Azərbaycancaaz
Mir.az » Yazar » Günter Qrass kitabları

Günter Qrass kitabları

275
Günter Qrass kitabları
Günter Qrass İkinci Dünya müharibəsinə qədər Almaniya ərazisi olan Dantsiqdə (hazırda Polşanın Qdansk şəhəri) qarışıq ailədə doğulmuşdu. Atası protestant-alman, anası isə katolik polyak idi. Kiçik yaşlarından katolik ənənələri ruhunda tərbiyə edilmişdi.

Gələcək yazıçının yeniyetməlik və ilk gənclik illəri alman tarixinin çətin, mürəkkəb dövrünə düşmüşdü. Təhsil həyatına Dantsiq gimnaziyasında başlayan Günter də əksər həmyaşıdları kimi faşist gənclər təşkilatının — Hitleryugendin üzvü olmuşdu. Evlərindəki "boğucu katolik ab-havasından qurtarmaq üçün" 15 yaşında sualtı qayıqda xidmətə düzəlməyə çalışmışdı. Lakin əvəzində onu əmək batalyonuna yazmışdılar. 17 yaşında isə orduya çağrılmışdı. Uzun illər boyu onun faşist ordusundakı xidmətinin təfərrüatları qaranlıq qalmışdı.

Yalnız 2006-cı ilin avqustunda dünya şöhrətli alman yazıçısının Himmlerin tabeliyindəki elitar Vaffen-SS hissələrində xidmət etdiyi aşkara çıxmışdı. Bu Almaniyada və Polşada böyük qalmaqal yaratmışdı. Həmvətənləri Günter Qrassı saxtakarlıqda, simasızlıq və ikiüzlülükdə, altmış il ərzində bioqrafiyasının ləkəli, utancverici faktlarını cəmiyyətdən gizlətməkdə təqsirləndirmişdilər. Polşanın eks-prezidenti Leh Valensa da daxil olmaqla polyak opponentlər elitar faşist hərbi hissələrində xidmət etmiş şəxsin Qdanskın fəxri vətəndaşı statusuna malik olmasını yolverilməz saymışdılar. Lakin bütün çağırışlara baxmayaraq şəhər əhalisi Qrassın fəxri vətəndaşlıqdan məhrum edilməsinə razılıq verməmişdi. Yazıçı özü Vaffen SS-dəki xidmətini gənclik təcrübəsizliyi ilə əlaqələndirmiş, döyüş əməliyyatlarında iştirak etmədiyini, bir güllə də atmadığını bildirmişdi.

Uzunmüddətli sükutdan sonra yazdığı "Müdrik xərçəng" (2001) romanında Günter Qrass müasir Almaniyada üzərindən sükutla keçilən mövzuya — Qırmızı ordunun amansız təqiblərinə məruz qalan Rusiya və Şərqi Avropa almanlarının faciəli taleyinə işıq salmağa çalışmışdı.

Günter Qrass xeyli müddət paytaxda deyil, Lübek şəhərində yaşamışdır. O, 2005-ci ildə burada "Lübek ədəbi görüşləri" adlı dərnək yaratmışdır.

Yazıçı 13 aprel 2015-ci ildə Lübekdə vəfat etmişdir.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz