Azərbaycancaaz
Mir.az » Bloq » Yaxşı oxucu olmaq üçün 10 şeyə diqqət yetirin

Yaxşı oxucu olmaq üçün 10 şeyə diqqət yetirin

1 574
Yaxşı oxucu olmaq üçün 10 şeyə diqqət yetirin
Kitab oxumaq başlı başına çox dəyərli bir şey olsa da, mütləq daha dəyərli bir mütaliə vəziyyəti var. Yaxşı və şüurlu kitab oxucusu olmaq üçün nələr edilə biləcəyi ilə bağlı bir neçə şeyə diqqət edək.

1. Oxumaq üçün ayrıca vaxt yaratmaq əvəzinə, kitab oxuya biləcəyiniz bir həyat yaradın.


Yaxşı oxucu olmaq üçün 10 şeyə diqqət yetirin
Kitabı bir oturuşda bitirmək məcburiyyətində deyilsiniz. Bütün boş vaxtlarınızı yanınızda olan kitabı oxumaqla keçirə bilərsiniz.

2. Yalnız bir növədə oxumaq sizə düşündüyünüz qədər yaxşı nəticə verməyəcək

.

Yalnız roman və ya sadəcə tarix oxumaq faydalı olsa da, əsl kitab oxucusu olmaq üçün kifayət deyil.

3. Hər kitabdan intensiv rəvanlıq gözləməyin, ona kifayət qədər şans versəniz, bəzi cansıxıcı kitabların o səlis kitablardan çox daha dəyərli olduğunu görə bilərsiniz..



Kitablara şans verməyi öyrənin.

4. Oxuduğunuz janr haqqında nəzəri biliklər verən mətnləri oxumaq sizə oxuduğunuz kitabların keyfiyyəti ilə bağlı lazım olan perspektivi verəcək.



Yəni, romanın janrı haqqında bir kitab sizə oxuduğunuz romanların keyfiyyəti haqqında dəyərli fikir verəcəkdir.

5.Siyasətlə bağlı müxtəlif baxışları əhatə edən kitabları mütləq oxuyun. Oxuduğunuz hər şeyin daha mənalı olacağını görəcəksiniz..



Ən azından oxuduğunuz mətnlərdə nə qədər siyasətin var, nə qədər yocdur görə bilərsiniz.

6. Fəlsəfənin tarixini və inkişafını heç vaxt laqeyd yanaşmayın, fəlsəfəsiz dünya boş dünyadır.



Fəlsəfəsiz oxumaq natamam bir mütaliədir.

7. Əgər bir kitabın sizin üçün çox olduğunu düşünürsünüzsə, onu gözləyin, digər kitablar sizi zamanla o kitabın səviyyəsinə qaldıracaq.



Bəzi kitablar layiq görülməyə layiqdir. Siz buna layiq olana qədər səbirlə hazırlaşmağı öyrənməlisiniz. Bu nailiyyət dünyanın ən gözəl şeylərindən biridir.

8. Oxuduğunuz kitab haqqında rəylərə nəzər salmağınız faydalı olardı. Bunu oxuduqdan sonra və ya əvvəl edə bilərsiniz.



Bu, zamanla sizə kritik bir perspektiv verəcəkdir.

9. Oxuduğunuz heç bir mətnə ​​görə peşman olmayın. Oxumaq heç vaxt zərərli deyil.



Ən azəndan bunun pis mətn olduğunu öyrənəcəksiniz. Məlumat həmişə dəyərlidir.

10. Bir janrı digərlərindən çox sevsəniz də, heç vaxt digər janrlardan çəkinməyin. Oxucu heç vaxt özünü fanat kimi göstərməməlidir.



Sevimli janrınızı daha çox oxumaq yaxşıdır, lakin digər janrları da oxumaq sizi daha bacarıqlı oxucu edəcək.

Bonus: “Bəzi kitabların dadına baxmaq, bəzilərini udmaq, bir qismini isə çeynəyib həzm etmək lazımdır”. Frensis Bekon




Şərhlər 1

Şərh Yaz
  1. Kreditle Hər Şey
    Kreditle Hər Şey
    Oxucu
    Bəli duz

Şərh Yaz