Azərbaycancaaz
Mir.az » Xəbər » Binəqədi rayonunda 2023-cü ildə Mülki müdafiə sahəsində görülmüş işlərin yekunları ilə bağlı iclas keçirilib

Binəqədi rayonunda 2023-cü ildə Mülki müdafiə sahəsində görülmüş işlərin yekunları ilə bağlı iclas keçirilib

10
Binəqədi rayonunda 2023-cü ildə Mülki müdafiə sahəsində görülmüş işlərin yekunları ilə bağlı iclas keçirilib
06 dekabr 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Binəqədi rayonunda 2023-cü ildə Mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələr” və “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirilmişdir.
İclasda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayev, FHN, Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov, Binəqədi rayon Fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəisi İsrafil Məmmədov, FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəis müavini Rauf Ələsgərov, Binəqədi rayon FHN Dövlət Yanğından Mühafizə Xidmətinin müavini Firdovsi Hüseynov, Binəqədi Rayon Mənzil-Kommunal Təərrüfat Birliyinin rəisi Elmin Zamanov, Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Teymur Ağazadə, Bakı Regional Qaz İstismarı Departamentinin rəisi Ziya Qasımov, Binəqədi RPİ-nin İctimai Təhlükəsizlik şöbəsinin rəisi İsa Həbibzadə və Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktorunun müavini-baş həkim Salman Əliyev iştirak etdilər.
İclası Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayev açıq elan edərək, müşavirənin məqsədi haqqında məlumat verib, bildirdi ki, rayon üzrə mülki müdafiənin vəziyyətinin, yaşayış massivlərində yanğınların baş vermə səbəblərinin öyrənilməsi, yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlərin, yanğın təhlükəsizliyi və mülki müdafiənin təşkili ilə bağlı görülən işlər və mövcud problemlərin müzakirəsi, baş vermiş fövqəladə hadisələr zamanı ictimai asayişin təşkilidir.
Daha sonra çıxış edənlər tərəfindən rayon üzrə mülki müdafiənin vəziyyəti, yanğınların söndürülməsində qarşıya çıxan problemlər və onların həlli yolları, yanğın təhlükəsizliyi və mülki müdafiənin təşkili ilə bağlı görülən işlər və mövcud problemlər, baş vermiş fövqəladə hadisələr zamanı ictimai asayişin təşkili və digər məsələlər müzakirə olundu.

Binəqədi rayonunda 2023-cü ildə Mülki müdafiə sahəsində görülmüş işlərin yekunları ilə bağlı iclas keçirilib

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz