Azərbaycancaaz
Mir.az » Xəbər » Ermənistanın şəksiz məğlubiyyəti

Ermənistanın şəksiz məğlubiyyəti

3
Ermənistanın şəksiz məğlubiyyəti
Bildiyiniz kimi, Azərbaycan sentyabrın 19-da Qarabağda hərbi əməliyyatlara başlayıb və 24 saat sonra antiterror əməliyyatlarının dayandırıldığını bəyan etdi. Qarabağdakı tanınmayan hakimiyyət silahı yerə qoyaraq təslim olmağa və Azərbaycanın şərtləri altında Yevlax şəhərində görüşməyə hazır olduğunu bildirdi.
Sentyabrın 20-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin xalqa müraciətində separatçıları Bakının şərtlərini qəbul etməyə məcbur vəziyyətə gəldiyini vurğuladı. Dövlət başçımızın müraciətində Azərbaycan öz məqsədinə nail olaraq suverenliyini bərpa etdiyini, Ermənistan silahlı qüvvələrinin qanunsuz birləşmələri tərəfindən Azərbaycana qarşı törədilmiş terror aktları və təxribatlar, eləcə də mina terroru nəticəsində hərbi qulluqçuların və mülki şəxslərin həlak olması barədə ətraflı çıxış etdi.
Yerigəlmişkən, Ermənistanın Azərbaycana qarşı başlıca əsas xətti hərbi cinayətləri davam etdirməkdir. 44 günlük Vətən müharibəsindən sonra ermənilərin basdırdığı minalarla bağlı yaranan problem bizə bunu deməyə əsas verir. Vətən müharibəsindən sonra ötən müddətdə məlum olur ki, Ermənistan nəinki İkinci Qarabağ müharibəsindən əvvəl basdırdığı minaların tam xəritəsini Azərbaycan tərəfinə təqdim etmədi, hətta yeni minalama prosesini həyata keçirdi. Bu əməliyyat və minalanma işləri nəticəsində hazırda Azərbaycanın mülki şəxsləri, hərbi qulluqçuları xəsarət alır və ya həlak olur. Ümumiyyətlə, bu gün baş verənlərə belə qiymət vermək olar ki, Ermənistan açıq müharibədə məğlub olub, lakin mina savaşını davam etdirir.
Prezident cənab İlham Əliyev çıxışında Azərbaycan Ordusunun yüksək peşəkarlıq göstərərək yalnız hərbi hədəflərə zərbələr endirdiyi, mülki infrastrukturu və mülki şəxsləri hədəfə almadığını qeyd edərək, “Ordumuzun, bütün Silahlı Qüvvələrimizin peşəkarlığı, texniki imkanları bizə bu vəzifəni şərəflə yerinə yetirməyə şərait yaratmışdır” deyə bildirib.
Prezidentin müraciətində Qarabağın erməni sakinlərinə mesajlarını da xüsusi qeyd etmək istəyirəm. Dövlətimizin başçısının Azərbaycan dövləti və xalqının bütün haqsızlıqlara, kriminal Ermənistan rejimi tərəfindən törədilmiş bütün cinayətlərə baxmayaraq, erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmadığını bildirdi. Dövlətimizin başçısının kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyinin, bu zəhər yuvasının artıq tarixdə qalması, Qarabağda yaşayan erməni əhalisinin də nəhayət rahat nəfəs ala biləcəyini və erməni əhaliyə aşağıdakı mesajları çatdırıb: “Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək”.
Dövlət başçımız Ermənistan hakimiyyətinin siyasi səriştə göstərməsi və bunun Ermənistan ilə Azərbaycan arasında gedən sülh prosesinə müsbət təsir göstərəcəyinə də toxunub və deyib ki: “Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar”.
Onu da qeyd edim ki, hazırkı antiterror əməliyyatından sonra Cənubi Qafqaz regionunda yeni reallıqlar və uzunmüddətli sülh yaranacaqdır. Prezidentimizin də dediyi kimi, “Biz əmin olmalıyıq ki, qarşı tərəf revanşist fikirlərlə yaşamır və onlar da əmin olmalıdırlar ki, bizim onların torpağında gözümüz yoxdur. Biz onların ərazi bütövlüyünü tanıyırıq və bunu bəyan etmişik, bütün ölkələrin ərazi bütövlüyünü tanıyırıq”.
Bir sözlə demək istəyirəm ki, Azərbaycan antiterror tədbirlərinə genişmiqyaslı təxribatlardan sonra başladı və qarşıya qoyulan məqsədlərə nail oldu. Bu addımlar xalqımız tərəfindən böyük qürur hissi ilə qarşılanır. Prezident cənab İlham Əliyevin də xalqa müraciətində antiterror tədbirlərindən sonra regionda vəziyyətin dəyişəcəyi, kriminal rejimin süqutundan sonra gərginlik mənbəyinin keçmişdə qaldığını bir daha bəyan etdi.
Uca Tanrıdan bu torpaq uğrunda canından keçən Şəhidlərimizə rəhmət, Qazilərimizə şəfa diləyirəm. Şəhidlərimiz Azərbaycan xalqının qan yaddaşı, qürur yeridir! Yaşasın Azərbaycan!




İlham Qayıbzadə,

Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Binəqədi rayon filialının sədri






Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz