Davamlı inkişafın idarə edilməsi
Azərbaycan Memarlıq və İnşaat Universiteti
İxtisas Qrupu: 2
Təhsil Müəssisəsi: Azərbaycan Memarlıq və İnşaat Universiteti
Tədris Forması: Əyani
Tədris Dili: Azərbaycanca
Şəhər: Bakı
Kodu: 118584
İlliyi: 2300 AZN
Bal Tarixcəsi:
Davamlı inkişafın idarə edilməsi ixtisası haqqında məlumat:
“Davamlı inkişaf (Sustainable development)”, XX əsrin sonlarında BMT-in təşəbbüsü əsasında yaradılmış konsepsiyadır və hazırda dünya birliyi tərəfindən ən çox bəyənilən və tətbiq edilən inkişaf konsepsiyalarından biridir. Konsepsiyanın əsas fəlsəfi mahiyyəti planetin təbii ehtiyatlarından səmərəli və qənaətli istifadə, ətraf mühitin qorunub saxlanılması, indiki və gələcək nəsillərin həyat fəaliyyətinin yaxşılaşdırılmasından ibarətdir. Davamlı İnkişaf Məqsədləri (SDGs) bəşəriyyətin üzləşdiyi böyük problemləri müəyyənləşdirir və gələcək əsrin aclıq, yoxsulluq, bərabərsizlik, su, enerji və ya iqlim dəyişikliyi kimi qlobal məsələlərini təyin edəcəkdir. Bu ixtisasın əsas hədəfi müasir inkişaf modellərinin texniki, inzibati, iqtisadi, sosial, ekoloji və etik sahələri haqqında hərtərəfli perspektivi olan mütəxəssislər hazırlamaqdır.
İxtisasın tarixi
Azərbaycan 2015 – ci ildən 2016 – 2030 – cu illər üçün təsdiqlənmiş Davamlı İnkişaf məqsədlərinə qoşulmuşdur. Buna müvafiq olaraq Prezident İlham Əliyev 6 oktyabr 2016 – ci il tarixində “Davamlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası” nın yaradılması haqqında fərman imzalamışdır. Bu fərmanın 2.2 – ci bəndinə əsasən şuranın fəaliyyətinə elmi müəssisələr də cəlb edilərək 2016 – cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Davamlı İnkişafın Planlaşdırılması və İdarə Edilməsi” adında ilk bakalavr ixtisası yaradılmışdır və ixtisasın təsviri bir çox iqtisadi, sosial, ekoloji probemlərin araşdırılaraq həllini tapmasını məqsəd qoyan Davamlı İnkişafın 17 məqsədinə müvafiqdir.
Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)
Azərbaycanda bu sahə üzrə çalışan insanlar hazırda, əsasən, Akademik fəaliyyətlə məşğul olur və bu sahədə yalnız nəzəri baza mövcuddur. Sahə ölkəmiz üçün yeni olduğundan (ilk bakalavr buraxılışı 2020-ci ildə olacaq) hələlik konkret sahələr üzrə iş öhdəliklərini sadalamaq mümkün deyildir.
Harada bu ixtisasa sahiblənmək olar?
- ➝ Azərbaycan Respubikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası;
- ➝ Bakı Dövlət Universitetində isə yalnız bakalvr üzrə;
- ➝ Azərbaycan Kooperasiya Universiteti
- ➝ Xarici ölkələrdən isə bir çox Avropa ölkələrinin xüsusilə də Almaniya, Norveç, İsveç və s. kimi ölkələrin prestijli ali təhsil müəssisələrində bakalavr, magistratura və doktorantura dərəcələri üzrə bu ixtisasa yiyələnmək mümkündür.
Bu ixtisas üzrə harada çalışmaq olar?
- ➝ Bir çox yerli və dövlət rəsmi icra orqanlarında;
- ➝ Bəzi özəl qurumlarda ;
Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)
- ➝ Təhlil, araşdırma qabiliyyəti;
- ➝ Tətbiq etmə bacarıqlarına malik olmaq;
- ➝ Ekologiya, İqtisadiyyat, Hüquq, Geosiyasət, Sosial Emlər barəsində kifayət qədər zəruri bilikləri olmalıdır;
- ➝ Təşəbbüskar olmaq;
- ➝ İdarəcilik vəTəşkilatçılıq bacarıqlarının;
- ➝ Analitik düşüncə bacarığı;
- ➝ Erudisiya və intellektual inkişafın ümumi səviyyəsinin yüksək olması;
- ➝ Təqdimatını etmə bacarığı;
- ➝ Problemləri, dəqiq şəkildə müəyyən etmək;
- ➝ Məntiqi təfəkkür;
- ➝ Ünsiyyət bacarıqları.
İxtisasın gələcəyi
“Davamlı inkişaf” konsepsiyası dünyanın bir çox yerlərində özünü doğruldur və ona getdikcə daha çox yer verilir. İxtisas isə BMT – nın gələcək üçün müəyyən etdiyi prioritet ixtisaslar sırasındadır. Bu baxımdan ixtisası perspektivli hesab etmək olar, lakin onu da nəzərə almaq lazımdır ki, ixtisas ölkəmizdə çox yenidir , ixtisas üzrə daha geniş iş imkanlarının yaranması üçün müəyyən zaman tələb olunur. Ümumən isə ixtisasın indiki və gələcək nəsillərin rifahının yüksəldilməsini hədəfləməsi bu sahənin parlaq gələcəyə malik olduğunu və bu sahədə ixtisaslı kadrlara tələbin artacağını deməyə əsas verir.
Əmək haqqı
Qeyd:Sahə ölkəmizdə yeni olduğu üçün məvaciblə bağlı dəqiq və ya təxmini hər hansı rəqəm vermək mümkün deyil.
Şərhlər 0
Şərh Yaz