Azərbaycancaaz
Mir.az » Xəbər » Səyahətsevərlər üçün Faydalı Mobil Tətbiqlər

Səyahətsevərlər üçün Faydalı Mobil Tətbiqlər

23
Səyahətsevərlər üçün Faydalı Mobil Tətbiqlər

İnkar etmək olmaz ki, yeni texnologiyalar səyahəti və yeni yerləri kəşf etməyi xeyli asanlaşdırır. Telefona yüklənən müxtəlif səyahət tətbiqləri həm səyahət planlaşdıranda, həm də yol boyu çox faydalı olur. İndi artıq sevimli tətbiqlərimiz olmadan səyahəti təsəvvür belə etmək çətindir. Bu yazıda da məhz hər bir səyahətsevərin telefonunda olmalı olan tətbiqlərdən bəhs edirik.

Onların köməyi ilə uçuş və otel bron etməkdən tutmuş, görməli yerləri seçməyə, taksi sifarişinə qədər hər şeyi rahatca görmək mümkündür. Amma yadda saxlamaq lazımdır ki, ifrata varmaq olmaz, gündəlik həyatda yalnız seçilmiş tətbiqlərdən istifadə etmək kifayətdir. Axı, biz yeni yerləri görmək üçün səyahət edirik, vaxtımızı telefon ekranına yapışaraq keçirmək üçün yox. Sözü çox uzatmadan, gəlin, bu mobil tətbiqlərin siyahını nəzərdən keçirək.

 

1. Google Maps

Əgər səyahət zamanı telefonda yalnız bir tətbiq saxlamaq imkanımız olsaydı, yəqin ki, çoxumuz üçün bu Google Maps olardı. Çünki bir turist üçün onun qədər həyat asanlaşdıran tətbiq, demək olar ki, yoxdur. O piyada, ictimai nəqliyyat, avtomobil və ya velosiped yollarını göstərir. Həmişə ən qısa yolu tapır və səfərin nə qədər çəkəcəyini dəqiq göstərir. Marşrutlar daim yenilənir və məsələn, yol qəzaları və ya təmir işlərinə görə yaranan gecikmələr nəzərə alınır.

Biz Google Maps-i təkcə marşrut üçün yox, həm də restoran, otel və ya yanacaqdoldurma məntəqəsi tapmaq üçün işlədə bilirik. Sadəcə “restaurant” yazırıq, xəritədə yaxınlıqdakı bütün açıq restoranlar görünür. Özü də hansının nə qədər yaxşı olub-olmadığını reytinq dəyərləndirməsi ilə asanlıqla bilmək olur.

Məsləhət budur ki, səyahətə çıxmazdan əvvəl həmişə gedəcəyimiz şəhərin offline xəritəsini yükləyin. Beləliklə, internet olmasa da marşrut təyin edəcək və turistlərin qorxula röyası olan şəhərdə azmaq problemi ilə qarşılaşmayacaqsınız.

2. Google Translate

Google-un başqa bir mükəmməl tətbiqi də Google Translate-dir desək, yəqin ki, heç kim etiraz etməz. Poliqlot olmayanlar, başqa dillərdə səlis danışa bilməyənlər üçün çox faydalı alətdir. Tətbiq sizə yalnız cümlələri tərcümə etmək imkanı vermir, həm də səsləndirmə etmək və şəkilləri, faylları tərcümə etmək seçimləri təqdim edir.

Məsələn, Çinə səfər etmisinizsə, burada ingilis, rus, türk dilləri kimi bizlərə tanış olmayan bu dildə ünsiyyət qurmaq sözün əsl mənasında dərdə çevrilə bilər. O iri-iri heroqlifləri görəndə istər-istəməz stres yaşamağa başlayır adam. Amma Google Translate-dən istifadə etmək məsələyə müəyyən qədər çözüm olacaq. Adicə restoranlarda belə kameranı menyuya tutmaq sizi Çin mətbəxinə aid, amma bizim ağız zövqümüzə uyğun olmayan yeməkləri naharınıza daxil etməməyiniz üçün yardımçı ola bilər.

3. Most bet Tətbiqi

Oyun oynamağı sevən birisinizsə, telefonuzda oyun proqramlarına da yer verməyi unutmamaq lazımdır. Səyahətdə oyun oynayası deyiləm ki, deməyin. Heç kim hava limanlarında, avtovağzallarda o uzun-uzadı gözləmə müddətini sevmir. Bax, bu məqamda telefonda oyun tətbiqi, xüsusən kazinosevərsinizsə, Mostbet APK kimi mobil tətbiqlərin olması köməyinizə çatacaq.

Kiçik beyin məşğələsi üçün söz oyunu, krossvord, sudoku və digər bu tipli intellektual oyunlarla da vaxtınızı daha səmərəli keçirməyi düşünə bilərsiniz. Yaxud, şahmat, nərd, kart oyunları kimi oyunların həvəskarısınızsa, onlayn şəkildə real rəqiblərə qarşı oynamağın da maraqlı bir seçim olduğunu yadda saxlamağınızda fayda var.

 

4. TripAdvisor

Bütün səyahət tətbiqlərinin “kraliçası” şübhəsiz ki, TripAdvisor-dur. Dünyada ən məşhur tətbiqlərdən biridir və daim yeni funksiyalar əlavə olunur. İndi artıq TripAdvisor vasitəsilə uçuş, otel, maşın icarəsi, hətta bilet almaq da mümkündür. Əksər turistlər bu tətbiqdən əsas iki məqsədlə istifadə edir: restoranlara baxmaq və görməli yerləri yoxlamaq üçün.

TripAdvisor-da dünyanın hər yerində minlərlə restoran rəyləri və fotoları var. Təcrübəli səyahətçilərin real fikirlərini oxuya, stol sifariş edə, menyulara baxa bilir. TripAdvisor əslində səyahətçilərin özləri tərəfindən idarə olunur. Orada ödənişli reklamlar və ya turizm şirkətlərinin təbliğatı elə də çox deyil. Yəni, bu platforma səyahətçilər üçün səyahətçilər tərəfindən hazırlanıb.

5. Booking

Xarici ölkəyə gedərkən ən vacin işlərdən biri də qalmağa yer tapmaqdır. Bu məsələdə köməyinizə Booking com gələ bilər. Google hesabı ilə bağlandığzı üçün bütün əvvəlki və yeni rezervasiyalarını orada görə bilirsiniz. Buradaa büdcəyə uyğun istənilən oteli tapmaq mümkündür. Üstəlik, digər səyahətçilərin yazdığı rəylər əsasında otel haqqında obyektiv bir fikir əldə etmiş olacaqsınız.

Müntəzəm istifadəçilər üçün isə xüsusi endirimlər və kampaniyalar mövcuddur. Booking com-un ən böyük üstünlüklərindən biri rahat interfeysidir. İstifadəçi otel seçərkən foto qalereyaya, yerləşmə xəritəsinə və şərtlərə dərhal baxa bilir. Bundan başqa, tətbiqdə “pulsuz ləğv et” və ya “səhər yeməyi daxil” kimi filtrlər axtarışı daha asan və məqsədyönlü edir. Bu da səyahətçilərə seçim zamanı əlavə rahatlıq verir.

6. Uber

Hər bir səyahətçinin telefonunda Uber tətbiqi olmalıdır. Kartını tətbiqə bağladıqdan sonra bu tətbiq üzərindən istənilən ünvana taksi çağırmaq mümkündür. Qiymətləri ənənəvi taksilərdən daha ucuzdur, üstəlik, maşınlar sifariş ünvanına çox tez gəlir. Əlbəttə, ictimai nəqliyyatdan baha başa gəlir, amma təcili hallarda əvəzsizdir. Xaricdə yolu azanda, metro işləməyəndə və ya son avtobusu qaçıranda Uber tez bir zamanda çıxış yolu olur.

Uber yalnız bəzi şəhərlərdə fəaliyyət göstərir. Məsələn, Maltada Uber yoxdur, lakin eyni xidməti Bolt göstərir. Türkiyədə isə bu qlobal taksi şirkətlərinin heç biri fəaliyyət göstəmir. Ona görə də hansısa ölkəyə səyahət etmədən taksi alternativləri və ictimai nəqliyyat haqqında bilgi toplamaq önəmlidir.

7. GetYourGuide

Səyahət tətbiqləri bir ölkəyə səfər edərkən yeni əyləncələr və turistik turlar tapmaqda da insalara kömək edir. Bu cür tətbiqlər çox olsa da, turnistlər arasında ən məşhur GetYourGuide olduğunu deyə bilərik. Sadəcə yerləşdiyin yeri və tarixi yazırsan, bütün mövcud turların siyahısı qarşısına çıxır. Təsvirləri oxuya, rəylərə baxa və dərhal rezervasiya edə bilirsiniz.

GetYourGuide-un üstünlüklərindən biri də müxtəlif kateqoriyalar üzrə filtr imkanlarıdır. İstər qısa şəhər gəzintisi, istərsə də tam günlük tur olsun, tətbiqdə hər zövqə uyğun seçim tapmaq mümkündür. Bundan başqa, ödəniş prosesi sadədir və biletlər elektron formada təqdim olunur ki, bu da səyahət zamanı əlavə rahatlıq yaradır.

8. Culture Trip

 

Səyahət ən gözəl yanlarından biri,şübhəsiz ki, yeni mədəniyyətlər kəşf etməkdir. Culture Trip də bu məqsədlə yaradılmış bir mobil tətbiqdir. Burada bir çox maraqlı turistik məqalələr tapmaq mümkündür. Yazılar sadə, oxunaqlı və ən əsası yerli sakinlər tərəfindən hazırlanır. Hər məqaləyə foto, xəritə və praktik məlumat əlavə olunur. Sadəcə məkanın adını yazırsınız və bütün uyğun məqalələr qarşınıza çıxır.

Culture Trip-in üstünlüklərindən biri də səyahət planlaşdırma prosesini daha maraqlı etməsidir. Oradakı məqalələr yalnız turistik yerləri tanıtmaqla kifayətlənmir, həm də yerli mədəniyyət, adət-ənənə və gündəlik həyat barədə məlumat verir. Bu da səfərləri daha zəngin və mənalı edir.

9. Komoot

Komoot aktiv istirahət planlaşdıranlar üçün ən yaxşı tətbiqlərdən biridir. Burada hazır piyada gəzinti, velosiped sürmə, trekking və hətta dağ yolları üçün marşrutlar mövcuddur. Yalnız dağlarda deyil, şəhərlərin ətrafında, milli parklarda və sahilboyu yollar boyunca da. Tətbiq marşrut haqqında detallı məlumat təqdim edir: məsafə uzunluğu, vaxt, hündürlük fərqi, yol örtüyünün tipi və çətinlik səviyyəsi.

O, klassik GPS kimi işləyir – həm də offline rejimdə, xəritələr yükləndikdən sonra. Alp dağlarına səyahət, Tatra silsiləsinə, Dolomitlərə yollananlar üçün əla seçimdir, amma həm də ailə ilə sadə bir həftəsonu gəzintisinə yararlıdır. İstifadəçilər marşrutlarla bağlı rəylər, mənzərəli yerlərin fotoları və praktik məsləhətlər paylaşırlar. Komoot, insanı tanış yollardan kənara çıxaran, amma azmaq riskini aradan qaldıran tətbiqdir.

10. Airalo

Səyahət zamanı ən böyük çətinliklərdən biri də mobil internetə çıxışdır. Xaricdə rouminq tarifləri çox baha olduğuna görə, ən yaxşı həll yollarından biri eSIM operatorlarından istifadə etməkdir. Onların arasında ən çox tanınanlardan biri Airalo-dur. Bu tətbiq vasitəsilə gedəcəyiniz ölkə üçün virtual SIM kart ala bilər və dəqiqələr içində aktivləşdirə bilərsiniz.

Airalo-nun üstünlüyü ondadır ki, artıq əlavə fiziki SIM kart almağa və ya nömrə dəyişməyə ehtiyac qalmır. Sadəcə tətbiqi yükləyir, ölkəni seçir və uyğun internet paketini alırsınız. Məsələn, Avropa turlarında bir neçə ölkəni ziyarət edirsinizsə, ayrıca hər ölkə üçün SIM kart axtarmaq lazım deyil, regional paketlər bütün səfər boyu işləyir.

Qiymətləri də sərfəlidir: 1 GB-dan tutmuş 20 GB-a qədər müxtəlif internet paketləri var. Beləliklə, xəritə istifadə etmək, restoran axtarmaq, taksi çağırmaq və ya yaxınlarınızla əlaqə saxlamaq üçün daimi internetiniz olur. Bu da səyahət zamanı həm vaxt, həm də pul qənaəti deməkdir!


Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz