini gəzib, uşaqlarla reportajlar edir. Anasının ölüm ildönümündə bacısına zəng edir. Problemli əri ilə bağlı şəhərdə olmayan bacısının oğluna baxmaq üçün onun evinə gedir. Bacısının işi uzandıqca uzanır və Conni Cessi ilə ölkəni gəzir və bir-biri ilə ünsiyyət qurub, qorxuları ilə üzləşdirirlər.
Bəzi yerlərdə Joaquincim ata fiquru zad yaradıb deyə şərhlər gördüm. Əlaqəsi yoxdu. Conni dayı burda ana fiqurunu təmsil edir. Dayılar anaların bir uzantısıdı. Həyatının yarısını dayısının yanında keçirən biri kimi deyirəm. Beyazın reklamında bir replika var idi - "dayı anne yarısıdı". ?
Bu ana fiqurunun uzantısı olan dayı obrazını yaratmaq üçün də dişi enerjisi çox yüksək olan bir aktyor seçən rejissoru da ayrıca təbrik etmək lazımdı. Dayı, ana və uşaqdan ibarət aktyorluqların çağladığı, ağ-qara görüntülər, kitablardan oxunan parçalar, çalınan musiqilər, uşaqlarla edilən reportajlar izləməyə dəyər. Bütün valideyinlər izləsin.
Uşaqlar ata və ananındı yoxsa keçən yüz ildən bəri artıq sadəcə ananın ? Uşaqlar (istisnalar əlbəttə, var) ataların soyadını daşıyır, amma onlar anaya və dolayısı ilə ananın ailəsinə bağlıdı. Bu da ataların uşaqları "normlar" daxilində istəməsi, möhkəm sarsıntılarda tezcə yox ola bilməsindədi. Cesinin anası və dayısı ilə olan bu anının düşündürdükləri.


Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz