Azərbaycancaaz
Mir.az » İxtisas » ADA Universiteti - Kompüter mühəndisliyi (tədris ingilis dilində) - Əyani
ADA Universiteti - Kompüter mühəndisliyi (tədris ingilis dilində) - Əyani
6

Kompüter mühəndisliyi

İxtisas Qrupu: 1

Təhsil Müəssisəsi: ADA Universiteti

Alt Qrup:

Tədris Forması: Əyani

Tədris Dili: İngiliscə

Şəhər: Bakı

Kodu: 131154

İlliyi: 6000 AZN

Bal Tarixcəsi:

Detallı Məlumat:

Müasir dövrdə həyatımızın hər bir sahəsində kompüterlərdən geniş istifadə olunur və, təbii ki, kompüter üzrə ən müxtəlif ixtisaslara böyük tələbat var. Belə ixtisaslardan biri də kompüter üzrə mühəndislikdir.

Kompüter üzrə mühəndis əsasən müxtəlif kompüter sistemlərinin qurulması, kompüter və onun sistemlərinin təmiri ilə məşğul olur, eləcə də həmin sistemlərin həmişə işlək vəziyyətdə olmasını təmin edir. O, bir ofis daxilində istifadə olunan kiçik şəbəkələrdən tutmuş minlərlə kompüter və müxtəlif sistemləri birləşdirən mürəkkəb şəbəkələr qurur. Lazım gəldikdə, kompüter mühəndisi müxtəlif sistemlərlə işləyən kompüterləri eyni şəbəkəyə birləşdirir, kompüter sistemlərinin keyfiyyətlə çalışmasını təmin edir.

Eyni zamanda kompüter üzrə mühəndis İnternetə çıxışı təmin etməklə, işçilərin dünyada baş verən ən son proseslərdən operativ şəkildə xəbərdar olması üçün imkan yaradır.


İxtisas üçün lazım olan xüsusiyyətlər

Kompüter mühəndisi həm bütövlükdə kompüterin, həm də onun ayrı-ayrı hissələrinin iş mexanizmini dərk etmək üçün fizika və riyaziyyatı, xüsusilə də fizikanın elektrik və maqnit, riyaziyyatın isə riyazi məntiq bölmələrini dərindən mənimsəməlidir. Kompüter mühəndisinin qarşısına çıxa biləcək problemlərin mənbəyini çox zaman ilk baxışdan dəqiq bilmək olmur, çünki həmin problemlər bir neçə səbəbdən yarana bilər. Kompüter mühəndisi üzləşdiyi problemin məhz hansı səbəbdən (və ya səbəblərdən) yarandığını aydınlaşdırmaq üçün mümkün mənbələri yoxlayıb aradan qaldırmalıdır (bu prosesə problemin lokalizasiyası deyilir). Bu işdə, ixtisasını gözəl bilməklə yanaşı, məntiqi mühakimə yürüdə bilmək qabiliyyəti, mühəndis intuisiyası, səbirli, soyuqqanlı olmaq kompüter mühəndisinə çox kömək edə bilər.


Təhsil müddətində əldə edilən biliklər

Kompüter mühəndisi ixtisası üzrə təhsil alan tələbələr oxuduğu müddətdə hesablama texnikasını, kompüterin və onun müxtəlif komponentlərinin iş prinsiplərini, kompüter şəbəkələrini, onların strukturunu, iş prinsiplərini, oxşar və fərqli cəhətlərini öyrənirlər. Onlar həmçinin geniş yayılmış müxtəlif proqram təminatlarını dərindən mənimsəyirlər.


Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz