Azərbaycancaaz
Mir.az » Xəbər » Azərbaycan diplomatiyasının növbəti uğuru

Azərbaycan diplomatiyasının növbəti uğuru

8
Azərbaycan diplomatiyasının növbəti uğuru
Tarixən diplomatiya hər bir dövlət üçün xüsusi əhəmiyyət kəsb edən sahə olub. Dövlətçilik tarixi müəyyən mənada diplomatiya tarixi ilə sıx bağlıdır. Diplomatik fəaliyyət dövlətin suverenliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində, onun beynəlxalq miqyasda yerinin, rolunun, ümumi imicinin və mövqeyinin formalaşmasında son dərəcə mühüm rol oynayır.
Bu gün Azərbaycan xalqı dövlətçiliyinin mövcudluğuna görə ulu öndər Heydər Əliyevə borcludur. Ümummilli liderin xalqın təkidli xahişi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı dövlətin nəzəri və praktiki əsaslarının formalaşmasına imkan yaratdı. Ulu öndər ərazi bütövlüyü pozulmuş, müharibə şəraitində olan, müxtəlif istiqamətlərdən gələn təhlükələrlə üzləşmiş ölkənin qarşısında duran çoxsaylı vəzifələrin həllini təmin etmişdir. Ulu Öndər Heydər Əliyev müstəqil dövlət quruculuğunun bütün incəliklərini dəqiq müəyyənləşdirdi, xarici siyasətin əsas prinsiplərini və istiqamətlərini böyük uzaqgörənliklə konkretləşdirdi.
Hazırda Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bu kursu uğurla inkişaf etdirir. Azərbaycan diplomatiyasının qısa müddətdə beynəlxalq miqyasda əldə etdiyi uğurların əsas səbəbləri isə məhz xarici siyasətdə davamlılığın təmin edilməsi və Heydər Əliyev kursunun müasir reallıqlara uyğun tətbiqidir.
30 ilə yaxın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və TŞ sədrinin bir sıra bəyanatlarına açıq-aşkar məhəl qoymayan Azərbaycanın ərazi bütövlüyünə qəsd edərək torpaqlarını işğal altında saxlayan, bütün mədəni-tarixi abidələri vandalcasına dağıdan Ermənistan qətnamələrini diqqətə almadığı beynəlxalq qurumdan yardım diləyir. O yardım ki, əslində “humanitar” adı altında yenidən bölgəyə silah-sursat göndərməyə cəhddən başqa bir şey deyildir.
Cənab Prezident İlham Əliyevin düşünülmüş xarici siyasəti, qonşu dövlətlərlə balanslı münasibətlər qurması, Qoşulmama Hərəkatına üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf etdirməsi, beynəlxalq təşkilatlarda doğru istiqamətlərdə fəaliyyət göstərilməsi konsepsiyasının hazırlaması və tətbiq etməsi, tərəfdaş ölkələrlə qarşılıqlı maraqları eyni müstəviyə gətirməsi, strateji düşüncəni ön planda tutması TŞ-də Ermənistanın son ümidlərinin puça çıxması ilə nəticələndi. 16 avqust 2023-cü il tarixdə BMT-nin Təhlükəsizlik Şurasının növbədənkənar iclasında Azərbaycanın Laçın yolunda baş verən hadisələrlərlə bağlı müzakirə keçirilmişdir. Bütün Ermənistan və Fransanın təxribatlarına rəğmən Azərbaycan növbəti dəfə inanmlı diplomatik qələbə qazana bildi.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının strukturu, orada təmsil olunan daimi üzvlərin sayı və verdiyi qərarların ədalətli olub - olmaması və nə qədər uğurla icra olunub - olunmaması müzakirə və mübahisə mövzusu olsa da faktiki o, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatının əsas orqanıdır. 16 avqust 2023-cü il tarixdə BMT-nin Təhlükəsizlik Şurasının növbədənkənar iclasında Azərbaycanın Laçın yolunda baş verən hadisələrlərlə bağlı müzakirə keçirilmişdir. Bütün Ermənistan və Fransanın təxribatlarına rəğmən Azərbaycan növbəti dəfə inanmlı diplomatik qələbə qazana bilmişdir.
Məlumdur ki, rəsmi İrəvanın “blokada” və ya “humanitar böhran” ilə bağlı ölkəmizə qarşı təbliğatı əsassız və sübutu olmayan iddialardır.
Yenə xain qonşumuz olan Ermənistan blokada və ya humanitar böhran ilə bağlı ölkəmizə qarşı təbliğatı əsassız və sübutsuz qaldı. Ermənistan Azərbaycanın Laçın dəhlizini blakadaya alması, Dağlıq Qarabağermənilərini aclıqla soyqırıma məruz qoymasını, BMT-nin, TŞ-nın 16 avqust2020 cı il tarixli növbədənkənar iclasındasanksiyalarla çıxış etsədə ciddi məğlubiyyətə uğradı. Ermənistanın növbəti uğursuzluğu dövlətimizin beynəlxalq nüfuzunun göstəricisidir.
Heç bir dövlət Ermənistanın tezislərini dəstəkləmədi, qeydedilən iddialarla bağlı ittiham etmədi. Bu bir daha dünyaya Azərbaycanın xaricisiyasətinin beynəlxalq təşkilatıarda bariz nümunəsi oldu. Bu məsələdə rəsmi irəvan siyasi məsuliyyətsizlik nümayiş elətdirdi. Çünki Ermənistan 30 ilə yaxın BMT-nin TŞ-nın 4 qətnaməsinə və bir sıra bəyanatlarınaaçıq aşkar məhəl qoymadı. Buda siyasi aləmdə Ermənistanın riyakarlığı kimi təcəssüm olundu.
Azərbaycan prezidenti İlham Əliyevcənabları düşünülmüş xarici siyasəti, qonşu dövlətlərlə balanslı münasinətlər qurması bügündə davam edir. Bu eyni zamanda Azərbaycan diplomatiyasının növbəti uğuru hesab olunur.
Qarabağ ermənilərinin talehi məsələsində Azərbaycan həmişə prinsipial və ədalətli mövqey tutur.
Beynəlxalq ədalət məhkəməsinin 2023 -cü il 6 iyul tarixli qərarı ilə Ermənistanın nəzarət buraxlış məntəqəsinin aradan qaldırılmasıilə bağlı tələbini rədd edərək Laçın keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarına mənfi münasibət göstərdi.
Ancaq buna baxmayaraq Ermənistanın Azərbaycana təxribatı davam edir. Laçın Xankəndi yolundan hərbi məqsədlər üçün istifadə edir. Azad edilmiş ərazilərdə xususiilədə Laçın rayonunda Ermənistanda yeni istehsal tarixli minaların aşkarlanması buna əyani sübutdur. BMT-nin son qərarı Ermənistan rəhbərliyində və Qarabağdakı separatçı rejimində dərin məyusluq yaradıb. Əsassız iddiaların puça çıxmasıfonunda Qarabağ ermənilərin yeganədüzgün qərarı Azərbaycan vətəndaşlığını qəbul etmək, birgə yaşayış mühitindən bəhrələnərək dinc yaşamaq olardı.
Bu zəfərin, bu növbəti diplomatik qələbənin də memarı Azərbaycanın Prezidentidir. Azərbaycan son illər əldə etdiyi zəfərləri ilmə-ilmə toxumuş və bugünkü nəticələri əldə etmişdir. Bu qəbildən olan diplomatik qələbələrdə heç vaxt bir şəxs, bir amil əsas rol oynamır. Belə qələbələr dövlətin, xalqın və cəmiyyətin ortaq əməyinin nəticəsi kimi meydana çıxmaqdadır. Azərbaycanın istər Qoşulmama Hərəkatında fəaliyyəti, istər etibarlı enerji təminatçısı kimi dünyada mövqeyi nəticəsində belə bir zəfər reallaşdı.

Fuad Hüseynzadə,
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz