Azərbaycancaaz
Mir.az » Xəbər » “Zəfərin izi ilə” ən çox satılan kitab oldu

“Zəfərin izi ilə” ən çox satılan kitab oldu

213
“Zəfərin izi ilə” ən çox satılan kitab oldu
Zəfərin izi ilə” kitabı ötən ayın ən çox satılan kitabları siyahısında yer alıb.

“Zəfərin izi ilə” noyabr ayında ən çox satılan kitabların onluğuna daxil olub və yeddinci yerdə qərarlaşıb.

Qeyd edək ki, Mirmehdi Ağaoğlunun “Zəfərin izi ilə” (azad olunmuş ərazilərdən ilk reportajlar toplusu) adlı yeni kitabına 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə səfərləri zamanı hazırladığı reportajlar daxildir.

Oxucular kitabda 30 ilə yaxın müddət ərzində işğal altında qalan ərazilərimizin mövcud durumu, eləcə də düşmən vəhşilikləri nəticəsində Qarabağda yerləşən tarixi-mədəni abidələrin, yaşayış məntəqələrinin, şəhərlərin düşdüyü acınacaqlı vəziyyətlə tanış ola bilərlər.

“Zəfərin izi ilə” “Mücrü” nəşriyyatında çap olunub.

Kitabın ideya müəllifi Vüsalə Mahirqızı, redaktoru Nurşən Quliyev, bədii redaktor və korrektoru Elnaz Eyvaz, dizayneri Mahir Vəliyev, fotoqraf İlkin Nəbiyevdir.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz