Azərbaycancaaz
Mir.az » İxtisas » Naxçıvan Dövlət Universiteti - Tibb - Əyani
Naxçıvan Dövlət Universiteti - Tibb - Əyani
15

Tibb

İxtisas Qrupu: 4

Təhsil Müəssisəsi: Naxçıvan Dövlət Universiteti

Tədris Forması: Əyani

Tədris Dili: Azərbaycanca

Şəhər: Naxçıvan

Kodu: 142892

İlliyi: 2200 AZN

Bal Tarixcəsi:

Detallı Məlumat:

Fizioterapiya yunan dilindən tərcümədə “təbiətin gücü ilə müalicə” mənasını verir. İndi demək olar ki, hər xəstəxanada belə bir bölmə var. Fizioterapiya ağrıların və ya fiziki amillərin tətbiqiylə yaranan zədələrin, xəstəliklərin müalicəsi ilə məşğul olur. Fizioterapiyanın əsas məqsədi xəstənin patologiyasına əsaslanaraq fiziki sağlamlığının və normal həyat fəaliyyətinin bərpasını təmin etməkdir. Fizioterapiya tibbi müalicə vasitələrindən biridir. Bu müalicə vasitələri şüalar və insan orqanizminə təbii faktorların süni yollarla tətbiq edilməsindən ibarətdir. Fizioterapevtlər  anatomiya, nevrologiya və fiziologiya, proflaktika, diaqnostika üzrə tibbi biliklərə yiyələnirlər. 


İxtisasın tarixi

Tətbiqi fizioterapiyanın vətəni ABŞ-dır. 20-ci əsirin 50-ci illərində Miçiqan ştatının Detroyt şəhərində yaşayan xiropraktik doktoru Corc Qudxard perferik ifliclər zamanı əzələ testlərinin tətqiqi ilə məşğul olan Florence Peterson Kendallın “Muscles, Testing and Function” adlı kitabını və digər kitabları oxuyub, araşdıraraq, əzələ testləri barədə geniş biliklərə yiyələnməyə başladı. Onun şəxsi tibbi təcrübəsi nəticəsində tətbiqi kineziologiyanın ilk üsulu meydana gəldi və  bu üsul “əzələlərin başlanğıç və axır birləşməsi üsulu” adlandırıldı. Bu üsul Denverdəki Amerika Xiropraktika Assosiasiyasının konfransında 1964-ci ildə təqdim olundu. Beləliklə, bununla da, tətbiqi kineziologiyanın elm bölməsi kimi inkişafının əsası qoyuldu. 1974-ci ildə Beynəlxalq Tətbiqi Kineziologiya İnstitutu qurulmuşdur.


Fizioterapiya ixtisası sahibləri, müxtəlif müalicə metodları ilə xəstələrin sağlamlığını bərpa etmək üzrə mütəxəssislərdir. Onların iş öhdəlikləri arasında su, süni günəş işığı, elektrik, elektromaqnit dalgaları, mineral sular və müxtəlif massaj növləri ilə müalicələr yer alır. Həmçinin, baroterapiya kimi təzyiq əsaslı müalicələrdən də istifadə edirlər.

Fizioterapevtlər, astma və beldə ağrısı kimi xəstəliklərin müalicəsində pasiyentlərin fiziki vəziyyətini qiymətləndirir, tənəffüs və hərəkət terapiyaları təklif edir və müalicə strategiyalarını müəyyənləşdirirlər. Xəstələrin şəxsi məlumatlarını qeydə alaraq, onların sağlamlıq tarixçəsini izləyirlər.

Bu ixtisası Azərbaycan Tibb Universitetində əldə etmək mümkündür və məzunlar özəl və dövlət tibb müəssisələrində çalışa bilərlər.


Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar

Bu ixtisasda tələb olunan bilik və bacarıqlar, müxtəlif sahələrdə dərin mütəxəssislik tələb edir. İxtisas sahibləri, insan bədəninə dair mürəkkəb elmləri - anatomiya, nevrologiya, fiziologiya kimi sahələrdə, həmçinin proflaktika və diaqnostika metodlarında bilikli olmalıdırlar. Biologiya, fizika, kimya, biofizika, biokimya və elektro-radiotexnika kimi geniş spektrli sahələrdə də məlumatlı olmaq vacibdir.

Fizioterapiya aparatlarının düzgün və effektiv istifadəsi, bu sahədəki texniki bacarıqların əsasını təşkil edir. Ünsiyyət bacarıqları, xüsusilə də sağlamlıq sektorunda, xəstələrlə və həmkarlarla effektiv işləmək üçün kritik əhəmiyyət daşıyır. Analitik düşüncə qabiliyyəti isə, mürəkkəb məlumatları dəyərləndirmək və məntiqli qərarlar vermək üçün lazımdır.


İxtisasın gələcəyi 

Bu sahə Azərbaycanda yeni-yeni tanınan sahələrdən biridir. Fizioterapiya bir çox sahələrlə sıx əlaqədə olduğuna görə və eyni zamanda bəzi xəstəlikləri bıçaqsız,  müəyyən müalicə metodlarından istifadə etməklə sağaltmaq mümkün olduğu üçün bu sahənin digər ölkələrdə olduğu ölkəmizdə də yaxın zamanda sürətlə inkişaf edəcəyi gözlənilir.  Ona görə də bu sahədə ixtisaslı kadrların olmasına ehtiyac vardır. Gələcək 5 ildə bu sahə daha çox inkişaf edib, tanınacaq.


Əmək haqqı

Bu ixtisas üzrə məvaciblər peşə sahibinin təcrübəsindən, bilik və bacarıqlarından asılı  olaraq, 500 – 5000 AZN aralığında dəyişir.  

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz