Azərbaycancaaz
Mir.az » Xəbər » IV Milli Kitab sərgisi başlayır

IV Milli Kitab sərgisi başlayır

142
IV Milli Kitab sərgisi başlayır
IV Milli Kitab Sərgisinin tarixi bəlli olub.

Bakı İdman Sarayında keçiriləcək sərgi sentyabrın 27-də başlayıb oktyabrın 1-də bitəcək.

Qanun Nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu bu haqda öz sosial media hesabından paylaşaraq bildirib:

"Minlərlə kitabsevər ziyarətçimiz olacaq; Məktəblər, universitetlər; bütün təhsil ocaqları, dövlət təşkilatları və s.

Milli Kitab Sərgisinin əsas iştirakçıları müstəqil nəşriyyatlar, kitabçılar, əl işləri sənətkarları, fiziki məhdudiyyətli insanlardır. Sərgini ziyarət edənlər kitabla yanaşı, məktəbə aid olan ləvazimatları, əl sənət nümunələrini də ucuz qiymətə əldə edəcəklər.

Yazıçılarla imza saatları, poeziya axşamları, kitab və sənət ətrafına müzakirələr sərgiyə xüsusi rəng qatacaq.

Milli Kitab Sərgisinin əsas məqsədi ölkəmizdə kitaba diqqət cəlb etmək, müstəqil nəşriyyat və kitabçılara, milli kitaba dəstək verməkdir".

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz