Azərbaycancaaz
Mir.az » İxtisas » Azərbaycan Memarlıq və İnşaat Universiteti - Dizayn (tədris ingilis dilində) - Əyani
Azərbaycan Memarlıq və İnşaat Universiteti - Dizayn (tədris ingilis dilində) - Əyani
21

Dizayn

Azərbaycan Memarlıq və İnşaat Universiteti

İxtisas Qrupu: 5

Təhsil Müəssisəsi: Azərbaycan Memarlıq və İnşaat Universiteti

Tədris Forması: Əyani

Tədris Dili: İngiliscə

Şəhər: Bakı

Kodu: 118673

İlliyi: 2500 AZN

Bal Tarixcəsi:

Detallı Məlumat:

Dizayn nümayəndələri daim yeni fikirlər yaradan, yeni ideyalar irəli sürən və yaradıcı başlanğıcları ilə fərqlənən çox sayda ixtisasın ümumi adıdır. “Dizayn” sözü ingiliscə layihələndirmək və həmin layihəni kağız üzərində təsvir etmək mənasını verir. Əşyaların layihələndirilməsi insanın əmək, məişət və istirahət şəraitinin əlverişliyini nəzərə almaqla, onların estetik cəhətdən harmonikliyini təmin edən fəaliyyət sahəsidir. Dizayn insanı əhatə edən aləmi daha gözəgəlimli və səmərəli etməyə çalışır. Keçmişdə layihələr kağız üzərində təsvir edilirdisə, dövrümüzdə kompüter vasitəsi ilə hazırlanır və həyata keçirilir. Dizayn müxtəlif sahələrdə tətbiq edilir. Reklamda dizayn təqvim, buklet, reklam lövhələri kimi poliqrafik məhsulların tərtibatına cavab verir. Dizayner şirkətin loqotipini, jurnalların maketini hazırlaya bilər.
İnteryer dizayn – ən populyar ixtisaslardan biri hesab olunur. İnteryer dizaynerinin funksiyalarına mənzilin tərtibat və dizaynını işləyib hazırlamaq aiddir.İnteryer dizaynerlik tamamilə bir bilik və bacarıq tələb tələb edir. İnsanlar ilə düzgün ünsiyyət qurmağın yaxşı olması ilə bərabər interyer dizaynerlik proqramları da düzgün istifadə olunmalıdır. Bu istiqamətdə təhsil alan tələbələr AutoCAD, ArchiCAD, 3DSMax, Solid Works kimi qrafiki proqramlar öyrənir.

Dizayn

3DSMax- çox detallı və dəqiq bir proqramdır.Bu proqram vasitəsilə real görünüşə çox yaxın dizaynlar hazırlanır.İstifadəsi və öyrənilməsi digər proqramlara görə daha çətin olsa da, ortaya çıxan nəticələrə görə bu çətinliyə dəyən bir interyer proqramıdır.
AutoCad İnteryer Çertyoj və Dizayn Proqramı – xüsusilə plan hazırlamaq üçün yaradılmış bir proqramdır. Kvadrat hesablamalarında və işlərin planlamasında AutoCad proqramı istifadə olunur. 3DS Max proqramına nisbətən bu çox asan proqramdır.
Sketchup İnteryer Çertyoj və Dizayn Proqramı- Google tərəfindən hazırlanan bir dizayn proqramıdır. Google mühəndisləri xüsusilə 3 ölçülü dizaynları hazırlamaq üçün Sketchup proqramını yaratmışlar. Proqramı öyrənmək is interyer dizayn proqramları ilə müqayisədə daha asan hesab edilə bilər.
Cinema 4D Dizayn Proqramı – Konsept dizaynlarda,interyer dizaynlarında Cinema 4D proqramı istifadə olunur. Olduqca fərqli dizaynlarn hazırlandığı proqram film sənayesində də istifadə edilməkdədir.
ArchiCAD – memarlar üçün hazırlanan 3 ölçülü dizayn proqramlarından biridir. İlk dəfə Apple kompüterləri üçün hazırlanan ArchiCAD daha sonra Microsoft platforması üçün də hazırlanmışdır. İçərisində bir çox modelləmə var.
Solidworks Proqramı – xüsusilə obyekt dizaynlarında istifadə olunan Solidworks proqramı memarlıq cisimlərini asanlıqla dizayn etməyə kömək edən bir vasitə hesab etmək olar. Amma kütləvi şəkildə istifadə olunmur.


İxtisasın tarixi


Dizayn tarixi çox qədim olub, insan fəaliyyətinin ən qədim dövründən başlayaraq XX-XXI əsrlərə kimi olan dövrlərə təsadüf edir. Cəmiyyətin retrospektiv texniki inkişafı, elmi kəşfləri və ixtiraların tarixi aspektində dizayn-incəsənətin inkişafı diqqəti cəlb etmişdir.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)


➝ Alınan sifarişlərə funksionallığına uyğun olaraq dizayn verməli;
➝ Reklam şirkətlərində reklam və qrafik işlərlə məşğul olur;
➝ Dizaynı satış məntəqələrinə uyğun və daha çox insan cəlbetmək üçün effektiv üsullardan istifadə etmək;
➝ Ofis şəraitində verilən dizayn işlərini etmək, memarlıq dizayn bölümündə işləyərsə, o zaman ölçüləndirmə işlərin bilməli);
➝ Obyektin daxili (interyer) və xarici (eksteryer) dizaynın memarlıq qaydalarına görə eskizin çəkilməsi;
➝ Çəkilən eskizlərin sonradan kompüter proqramları vasitəsi ilə proqramlarda işlənilməsi;
➝ Əgər landşaft dizayneri sahəsi üzrə iş görərsə, həmin ərazini öncədən görməli, sonradan həmin ərazinin eskizin çəkib dizaynını verməlidir;
➝ Mebellərin hazırlanması üçün sifarişin qəbulu;
➝ Ölçülərin götürülməsi;
➝ Sifariş edilən mebellərin dizaynının hazırlanması;
➝ Eskizlərin 2D və 3D formatda müştərilərə hazırlanması və render şəklində müştərilərə təqdimatı;
➝ Bədii eskizlər, bədii və sənaye layihələrinin inkişaf etdirilməsi;
➝ Orijinal modellərin müştəri tələbləri ilə uzlaşdırılmasının həyata keçirilməsi;
➝ Hazır məhsulun plan və təşkilat tələblərinə uyğunluğunun yoxlanılması;


Bu ixtisas üzrə harada çalışmaq olar?


➝ veb-dizayner,
➝ interyer dizayneri,
➝ memar – dizayner,
➝ qrafik dizayneri,
➝ landşaft dizayneri,
➝ bərpaçı vəzifəsində,
➝ poliqrafik dizayn,

➝ animasiya dizaynı.
➝ Dizayn ixtisası üzrə bakalavr səviyyəsini bitirən məzunlar ümumi təhsil pilləsində müvafiq olaraq təsviri incəsənət fənnini tədris edə bilər.
Qeyd: Ölkəmizdə bu sahələrdən əsas olaraq interyer dizayn, veb dizayn və qrafik dizayn sahələri geniş yayılmışdır. İnteryer dizayner sahəsi inşaat ilə bağlı bir sahədir. Veb-dizayn sahəsi müxtəlif saytların yaradılması, dizaynı ilə bağlıdır.Qrafik dizayn isə əsasən reklam işlərinin yaradılması ilə bağlıdır.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar


➝ Təxəyyül və yaradıcılıq qabiliyyəti;
➝ Bədii və estetik zövq;
➝ Yeniliklərə açıq, müasir düşüncəli olmaq;
➝ Rəng duyumu;
➝ Rəssamliq qabiliyyəti;
➝ Kompüter proqram bilikəri (sahəsinə görə fərqli proqramlar);
➝ Ən azı bir xarici dil bilməlidir;
➝ Stressə davamlılıq;
➝ Ünsiyyət bacarıqları;
➝ Məsulliyətli olmaq;
➝ Səbrli olmaq;
➝ Məkan təsəvvürünə malik olmaq;
➝ Qabaqcıl perspektiv düşüncə bacarığı;
➝ Kollektivlə və komandada işləməyi bacarmalıdır;
➝ Nəticələrinin təqdimatını etmək bacarığı;
➝ Qrafik dizayn proqram bilikləri – 3DSMax, Photoshop, Coral Draw, Adobe Photoshop, Adobе Illustrator və s.
➝ İnteryer dizayn proqram bilikləri – AutoCad, 3DSMAX, sketchup, Cinema4D, ARchiCAd, Blendr, SolidWorks və s.


İxtisasın gələcəyi


Dizayn sahəsi geniş olan bir peşədir gələcəyi isə çox parlaqdır. Bunun səbəbi zaman irəlilədikcə yeni dizayn sahələrinin yaranmasıyla bağlıdır. İnsan həyatı boyu gözəlliyə, ətrafındakı ahəngə, rahatlığa önəm vermiş və verəcəkdir. Dövr irəlilədikcə dizayn sahəsinə olan maraq genişlənəcək və əhəmiyyətini qoruyacaqdır. Dizaynsız gələcək düşünməyə çalışsaq, təsəvvürümüzə cansıxıcı eynilik gələcəkdir. Bu baxımdan dizayn sahəsini perspektivli gələcəyə malik ixtisaslardan biri hesab edilə bilər.

Əmək haqqı


➝ Qrafiki dizayn sahəsində: 500-1500 AZN
➝ 3D animasiya üzrə: 700-2500 AZN
➝ İnteryer üzrə: 600-1500 A

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz