Torpaqşünaslıq və aqrokimya
Bakı Dövlət Universiteti
İxtisas Qrupu: 1
Təhsil Müəssisəsi: Bakı Dövlət Universiteti
Alt Qrup: RK
Tədris Forması: Qiyabi
Tədris Dili: Azərbaycanca
Şəhər: Bakı
Bal Tarixcəsi:
Torpaqşünaslıq və aqrokimya ixtisası haqqında məlumat:
Torpaqşünaslıq və aqrokimya ixtisası, torpaq və bitkilər arasındakı əlaqələri öyrənən bir təhsil sahəsidir. Tələbələr bu ixtisasa başladıqda öz istəklərinə uyğun yolları seçə bilirlər:Torpaqşünaslıq:
- Torpağın formalaşması və inkişafı
- Torpaq örtüsünün mühitlə qarşılıqlı əlaqəsi
- Torpaqın münbitliyinin artırılması
- Torpaqdakı proseslərə baxış
- Mənfi təsirlərin təyin edilməsi və aradan qaldırılması
- Torpaq örtüsünün dəyişkənliyinin analizi

Aqrokimya:
- Bitkilərin effektiv qidalanmasının təmin edilməsi
- Torpaq və bitkilərdə baş verən kimyəvi proseslərin izlənməsi
- Əkinçilikdə maddələrin dövriyyəsinin öyrənilməsi
- Gübrələrin effektiv tətbiq edilməsi
- Bitkilərin qidalanma qanunauyğunluğunun təyin edilməsi
- Bitkilərin ziyanverici maddələrdən və xəstəliklərdən müdafiəsi
İxtisasın Tarixi
Torpaqşünaslıq, XIX əsrin sonlarında rus alimləri Vasili Dokuçayev və Pavel Kostıçyevin çalışmaları nəticəsində Rusiyada tanınmış bir elmdir. 1836-cı ildən etibarən torpaq və gübrələrin aqrokimyəvi analizi aparılır. Ölkəmizdə isə bu ixtisasın tədrisi 1919-cu ildə başlamışdır.
İş İmkanları və Vəzifələr
Torpaqşünaslıq:
- Torpaq analizi laboratoriyaları
- Əmlak Məsələləri Dövlət Komitəsi
- Kənd Bələdiyyələri
- Daşınmaz əmlak müəssisələri
- Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti
- Xəritəçəkmə üzrə
Aqrokimya:
- Aqronomluq üzrə
- Aqrokimya laboratoriyası
- Əkinçilik Elmi Tədqiqat İnstitutu

Hər iki sahədə iş imkanları aşağıdakılarda mövcuddur:
- Kənd Təsərrüfatı Nazirliyi
- Qida Təhlükəsizliyi İnstitutu
- Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Tələb Olunan Bacarıqlar
Bu ixtisas üçün xüsusi bacarıqlara ehtiyac yoxdur. Əsas tələb olunan kompetensiyalar:
- Məsuliyyətli olmaq
- Analitik düşünmə
- Məntiqi təfəkkür
- Komanda ilə işləmə bacarığı
- Təşkilatçılıq bacarıqları
- Qeyri-standart vəziyyətlərdə qərar qəbul etmək bacarığı
- Detallara diqqət yetirmək bacarığı
- Daim öyrənmək bacarığı
- Müşahidə bacarığı
- Fiziki dözümlülük
- Stressə dözümlülük
- Punktuallıq
- Dəqiqlik
İxtisasın Gələcəyi və Maaşlar
Torpaq, tükənməyən bir resursdur və tədqiqat və dəyişikliklərə daim ehtiyac var. Qeyri-neft sənayesinin əsas resurslarından biri olan torpaq, Azərbaycanda əsas prioritet sahələrdən biri olmağa davam edir.

Əmək haqqı:
Torpaqşünaslıq:
Dövlət müəssisələrində: 350 - 600 AZN
Özəl müəssisələrdə: 500 - 1500 AZN
Aqrokimya:
Dövlət müəssisələrində: 300 - 500 AZN
Özəl müəssisələrdə: 300 - 2500 AZN
Şərhlər 0
Şərh Yaz