Gün batmaq üzrə idi. Kiçik Olimpos Dağının ətəklərində, nazlı gəlin duvağı kimi asılı duran duman buludu, günün zəif işıqlarından qaçıb yamaclarda əylənir, oradan da düzənliyə enirdi; ağır-ağır.
Uzaqda, o üzünü heç göstərməyən bayquşun boğuq və kəsik səsi dağın boz qayalarında əks-səda verdi. Həmişə sevdiyi səs, bu dəfə iliginə qədər işlədi. "Bəs xeyirə əlamət deyilsə bu?" deyə keçirdi içindən, qorxdu.
Elə çox qorxar olmuşdu ki son zamanlar... Son zamanlar, son zamanlardan qorxar olmuşdu.
Bir Ovuc Keçmiş, 1924-cü ildə Selanikdən gəmi ilə Türkiyəyə gələn mübadil Fəthi bəy və ailəsinin romanıdır.
Bir Ovuc Keçmiş, İstanbuldan Selanik, Alasonyaya göndərilən Türkiyəli Rum Xanım Mitranın romanıdır.
Bir Ovuc Keçmiş, bir mübadilə romanıdır.
Və əlbəttə ən çox da duyğuların, həsrətlərin və həmişə canlı tutulan ümidlərin romanı...
Yorumlar 0
Bir yorum Yaz