Azərbaycancaaz
Mir.az » Bloq » Salman Rüşdidən oxucularını kədərləndirəcək qərar

Salman Rüşdidən oxucularını kədərləndirəcək qərar

138
Salman Rüşdidən oxucularını kədərləndirəcək qərar
Şeytan ayələri" kitabına görə illərdir ölümlə hədələnən hind əsilli britaniyalı yazıçı Salman Rüşdi (75) 2022-ci ilin avqustunda qatıldığı tədbirdə livanlı amerikalı Hadi Matarın hücumuna məruz qalmış, bir gözünün görmə qabiliyyətini itirmiş və bir əlini işlədə bilməyəcəyi bildirilmişdi.

Menecerinin açıqlamasına görə, məşhur yazıçı hücuma məruz qaldıqdan sonra ilk kitabı olan "Qələbə şəhəri"nin tanıtım tədbirlərində iştirak etməmək qərarına gəlib.

Rüşdinin meneceri Endryu Uayli bildirib ki, "yazıçı sağlamlıq mərhələsindədir, lakin qarşıdan gələn romanını tanıtmaq üçün ictimaiyyət qarşısına çıxmayacaq”.

Fevralın 9-da nəşri planlaşdırılan roman üçün məşhur yazıçılar Margaret Atwood və Neil Gaiman; PEN America, PEN Canada və English PEN ilə əməkdaşlıq çərçivəsində pulsuz onlayn tədbir keçiriləcək.


Şərhlər 2

Şərh Yaz
  1. Khajala HM
    Khajala HM
    Şərhçi
    Seytan ayeleri teessuf ki hele de saytda yoxdur
    1. tagizade_08
      tagizade_08
      Qonaq
      https://mir.az/kitab/2111-salman-rushdie-seytan-ayetleri.html
      Salam kitab uzun zamandır saytda var

Şərh Yaz