Azərbaycancaaz
Mir.az » İxtisas » Bakı Dövlət Universiteti - Regionşünaslıq (Koreya üzrə) - Əyani
Bakı Dövlət Universiteti - Regionşünaslıq (Koreya üzrə) - Əyani
474

Regionşünaslıq (Koreya üzrə)

Bakı Dövlət Universiteti

İxtisas Qrupu: 3

Təhsil Müəssisəsi: Bakı Dövlət Universiteti

Alt Qrup: TC

Tədris Forması: Əyani

Tədris Dili: Azərbaycanca

Şəhər: Bakı

Kodu: 112338

İlliyi: 2100 AZN

Bal Tarixcəsi:

Regionşünaslıq (Koreya üzrə) ixtisası haqqında məlumat:

Koreya üzrə regionşünaslıq ixtisasında tələbələr koreya dilinin öyrənilməsi ilə yanaşı, Koreyanın ictimai-siyasi və sosial həyatı ilə də yaxından tanış olurlar. İxtisasın tədris olunduğu dörd il ərzində Koreya ilə bağlı fənlərdən başqa, xarici-dil, Azərbaycan mədəniyyəti, Beynəlxalq təşkilatlar, Dünya siyasəti, Beynəlxalq münasibətlər nəzəriyyəsi kimi ümumi fənlər də keçirilir. İxtisas fənlərinə gəldikdə, buraya Koreyanın etnoqrafiyası, siyasi sistemi, sosial təhlükəsizliyi, tarixi, dini, mədəniyyəti, Koreyada gender problemləri, mediası daxildir. Koreyanının etnoqrafiyası fənnində Koreya xalqının formalaşmasından, siyasi sistemdə ölkədə mövcud olan siyasi rejim və quruluşdan, sosial təhlükəsizlikdə Koreyada mövcud olan təqaüd, səhiyyə, sığorta sistemlərindən, din fənnində isə ölkədə ibadət edilən dinlərdən və həmin dinlərə qarşı dövlət tərəfindən aparılan siyasətdən bəhs olunur.

Regionşünaslıq (Koreya üzrə)

İxtisasın tarixi


İkinci Dünya Müharibəsindən sonra “Regionşünaslıq” bir sahə olaraq ABŞ -da geniş yayılmağa başlamışdır. İkinci Dünya Müharibəsindən əvvəl ABŞ-da digər ölkələri öyrənən, araşdıran regionşünaslıq fakültələri çox az sayda idi, lakin müharibədən sonra ABŞ, Sovet İttifaqı və Çinə qarşı Soyuq müharibədə məğlub olmamaq üçün bu sahəyə xüsusi diqqət ayırmağa başladı.

Azərbaycan Dillər Universitetində Regionşünaslıq ixtisası 1998-ci ildən açılmışdır.

1919-cu ildə Bakı Dövlət Universiteti təsis ediləndə tarix-filologiya fakültəsinin nəzdində Şərq şöbəsi mövcud olmuşdur. 1922-ci ildə təşkil edilmiş Şərqşünaslıq fakültəsində türk və fars şöbələri yaradılmışdır. 2007-ci ildən fakültədə Koreya şöbəsi fəaliyyətə başlamışdır.

Regionşünaslıq ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)


➝ Diplomatik nümayəndəlik və konsulluqlarda, beynəlxalq təşkilatların nümayəndəliklərində layihələrin, sazişlərin, diplomatik sənədlərin hazırlanması və lazımi qaydada icrası, beynəlxalq nümayəndə heyətlərinin müşayiəti;
➝ Beynəlxalq təşkilatlarla əməkdaşlıqda dövləti və ya şirkəti təmsil etmək;
➝ Şifahi və yazılı tərcüməçilik;
➝ Beynəlxalq əməkdaşlıq çərçivəsində tədbirlərin, görüşlərin təşkili;
➝ Region üzrə tədqiqat işlərinin aparılması;
➝ Dövlət Turizm agentliyində ölkəmizin tanıdılması üçün ixtisasın əhatə etdiyi region üzrə əsas hədəf bazarlarda daimi turizm nümayəndəliklərinin yaradılması üçün tədqiqatların aparılması, təkliflərin verilməsi, özəl turizm agentliklərində turizm sahəsi ilə bağlı müvafiq işlərin görülməsi;
➝ Universitetlərdə, kurslarda ixtisasın əhatə etdiyi sahələrin tədrisi.
Harada bu ixtisasa sahiblənmək olar?
➝ Bakı Dövlət Universiteti

Regionşünaslıq üzrə harada işləmək olar?


➝ Universitetlərdə (ixtisası üzrə magistr təhsili aldıqdan sonra müəllim kimi);
➝ Dövlət qurumlarında dövlət qulluqçusu olaraq qurumların beynəlxalq əlaqələr şöbəsində;
➝ Diasporla İş üzrə Dövlət Komitəsində;
➝ “ASAN Viza” xidməti üzrə mütəxəssis kimi;
➝ Azərbaycan Dövlət Turizm Agentliyində, özəl turizm agentliklərində;
➝ Özəl şirkətlərdə;
➝ Diplomatik nümayəndəlik və konsulluqlarda, beynəlxalq təşkilatların nümayəndəliklərində.

Regionşünaslıq üzrə lazım olan bilik və bacarıqlar


➝ Yüksək coğrafi, tarixi, dil bilikləri və bu bilikləri mənimsəmə bacarığı;
➝ Koreya dilini mükəmməl şəkildə bilmək;
➝ Kommunikasiya bacarıqlarının yüksək olması;
➝ Tolerantlıq;
➝ Tədqiqat bacarıqları;
➝ Məlumatı sürətli qavramaq, təhlil etmək və düzgün nəticə çıxarmaq bacarığı;
➝ İxtisasın əhatə etdiyi region üzrə baş verən müxtəlif xarakterli: iqtisadi, siyasi, ekoloji və. s proseslər barədə məlumatlılıq.

Regionşünaslığın gələcəyi


Ümumən regionşünaslıq ixtisası üzrə məzun olan tələbələr üçün müxtəlif sahələrdə geniş iş imkanları mövcuddur. Koreya üzrə regionşünaslıq ixtisasını bitirən tələbələr ixtisas üzrə biliklərdən əlavə, koreya dili və əlavə olaraq beynəlxalq dillərdən birini səlist mənimsədikləri halda bu sahə üzrə uğurlu karyera qura bilərlər.

Əmək haqqı


Bu ixtisas üzrə əməkhaqqı peşə sahibinin fəaliyyət sahəsindən, çalışdığı qurumdan asılı olaraq dəyişir. Orta aylıq minimum əmək haqqı 350-700 AZN aralığında dəyişir.

Şərhlər 2

Şərh Yaz
  1. Qonaq Mədinə
    Qonaq Mədinə
    Qonaq

    Regionşünaslıq nece bir işdir men koreya üzrə oxumaq istəyirəm koreyada oxuyacam demək məsəlçün


    1. Okuryus
      Okuryus
      Cahil

      Məlumat əlavə edildi. Oxuya bilərsiniz.

      --------------------
      Önce dinle...

Şərh Yaz