Azərbaycancaaz
Mir.az » İxtisas » Bakı Dövlət Universiteti - Regionşünaslıq (Yaponiya üzrə) - Əyani
Bakı Dövlət Universiteti - Regionşünaslıq (Yaponiya üzrə) - Əyani
63

Regionşünaslıq (Yaponiya üzrə)

Bakı Dövlət Universiteti

İxtisas Qrupu: 3

Təhsil Müəssisəsi: Bakı Dövlət Universiteti

Alt Qrup: TC

Tədris Forması: Əyani

Tədris Dili: Azərbaycanca

Şəhər: Bakı

Kodu: 112298

İlliyi: 2100 AZN

Bal Tarixcəsi:

Regionşünaslıq (Yaponiya üzrə) ixtisası haqqında məlumat:

 

Yaponiya üzrə regionşünaslıq ixtisasında tələbələr yapon dilinin öyrənilməsi ilə yanaşı, Yaponiyanın ictimai-siyasi və sosial həyatı ilə də yaxından tanış olurlar. İxtisasın tədris olunduğu dörd il ərzində Yaponiya ilə bağlı fənlərdən başqa, xarici-dil, Azərbaycan mədəniyyəti, Beynəlxalq təşkilatlar, Dünya siyasəti, Beynəlxalq münasibətlər nəzəriyyəsi kimi ümumi fənlər də keçirilir. İxtisas fənlərinə gəldikdə, buraya Yaponiyanın etnoqrafiyası, siyasi sistemi, sosial təhlükəsizliyi, tarixi, dini, mədəniyyəti, Yaponiyada gender problemləri, mediası daxildir. Yaponiyanın etnoqrafiyası fənnində yapon xalqının formalaşmasından, siyasi sistemdə ölkədə mövcud olan siyasi rejim və quruluşdan, sosial təhlükəsizlikdə Yaponiyada mövcud olan təqaüd, səhiyyə, sığorta sistemlərindən, din fənnində isə ölkədə ibadət edilən dinlərdən və həmin dinlərə qarşı dövlət tərəfindən aparılan siyasətdən bəhs olunur.


İxtisasın  tarixi

   İkinci Dünya Müharibəsindən sonra “Regionşünaslıq” bir sahə olaraq ABŞ-da geniş yayılmağa başlamışdır. İkinci Dünya Müharibəsindən əvvəl ABŞ-da  digər ölkələri öyrənən, araşdıran regionşünaslıq fakültələri çox az sayda idi, lakin müharibədən sonra ABŞ, Sovet İttifaqı və Çinə qarşı Soyuq müharibədə məğlub olmamaq üçün bu sahəyə xüsusi diqqət ayırmağa başladı. 

    Azərbaycan Dillər Universitetində Regionşünaslıq ixtisası 1998-ci ildən açılmışdır.  Bakı Dövlət Universitetində ixtisasın yer aldığı fakültə “Şərqşünaslıq” bölməsi olaraq 1919-ci ildən  yaradılmışdır. Fakültənin nəzdində “yapon” bölməsi isə 2000-ci ildə açılmışdır.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

➝ Diplomatik nümayəndəlik və konsulluqlarda, beynəlxalq təşkilatların nümayəndəliklərində layihələrin, sazişlərin, diplomatik sənədlərin hazırlanması və lazımi qaydada icrası, beynəlxalq nümayəndə heyətlərinin müşayiəti;
➝ Beynəlxalq təşkilatlarla əməkdaşlıqda dövləti və ya şirkəti təmsil etmək;
➝ Şifahi və yazılı tərcüməçilik;
➝ Beynəlxalq əməkdaşlıq çərçivəsində tədbirlərin, görüşlərin təşkili;
➝ Region üzrə tədqiqat işlərinin aparılması;
➝ Dövlət Turizm agentliyində ölkəmizin  tanıdılması üçün   ixtisasın əhatə etdiyi region üzrə əsas hədəf bazarlarda daimi turizm nümayəndəliklərinin yaradılması üçün tədqiqatların aparılması, təkliflərin verilməsi, özəl turizm agentliklərində turizm sahəsi ilə bağlı  müvafiq işlərin görülməsi;
➝ Universitetlərdə, kurslarda ixtisasın əhatə etdiyi  sahələrin tədrisi.


Bu ixtisas üzrə harada çalışmaq olar?

➝ Universitetlərdə (ixtisası üzrə magistr təhsili aldıqdan sonra müəllim kimi);
➝ Dövlət qurumlarında dövlət  qulluqçusu olaraq qurumların beynəlxalq əlaqələr şöbəsində;
➝ Diasporla İş üzrə Dövlət Komitəsində;
➝ “ASAN Viza” xidməti üzrə mütəxəsis kimi;
➝ Azərbaycan Dövlət Turizm Agentliyində, özəl turizm agentliklərində;
➝ Özəl şirkətlərdə;
➝ Diplomatik nümayəndəlik və konsulluqlarda, beynəlxalq təşkilatların nümayəndəliklərində.


İxtisasın gələcəyi

  Yaponiya dünyanın yüksək inkişaf etmiş ölkələrində biridir. Dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan ölkəmiz Yaponiya ilə də bütün istiqamətlərdə sıx əlaqələr qurur və bu əlaqələri genişləndirməkdə maraqlıdır. Bütün bunları nəzərə alaraq ixtisasın gələcəyini perspektivli hesab etmək olar. Qeyd edək ki, ixtisas sahiblərinin yapon dilini peşəkar səviyyədə bilmələri, ümumi peşəkarlıq səviyyələri ixtisas üzrə uğurlu karyeranın qurulmasında həlledici rola malikdir.

Əmək haqqı

  Bu ixtisas üzrə əmək haqqı peşə sahibinin fəaliyyət sahəsindən, çalışdığı qurumdan asılı olaraq dəyişir. Orta aylıq minimum əmək haqqı isə 350-700 AZN aralığında dəyişir.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz