Azərbaycancaaz
Mir.az » Xəbər » "Vampirlə müsahibə" filminin treyleri yayımlandı

"Vampirlə müsahibə" filminin treyleri yayımlandı

91
"Vampirlə müsahibə" filminin treyleri yayımlandı
“AMC” televiziyası Ann Raysın romanı əsasında çəkilən “Vampirlə müsahibə” filminin tizer-treylerini yayımlayıb.

Süjetdə Lui de Puent Dulak, Lestat de Lionkur və Klaudiadan bəhs edilir. Bu, qan və ölümsüzlüyün təhlükələri haqqında epik sevgi hekayəsidir. XX əsrin əvvəllərində Yeni Orleanda qaradərililərə qarşı olan məhdudiyyətləri qəbul etməyən Lui, azğın Lestatın təklifinə qarşı durmağı qeyri-mümkün hesab edərək ona vampir yoldaşı kimi qoşulmaq qərarına gəlir. Filmdə əsas hadisələr də bundan sonra başlayır.

Qeyd edək ki, ekran əsərinin premyera tarixi hələ açıqlanmayıb.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz