Azərbaycancaaz
Mir.az » Yazar » Andy Weir kitabları

Andy Weir kitabları

243
Andy Weir kitabları
Kaliforniyada doğulub böyümüş Andy-nin atası elektrik mühəndisi, anası isə fizik idi. 15 yaşında kompüter proqramçısı kimi çalışmağa başlayır, sonradan Kaliforniya Universitetində kompüter elmləri üzrə ali təhsil alır. Fərqli nüfuzlu şirkətlərdə video-oyunlar üzərində çalışır.

• Uşaqlığı ədəbiyyatla keçən Andy xüsusən elmi-fantastika janrına heyran idi. Bu janrda ən sevdiyi kitablar İsaac Asimov-un "I, Robot" və Robert A. Heinlein-in "Have Space Suit—Will Travel" əsərləri idi. Janrda ən çox sevdiyi yazıçı isə Asimov idi.

? 20 yaşından etibarən öz vebsaytında fantastika, elmi-fantastika janrında qısa hekayələr paylaşmağa başlayır. Həmçinin fərqli əsərlərin komiks versiyaları üzərində işləyir. İlk diqqət çəkən hekayəsi "Theft of Pride" olur. Daha sonra yazdığı "The Egg" adlı qısa hekayəsi internetdə çox populyarlaşır, Youtube platforması üzərindən fərqli adaptasiyaları paylaşılır. Beləcə, adını yavaş-yavaş tanıtmağa başlayır.

• 2011-ci ildə yayımlanan "The Martian" (Marslı) , yazıçının debüt romanı idi. Qısa zamanda böyük uğur qazanan hekayə oxucuların istəyi ilə çap edilir. 2014-cü ildə hüquqları Crown Publishing Group'a satılır və təkrar çap edilir. Bestsellerə çevrilən, tənqidçi və oxuculardan əla rəylər alan əsər əsasında 2015-ci ildə eyniadlı film - The Martian çəkilir.

?Kitabın bu qədər uğur qazanmasının əsas səbəbi Andy-nin təxəyyüllə kifayətlənməyib əsərə elmi cəhətdən mükəmməl təməl yaratması idi. Yazdığı müddətdə orbital mexanika, Mars planetindəki şərait, insanın kosmosa uçuş tarixi və botanika ilə bağlı geniş araşdırmalar aparmışdı.

• Bir neçə başqa layihələrindən sonra, nəhayət, 2017-ci ildə 2080-2090-cı illərdə Ayda yaşayan Artemis adlı qadının həyatından bəhs edən ikinci romanını nəşr etdirir. Elmi-fantastika və gərilim janrında olan bu kitab da kifayət qədər uğur qazanır, əsasında eyniadlı film üçün çəkilişlərə başlanır.

? 2021-ci ildə Andy Weir-in üçüncü irihəcmli əsəri - "Project Hail Mary" nəşr edilir. Yaxın gələcəkdə keçən roman, amneziyadan əziyyət çəkən, komadan yeni oyanmış bir orta məktəb müəllimi, kosmonavt Ryland Grace'in dilindən yazılıb. "Hail Mary" bir basketbol terminidir, bədii anlamı ilə, "yalnız Tanrının inayəti ilə reallaşa biləcək vuruş" deməkdir.

• Uğurlu geridönüşlər alan əsərin film adaptasiyası üzərində işlər indidən başlanıb.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz