Konsert proqramında görkəmli elm xadimi, Azərbaycan tibb elminə misilsiz xidmətlər göstərən Zərifə xanım Əliyevanın elmi fəaliyyəti, onun xeyriyyəçilik ideyaları, alimin Azərbaycan tibb elminə verdiyi töhfələr haqqında məlumat verildi. Azərbaycanın ən parlaq və tanınmış simalarından olan tibb elmləri doktoru, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevaya əbədiyaşarlıq qazandıran onun nəcib niyyəti, xeyirxah əməlləri, Vətən naminə gördüyü böyük işlərdən söz açıldı. Zərifə xanım Əliyevanın bütün yüksək keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaratdığı vurğulandı. Qayğıkeş ana, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı, gözəl bir insan kimi əziz xatirəsinin daim qəlblərdə yaşayacağı qeyd olundu.
Konsert proqramında Azərbaycanın tanınmış sənətçilərinin, əməkdar və xalq artistlərinin ifasında bir-birindən gözəl “ANA” haqqında musiqilər səsləndi.















Şərhlər 0
Şərh Yaz