Azərbaycancaaz
Mir.az » Bloq » A Hero Filmi haqqında

A Hero Filmi haqqında

285
A Hero Filmi haqqında
Farhadini güclü edәn öz cәmiyyәtinә dair hәr dәfә yeni bir situasiyanı tapıb onun әtrafındakı insan portretlәrini, ziddiyәtlәrini uğurlu şәkildә qurmaqdır. "Everybody knows" filmi ilә hәmin gücü itirmişdi, artıq özünü tәkrarladığını vә qabağa gedә bilmәdiyini düşündürürdü adama. Amma әsl sәbәb rejissorun ispan cәmiyyәtini tanımaması, oradan yaxşı bәslәnә bilmәmәsi imiş.
"Qәhrәman" filmi ilә rejissor İran cәmiyyәtinә yenidәn qayıdır vә bu dәfә işin içinә sosial medianı, linçi, populyarlığı, on beş dәqiqәlik şöhrәtlә nifrәti qatır. Bütün bu sosial media söhbәtlәri davam edәrkәn isә insanlar әzab çәkir, xilas olmağa çalışır, düzgünün nә olduğunu tapmağa çalışırlar. Maraqlıdır ki, Farhadi burda sosial media vurğusunu, "post-truth" dövrünü, yalanın hәqiqәtdәn daha sürәtli yayılması tendensiyasını qabartmayıb. Yenә öz bildiyi dilemmaları, ssenari strukturunu, düyünlәrini, açıq finallarını saxlayır.
Filmi başdan sona qәdәr bir nәfәsә izlәmәk mümkündür. Ustalıqla yazılan ssenari, yaradılan situasiya bunun üçün әsas verir. Baş qәhrәmanımız hәbsxanada olan şәxsdir vә iki günlük çölә buraxılıb. Sevgilisi dә hardansa pul tapır, deyir gәl onu verәk sәni çıxardaq. Birinci razı olsa da, sonradan fikrindәn daşınır, pulu sahibinә qaytarmaq istәyir. Bir anda qәhrәmana çevrilir, lakin bu xoşbәxtlik çox çәkmir.
Asghar Farhadinin bütün filmlәrini izlәmişәm yәqin, "Ayrılıq", "Elli haqqında", hәtta "Satıcı" qәdәr yaxşı olmaya bilәr, amma rejissorun hәlә demәyә sözü olduğunu göstәrir. Farhadinin filmlәrinә baxaraq ssenari yazmağı öyrәnmәk olar.


Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz