Azərbaycancaaz
Mir.az » Xəbər » Şuşa haqqında yeni kitab çap olundu

Şuşa haqqında yeni kitab çap olundu

222
Şuşa haqqında yeni kitab çap olundu
Şuşa şəhəri haqqında yeni kitab çap olunub.

Hüquqşünas, araşdırmaçı İsmayıl İsmayılovun müəllifi olduğu “Bizim qala” kitabında Şuşa şəhərinin həm işğal, həm də zəfər tarixindən sonrakı memarlığını əks etdirən maraqlı məlumatlar əksini tapıb.

Kitab “Zərdabi” nəşriyyatında 300 tirajla çap olunub.

Kitabın redaktoru Kərim Kərimlidir.

Müəllif kitab haqqında bunları da deyib:

“Burada Şuşa şəhərinin 8 may 1992-ci ildə işğala məruz qalması və 44 günlük Vətən müharibəsi nəticəsində 8 noyabr 2020-ci ildə müzəffər ordumuzun şücaəti sayəsində azad edilməsinə də toxunulub. İşğaldan azad ediləndən sonra şəhərdə və digər azad edilmiş ərazilərdə aparılan geniş miqyaslı bərpa, təmir və quruculuq işlərindən, Şuşada artıq ənənəyə çevrilmiş mədəni tədbirlərin keçirilməsindən də qısa şəkildə məlumat verilir. Kitabda məhz Şuşanın Azərbaycana, Azərbaycan xalqına məxsusluğunun maddi sübutu olduğuna görə mənfur düşmən tərəfindən dağıdılmış yüzlərlə memarlıq abidəsinin işğala qədər və azad ediləndən sonra eyni rakursdan çəkilmiş şəkillərinin geniş şəkildə verilməsi və müqayisəli təqdim edilməsi erməni vandalizminin dəhşətli miqyasını əyani surətdə göstərir. Kitabın elektron variantı saytlarda da yerləşdiriləcək və ödənişsiz olaraq yükləmək imkanı yaradılacaq. Şuşamız üçün uğurlu olsun!”

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz