Azərbaycancaaz
Mir.az » Xəbər » Əsgərlərə Kitab Göndər - Müdafiə Nazirliyi kitab toplama aksiyası elan edir

Əsgərlərə Kitab Göndər - Müdafiə Nazirliyi kitab toplama aksiyası elan edir

139
Əsgərlərə Kitab Göndər - Müdafiə Nazirliyi kitab toplama aksiyası elan edir
Müdafiə Nazirliyi “Əsgərin kitab rəfi” adlı kitab toplama aksiyası elan edir.

Bu barədə nazirliyin “Facebook” səhifəsində paylaşım edilib.

Paylaşımda bildirilir:

“Əsgərlərimizin asudə vaxtlarının səmərəli keçirilməsi və mütaliyəyə marağının artırılması məqsədilə “Əsgərin kitab rəfi” aksiyasını elan edirik.

Sizi elmi, bədii, publisistik və digər janrlarda kitablarınızı Vətənimizin keşiyində duran əsgərlərimizə hədiyyə etməklə kitab toplama aksiyasına qoşulmağa dəvət edirik.

KİV nümayəndələrindən aksiyaya dəstək olmalarını xahiş edirik.

Aksiya çərçivəsində toplanan kitablar işğaldan azad edilmiş ərazilərdə xidmət edən əsgərlərə üstünlük verməklə bütün hərbi qulluqçularımıza çatdırılacaq.

Kitab hədiyyə etmək istəyənlər həftənin bazar ertəsi - cümə günləri saat 9⁰⁰-dan 17⁰⁰-dək Bakı şəhəri Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsi, 144 ünvanında yerləşən Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatına müraciət edə bilər.

Aksiya 01.09.2022-ci ilə dək davam edəcək.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz