Azərbaycancaaz
Mir.az » Bloq » Həyatınızı dəyişəcək 25 fəlsəfi kitab - Fəlsəfə Kitabları Yüklə

Həyatınızı dəyişəcək 25 fəlsəfi kitab - Fəlsəfə Kitabları Yüklə

1 909
Həyatınızı dəyişəcək 25 fəlsəfi kitab - Fəlsəfə Kitabları Yüklə
1. “Dövlət”, (B.E.Ə. 380) Platon
Platonun “Dövlət” kitabı neçə əsrdir siyasət və dövlət fəlsəfəsi üzərində baş sındıranların, “ideal dövlət, cəmiyyət necə olmalı?” deyə sual verənlərin oxuduğu bir kitab.

2. “Nikomax etikası”, (B.E.Ə. 350) Aristotel
Fəlsəfə tarixinin ən məhsuldar filosoflarının önündə gələn, neçə əsrdir fəlsəfi paradiqmaları müəyyənləşdirmiş Aristotelin oğlu Nikomaxa həsr etdiyi etika kitabı.

3. “Hökmdar”, (1532) Nikkolo Makiavelli
Bu gün makiavelist sözünü eşidəndə ağlımıza iqtida və mənfəət uğrunda hər şeyi edə bilən, heç bir etik dəyəri olmayan şeytani tip gəlir. Bu söz məhz İtaliya siyasət filosofu Nikkolo Makiavellinin adından gəlir. Makiavelli başqa kitablar da yazsa da şöhrətini əsasən “Dövlət” əsəri ilə qazanıb.

4. Platon "Sokratın müdafiəsi"
Sokratın müdafiəsi yunan filosofu Platon tərəfindən yazılmış Sokratik dialoqdur və Sokratın bir qrup afinalı tərəfindən şəhərin tanrılarına inanmamaqda və insanların əxlaqını pozmaqda günahlandırılaraq Afina demokratiyası tərəfindən mühakimə olunması və cəzalandırılması prosesindən bəhs edir.

5. Sigmund Freud "Totem Və Tabu"
İlk dəfə 1913-cü ildə işıq üzü görmüş “Totem və tabu” kitabı dünya şöhrəti qazanmış görkəmli avstriyalı psixoloq və psixiatr, psixoanaliz təliminin əsasını qoymuş Ziqmund Freydin ən mühüm əsərlərindən biri sayılır.

6. Aristotel "Poetika"
Qədim Yunan filosofu və alimi Aristotel (e.ə. 384-e.ə. 322) geniş və çoxcəhətli yaradıcılığa malik olub məntiq, psixologiya, təbiətşünaslıq, etika, siyasət, tarix, ritorika və poeziyaya aid əsərlər yazmışdır.

7. Karen Armstrong "Tanrı'nın Tarihi"
Bir Tanrının - Allahın, Tanrının, Yahvenin varlığına inam 4000 ildir ki, davam edir. Tanrının tarixi hekayəsi də insanların mübarizə hekayəsi ilə üst-üstə düşür. Yəhudilik, Xristianlıq və İslam Tanrının xeyirxah olduğunu iddia etsə də, mütəşəkkil din çox vaxt zorakılıq və silinməz xurafat üçün katalizator olur.

8. Aristotel "Metafizika"
Metafizika həm məzmunu, həm nizamı, həm də nəşrləri baxımından fəlsəfə tarixinin ən böyük filosoflarından biri, bəzilərinə görə isə ən böyük filosoflardan biri olan Aristotelin ən mühüm və ən mübahisəli mətnidir. Prinsiplər, səbəblər və varlıq kimi fəlsəfənin ən əsas məsələlərini araşdıran bu əsər klassik dövrdən bu günə qədər filosofların və digər tədqiqatçıların istinad mənbələri arasında birinci yerdədir.

9. Osho Devrim (Həyata Yeni Gözlə Baxmaq)
İnsandan Buddaya, insandan İsaya, insandan Mövlana; bu inqilabdır. Mən buna inqilab, tək inqilab deyirəm. Şüurlu olmasanız, bunun üçün zəmin hazırlamasanız, Budda ola bilməzsiniz. Bunu seçməlisən, bunun üçün çalışmalısan, irəli getməlisən. Sizdən düşünülmüş, şüurlu bir şey istəniləcək, amma sonra bir ehtimal var.

10. Albert Camus "Sürgün və Krallıq"
Jan-Pol Sartr Alber Kamyünün ölümündən sonra belə yazırdı: “O, nadir insanlardan idi ki, uzun müddət düşünmədən seçimini etməz, seçimini etdikdən sonra da ona sadiq qalardı..

11. “Xalis zəkanın tənqidi”, (1781) İmmanuel Kant
“Xalis zəkanın mühakiməsi” fəlsəfə tarixinin ən böyük filosoflarından biri olan Kantın ən vacib əsərlərindən hesab olunur.

12. “Ruhun fenemenologiyası”, (1807) Georq Vilhelm Fridrix Hegel
“Ruhun fenemenologiyası” fəlsəfənin ən çox müzakirə olunan nümayəndələrindən biri Hegelin ən vacib əsərlərindəndir.

13. “Dünya iradə və təsəvvür kimi”, (1819) Artur Şopenhauer
Şopenhauerin fəlsəfi düşüncələrinin əsasını təşkil edən əsərdir.

14. “Qorxu və həyəcan”, (1843) Sorn Kyerkeqor
Ekzistensializmin sələflərindən sayılan danimarkalı filosof və teoloq Kyerkeqorun ən məşhur əsərlərindən biri.

15. “Kommunist partiyasının manifesti”, (1848), Karl Marks-Fridrix Engels
“Kommunist partiyasının manifesti” Karl Marks və Fridrix Engels tərəfindən yazılan ilk kommunist əsərdir. Marks və Engels bu əsərdə proletariatın burjuaziya və istehsal vasitələrinin özəl mülkiyyətini inqilab yolu ilə aradan qaldıraraq sinifsiz cəmiyyət qurmağı təklif edirdilər.

16. “Utilitarizm”, (1863) Con Stüart Mill
Utilitarizmin öndə gələn müdafiəçisi olan ingilis filosof, iqtisadçı Mill bu əsərində utilitarzimdən bəhs edir.

17. “Zərdüşt belə söyləmiş”, (1883) Fridrix Nitşe
Bütöv adı “Zərdüşt belə demişdi: Hər kəs və heç kim üçün kitab” adlı əsər dahi alman filosof Fridrix Nitşenin öz fəlsəfəsinindən bəhs etdiyi ən önəmli əsəridir.

18. «Məntiqi-fəlsəfi traktat”, (1921) Lüdviq Vitgenşteyn
Bu, avstriyalı dahi filosof Lüdviq Vitgenşteynin ölümündən öncə çap etdirdiyi ilk və yeganə əsəridir.

19. “Varlıq və zaman”, (1927) Martin Haydegger
Alman filosof Martin Haydeggerin 1927-ci ildə çap olunmuş əsəridir. Ekzistensializmin ilk və fundamental əsəridir. XX əsr fəlsəfəsinə güclü təsiri olmuşdur.

20. “Varlıq və heçlik”, (1943) Jan Pol Sartr
“Varlıq və heçlik” Jan Pol Sartın ilk dəfə 1943-cü ildə çap olunan əsəridir. Bu əsər də ekzistensializmin ən vacib əsərlərindən sayılır.

21. “Açıq cəmiyyət və onun düşmənləri”, (1945), Karl Popper
XX əsrin ən təsirli fəlsəfi əsərlərindən biridir. Bertand Rasselin “demokratiyanın qüvvətli və dərin müdafiçəsi” adlandırdığı əsər Platon, Hegel və Marksın fəlsəfəsinin mərkəzdən idarəetmə siyasi sistemlərinin tənqididir.

22. “İkinci cins”, (1949) Simona de Bovuar
Feminizmin ən böyük fikir adamlarından olan Simona de Bovuarın bu əsərində freydist tərəfləri qabardılan feminist ekzistensializmdən bəhs olunur.

23. “Minima Moralia”, (1951) Teodor Adorno
“Minima Moralia” filosof, sosioloq, musiqiçünas və bəstəkar Teodor Adornonun ən böyük əsəridir.

24. “Sözlər və əşyalar”, (1966) Mişel Fuko
Fransız filosof, sosioloq və tarixçi Fukonun ən önəmli əsərlərindən biri olan “Kəlmələr və şeylər” qarşılaşdırmalı iqtisadiyyat, təbiət və dil elmlərinə aid əsər idi və müəllifə böyük uğur qazandırdı.

25. “Qrammatologiya”, (1967) Jak Derrida
Dekonstruksiya kimi tanınan tənqidi konsepsiyanın qurucusu sayılan fransız filosof Jak Derridanın vacib əsəridir.


Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz