Azərbaycancaaz
Mir.az » Universitet » Bakı Mühəndislik Universiteti

Bakı Mühəndislik Universiteti

87
Bakı Mühəndislik Universiteti
8 noyabr 2016-cı il tarixində, ləğv olunmuş Qafqaz Universitetinin bazasında yaradılmışdır. Bakı Mühəndislik Universiteti publik hüquqi şəxsin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 fevral tarixli fərmanı ilə təsdiq edilmişdir.


8 noyabr 2016-cı il tarixində, ləğv olunmuş Qafqaz Universitetinin bazasında yaradılmışdır. Bakı Mühəndislik Universiteti publik hüquqi şəxsin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 fevral tarixli fərmanı ilə təsdiq edilmişdir.

Fakültələr


Bakı Mühəndislik Uniiversitetində bakalvr, magistratura və doktrantura təhsil səviyyələrində tədris olunan ixtisaslar Azərbaycan, ingilis və rus dillərində həyata keçirilir. Hal-hazırda universitetə qəbul dörd ixtisas qrupu (fakültə) üzrə aparılır:

- Mühəndislik
- İqtisadiyyat və İdarəetmə
- Pedaqoji
- Memarlıq və İnşaat

Universitet şəhərciyi


Bakı-Sumqayıt yolu üzərində 20 hektar sahədə yerləşən universitet şəhərciyində müasir tədris korpusları, işıqlı auditoriyalar, mühazirə və seminar salonları, kompüter laboratoriyaları, fasiləsiz internet əlaqəsi ilə təmin olunmuşdur. Şəhərcikdə park, heyvanlar üçün ərazi, yeməkxana, bufet və tibb bölmələri mövcuddur.

Kitabxana


BMU kitabxanasında 106 minə yaxın kitab və jurnal bulunur. Kitabxana onlayn sistemlə işləyir, tələbələr və müəllimlər kitabları onlayn sifariş edirlər. Kitabxanada dərsliklər ilə ödənişsiz təminat var və digər universitetlərlə əməkdaşlıq edir.

Yataqxanalar


Universitetdə müasir standartlarda oğlan və qızlar üçün iki yataqxana fəaliyyət göstərir. Yataqxanalarda istirahət, dərs çalışma, camaşırxana və dərzi otaqları, təmizlik xidməti, yanğın təhlükəsizliyi, kitabxana və dərs otaqları var. Tədbirlər üçün akt zalı və idman üçün müxtəlif sahələr və zal təchiz edilib.

İstisaslar:



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz