Regionşünaslıq (İran üzrə)
Bakı Dövlət Universiteti
İxtisas Qrupu: 3
Təhsil Müəssisəsi: Bakı Dövlət Universiteti
Alt Qrup: TC
Tədris Forması: Əyani
Tədris Dili: Azərbaycanca
Şəhər: Bakı
Kodu: 112281
İlliyi: 2100 AZN
Bal Tarixcəsi:
Regionşünaslıq (İran üzrə) ixtisası haqqında məlumat:
İran üzrə Regionşünaslıq ixtisasında tələbələr fars dilinin öyrənilməsi ilə yanaşı, İranın ictimai-siyasi və sosial həyatı ilə də yaxından tanış olurlar. İxtisasın tədris olunduğu dörd il ərzində ölkə ilə bağlı fənlərdən başqa, xarici-dil, Azərbaycan mədəniyyəti, Beynəlxalq təşkilatlar, Dünya siyasəti, Beynəlxalq münasibətlər nəzəriyyəsi kimi ümumi fənlər də keçirilir. İxtisas fənlərinə gəldikdə, buraya İranın etnoqrafiyası, siyasi sistemi, sosial təhlükəsizliyi, tarixi, dini, mədəniyyəti, İranda gender problemləri, mediası daxildir. İranın etnoqrafiyası fənnində İran xalqının formalaşmasından, siyasi sistemdə ölkədə mövcud olan siyasi rejim və quruluşdan, sosial təhlükəsizlikdə İranda mövcud olan təqaüd, səhiyyə, sığorta sistemlərindən, din fənnində isə ölkədə ibadət edilən dinlərdən və həmin dinlərə qarşı dövlət tərəfindən aparılan siyasətdən bəhs olunur.
İxtisasın tarixi
İkinci Dünya Müharibəsindən sonra “Regionşünaslıq” bir sahə olaraq ABŞ -da geniş yayılmağa başlamışdır. İkinci Dünya Müharibəsindən əvvəl ABŞ-da digər ölkələri öyrənən, araşdıran regionşünaslıq fakültələri çox az sayda idi, lakin müharibədən sonra ABŞ, Sovet İttifaqı və Çinə qarşı Soyuq müharibədə məğlub olmamaq üçün bu sahəyə xüsusi diqqət ayırmağa başladı.
1919-cu ildə Bakı Dövlət Universiteti təsis ediləndə tarix-filologiya fakültəsinin nəzdində Şərq şöbəsi mövcud olmuşdur. 1922-ci ildə təşkil edilmiş Şərqşünaslıq fakültəsində türk və fars şöbələri yaradılmışdır.
Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)
➝ Diplomatik nümayəndəlik və konsulluqlarda, beynəlxalq təşkilatların nümayəndəliklərində layihələrin, sazişlərin, diplomatik sənədlərin hazırlanması və lazımi qaydada icrası, beynəlxalq nümayəndə heyətlərinin müşayiəti;
➝ Beynəlxalq təşkilatlarla əməkdaşlıqda dövləti və ya şirkəti təmsil etmək;
➝ Şifahi və yazılı tərcüməçilik;
➝ Beynəlxalq əməkdaşlıq çərçivəsində tədbirlərin, görüşlərin təşkili;
➝ Region üzrə tədqiqat işlərinin aparılması;
➝ Dövlət Turizm agentliyində ölkəmizin tanıdılması üçün ixtisasın əhatə etdiyi region üzrə əsas hədəf bazarlarda daimi turizm nümayəndəliklərinin yaradılması üçün tədqiqatların aparılması, təkliflərin verilməsi, özəl turizm agentliklərində turizm sahəsi ilə bağlı müvafiq işlərin görülməsi;
➝ Universitetlərdə, kurslarda ixtisasın əhatə etdiyi sahələrin tədrisi.
Harada bu ixtisasa sahiblənmək olar?
➝ Bakı Dövlət Univerisiteti
Bu ixtisas üzrə harada çalışmaq olar?
➝ Universitetlərdə (ixtisası üzrə magistr təhsili aldıqdan sonra müəllim kimi);
➝ Dövlət qurumlarında dövlət qulluqçusu olaraq qurumların beynəlxalq əlaqələr şöbəsində;
➝ Diasporla İş üzrə Dövlət Komitəsində;
➝ “ASAN Viza” xidməti üzrə mütəxəssis kimi;
➝ Azərbaycan Dövlət Turizm Agentliyində, özəl turizm agentliklərində;
➝ Özəl şirkətlərdə;
➝ Diplomatik nümayəndəlik və konsulluqlarda, beynəlxalq təşkilatların nümayəndəliklərində.
Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)
➝ Yüksək coğrafi, tarixi, dil bilikləri, bu bilikləri mənimsəmə bacarığı;
➝ Fars dilini mükəmməl şəkildə bilmək;
➝ Kommunikasiya bacarıqlarının yüksək olması;
➝ Tolerantlıq;
➝ Tədqiqat bacarıqları;
➝ Məlumatı sürətli qavramaq, təhlil etmək və düzgün nəticə çıxarmaq bacarığı;
➝ İxtisasın əhatə etdiyi region üzrə baş verən müxtəlif xarakterli: iqtisadi, siyasi, ekoloji və. s proseslər barədə məlumatlılıq.
İxtisasın gələcəyi
Azərbaycan–İran münasibətləri dərin tarixi köklərə malikdir. Bu xalqlar əsrlər boyu bərabər yaşayıblar. İran və Azərbaycan xalqları islam aləminə mənsub olan xalqlardır. Elmi, mənəvi, mədəni əlaqələr bu xalqları tarix boyu birləşdirib.
İran üzrə regionşünaslıq ixtisasını bitirən tələbələr ixtisas üzrə biliklərdən əlavə, fars dili və əlavə olaraq beynəlxalq dillərdən birini səlis mənimsədikləri halda bu sahə üzrə uğurlu karyera qura bilərlər.
Əmək haqqı
Bu ixtisas üzrə məvaciblər peşə sahibinin bilik və bacarıqlarında , çalışdığı sahə və müəssisədən asılı olaraq dəyişir. Orta aylıq minimum əmək haqqı isə 300-500 AZN civarındadır.
Şərhlər 0
Şərh Yaz