Azərbaycancaaz
Mir.az » Bloq » Oxumağa marağı olmayan dostlarınıza tövsiyə edə biləcəyiniz kitablar

Oxumağa marağı olmayan dostlarınıza tövsiyə edə biləcəyiniz kitablar

614
Oxumağa marağı olmayan dostlarınıza tövsiyə edə biləcəyiniz kitablar
Bəzi insanlar kitab oxumaq vərdişini inkişaf etdirməyib. Ya ətraflarından gələn kitab tövsiyələri onu kitab oxumağa yaxınlaşdıracaq qəfər maraqlı deyil ya da daxildə oxumaqdan uzaqlaşdığını hiss edir.

Ancaq bəzi kitablar o qədər dəyərlidir ki, oxumaqla aradakı divarları dağıdır və insanlarda iz buraxır.

Bi siyahıda oxumaqla arası olmayan dostlarınıza belə tövsiyyə edə biləcəyiniz kitabları bir yerə toplamışıq.

1. Antuan de Sent-Ekzüperi - Balaca Şahzadə


Oxumağa marağı olmayan dostlarınıza tövsiyə edə biləcəyiniz kitablar

"Əlvida" dedi tülkü. Verəcəyim sirr çox sadədir: İnsan ancaq qəlbi ilə baxanda həqiqəti görə bilər. Həqiqətin mayası gözə görünməz”. Balaca Şahzadə unutmamaq üçün təkrarladı: “Həqiqətin mayası gözə görünməzdir”.

2. Jose Mauro De Vasconcelos - Şəkər Portağalı



Şəkər Portağalı — Braziliya yazıçısı José Mauro de Vasconcelosun bütün dünyaya təsir etməyi bacaran 1968-ci il dram və uşaq romanıdır. Braziliyanın Minas Gerais bölgəsində yaşayan yoxsul bir ailənin beş yaşlı oğlu olan və çox inkişaf etmiş təxəyyülü olan Zeze adlı uşağın hekayəsindən bəhs edir.

3. Stefan Zweig - Şahmat



Şahmat Stefan Zweiqin Braziliyada sürgündə yazdığı ən məşhur əsərlərindən biridir. İlk dəfə 1942-ci ildə Buenos-Ayresdə 250 nüsxə ilə nəşr olunan hekayənin ingilis dilinə tərcüməsi 1944-cü ildə Nyu-Yorkda nəşr olunub. Şahmat Almaniyada 1.200.000-dan çox nüsxə satılıb.

4. J. D. Salinger - Çovdarlıqda uçurumdan qoruyan



Romanda əsas qəhrəman yeniyetmə Holdenin dili ilə müəllif öz dövrünün Amrrikasında, geniş mənada bütün dünyada gedən proseslərə öz fikrini bildirir. Əsərdə açıq formada XX əsrin ortalarındakı amerikan həqiqətlərinin kəskin tənqidi, insanların ikiüzlülüyü, dinin lazımsız steorotipləri tənqid olunur. Maraqlı olan da budur ki, müəllif bütün bunları 16 yaşlı bir yeniyetmənin dilində mükəmməlliklə ifadə edə bilir. Əsərdə istifadə olunan geniş vulqarizmə, insanlardakı mənfi təsirinə görə əsər uzun müddət qadağan edilməsinə baxmayaraq, dünyada ən çox oxunan kitablardan biri ola bilmişdir. Roman nəşr edildiyi gündən əksər amerikan gənclərinin sevimli kitabına çevrilmişdir. Hətta əsərin təsirindən intihar edən bir neçə gəncə belə rast gəlinmişdir. ABŞ Prezidenti Ronald Reyqana sui-qəsd etmiş Con Hinklin sui-qəsddən əvvəl bu romanı oxumuşdur. Con Lennonun qatili Mark Çepmenin də üzərindən Devid Selincerin bu romanı tapılmışdır.

5. George Orwell - Heyvanıstan



“Malikanə” fermasının tənbəl və əyyaş sahibi Mr. Cons bir gün fermanın heyvanlarını yemləməyi unudur. Heyvanların fermanı ələ keçirmək üçün qaldırdığı növbəti üsyana donuz Napoleon və Uillinqton rəhbərlik edirdilər. Ferma haqsızlığı aradan qaldırmaq və dördayaqlıların mənafeyinə xidmət etmək məqsədi ilə yenidən quruldu. Ancaq zaman keçdikcə üsyanın prinsipləri təhrif olundu və unuduldu. Yeni və gözlənilməz hallar baş qaldırdı…

“Heyvanıstan” – yanlış istiqamətlənmiş bir inqilabın tarixi – Corc Orueldən gücün azdırıcı təsirinə satirik baxış.


Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz